Politologiya” fənni üzrə imtahan sualları Politologiyanın yaranması və inkişafı


Politologiyanın əsas qanunauygunluqları,prinsipləri,kateqoriyaları və metodları



Yüklə 31,35 Kb.
səhifə5/5
tarix29.04.2022
ölçüsü31,35 Kb.
#86209
1   2   3   4   5
Politologiya Mədinə

3. Politologiyanın əsas qanunauygunluqları,prinsipləri,kateqoriyaları və metodları.

Politologiyanm əsas qanunauyğunluqları bunlardır:

-Siyasi maraqlarm meydana gəlməsi, təsisatlanması və inkişafı;

-Siyasi sistemin və siyasi hakimiyyətin yaranması və dəyişməsi;

-Siyasətin iqtisadiyyat və cəmiyyət həyatının digər sahələri ilə qarşılıqlı əlaqədə olması;

-Siyasi prosesbrin yaranma, işləmə və inkişaf qanunauyğunluqları;

-Nəzəriyyə və praktikanın vəhdəti;

-Daxili və xarici siyasətin qarşılıqlı əlaqəsi;

-Siyasətdə şəxsiyyətin yeri və rolunun artması;

-Şəxsiyyətin və siyasi təsisətlarm qarşılıqlı cavabdeyliyi;

-Siyasi münasibətbrin beynəlmibşməsi və qloballaşması.

Politologiyanın başlıca prinsipləri isə aşağıdakılardır:

-Humanist dəyərlərin üstün tutulması;

-Siyasi reallığa əsaslanmaq;

-Digər elmlərin nailiyyətlərindən istifadə etmək.

Hər bir elm kimi politologiyanın da öz kateqoriyalar sistemi vardir. Məlumdur ki, elmin predmetinin ən ümumi, fundamental anlayışları kateqoriyalar (dərketmə pillələri) adlanır. Kateqoriya sözü yunan dilindən tərcümədə mülahizə, ittiham mənasmı verir. Kateqoriya sözünü ilk dəfə işlədən Aristotel onu obyektiv reallığın ən yüksək şəkildə ümumibşdirilməsi və əksi adlandırırdı. Həqiqətən də insan onu əhatə edən aləmi kateqoriya vasitəsi ilə dərk edir. Hər bir elmin müstəqilliyi öz əksini ilk növbədə onda tapır ki, onun kateqoriyalarında gerçəkliyin inkişafının müxtəlif tərəfləri əks olunur. Politologiyanın kateqoriyalarında siyasi reallığın, siyası sistem və prosesin mühüm cəhətləri öz əksini tapır. Bütövlükdə, politologiyanın kateqoriyalarının aşağıdakı kimi təsnifatını vermək olar:

Politologiya elminin öz mənşəyi ib bağlı olan kateqoriyalar: «siyasət», «siyasilik», «siyasi məkan», «hakimiyyətlik», «cəmiyyətin siyasi təşkili» və s. Törəmə xarakterli kateqoriyalar: siyasi təsisatlar, siyasi sistem, siyasi lider və s.

Fəlsəfə, sosiologiya və digər ictimai elm sahələrinin anlayışlarının siyasi fəaliyyət sahəsinə tətbiqi nəticəsində formalaşan kateqoriyalar: «idrak» -«siyasi idrak», «təfəkkür» - «siyasi təfəkkür», «ziddiyyət”- «siyasi ziddiyyət» və s.

Siyasətin subyekti ilə bağlı olan kateqoriyalar: «fərd», «sosial qrup»; «xalq», «millət» və s.

Siyasətin obyekti ilə bağlı olan kateqoriyalar: «siyasi sfera», «siyasi problem», «siyasi hadisə”, «siyasi proqnoz” və Siyasətin funksiyaları ilə bağlı olan kateqoriyalar: siyasi proqnoz, siyasi təsvir, siyasi idarəetmə, siyasi sosiallaşma və s.

Siyasi prosesin tədqiqinə xidmət edən kateqoriyalar: «siyasi modernləşmə», «seçki kompaniyası», «siyasi situasiya» və s.

5. Qədim Yunanıstanda və Romada siyasi fikir.


Qədim Yunanıstanda siyasi fikrin inkişafı əsas etibarilə üç böyük dövrə bölünür. Birinci dövr (e.ə. VIII-VI əsrlər) Yunanıstanda dövlətçiliyin formalaşması prosesi ilə eyni vaxtda təşəkkül tapan dövlət və siyasət haqqında təsəvvürlər dövrünü əhatə edir. Ikinci dövr (e.ə. V-IV əsrlər) quldarlıq demokratiyasının yüksəliş dövrünə uyğun gələn siyasi fikrin çiçəklənməsi dövrünü ehtiva edir. Üçüncü dövr (e.ə.IV-II əsrlər) ellinzm dövründə dövlət quruluşunun tənəzzülünü əks etdirən siyasi nəzəriyələrin böhranını səsiyyələndirir.

E.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində siyasi təsəvvürlər Homerin «Iliada» və «Odisseya» əsərlərində qismən də olsa öz əksini tapmışdır. Homer ədalət prinsipinə yüksək qiymət verərək, onu dövlət idarəetməsinin və cəmiyyətin əsası hesab edirdi.


Qədim Yunanıstanda dövlətçiliyin və siyasi fikrin təşəkkül tapması dövrünün görkəmli mütəfəkkirlərindən biri də Pifaqor (e.ə. 580-500) olmuşdur.

Pifaqor Hindistanı, Misiri, Balilistanı gəzmiş və Şərqin müdrik fikir mənbələri ilə yaxından tanış olmuş, vətənə qayıdaraq, gənc aristokratiya nümayəndələrindən ibarət məktəb yaratmış, bütün əmlakından məktəbinə xeyrinə əl çəkən, müəlliminin sözlərini gizli saxlayan, qan tökmək meyli olmayan, ət yeməyən şəxsləri buraya götürmüşdür. Pifaqor və onun davamçıları (Arxit, Lizis, Filolay) demokratiyanı tənqid edərək, aristok- ratiyanı ideal dövlət quruluşu forması hesab edirdilər. Pifaqorun yaratdığı məktəb dövlətin ictimai- siyasi işlərində və idarə olunmasında da yaxından iştirak etmişdi.

Antik Yunanıstanın siyasi fikir tarixində ensiklopedist alim olan Demokritin (e.ə.480-370) görüşləri xüsusi yer tutur. Şərq üçün xarakterik olan dövlətin allah tərəfindən idarəsinin təzahuru olması ideyasından fərqli olaraq, Demokrit hesab edirdi ki, dövlət kənar bir qüvvə tərəfindən yaradılmayıb. O məhz adamların uzun sürən mübarizəsinin məhsuludur. Dövlətin başlıca vəzifəsi isə vətəndaşların mənafeyinə xidmət etmək olmalıdır. Demokrit siyasəti insan səylərinin məhsulu kimi qiymətləndirir və onu böyük sənət adlandırırdı.

Antik Yunanıstanda siyasi fikir tarixinin görkəmli simalarından biri də Sokratdır (e.ə.469-399). O sofistlərlə mübarizə və gəncləri tərbiyələndirmək məqsədi ilə küçə və meydanlarda moizə edirdi. Sokrat yeni allahlar uydurmaqda və gəncləri pozğunlaşdırmaqda təqsirləndirilərək ölümə məhkum edilmişdir (zəhər içmişdir). Sokratın heç bir əsəri dövrümüzə gəlib çatmadığından, onun həyatı və təlimi haqqında mühüm məlumat mənbəyi şagirdləri Ksenofont və Platonun əsərləri sayılır. Müasirləri Sokratı demokratiyanı tənqid etməkdə günahlandırırdılar. Əslində isə, o nəinki demokratiyanı, ədaləti və qanunu pozan butun dövlət quruluşu formalarını tənqid edirdi. Yəni qanunçuluğun prinsipial tərəfdarı olan müəllifdə Afina demokratiyasının məhdudluğu, dövlət idarəçiliyində xalq kütlələrinin əksəriyyətinin kortəbii iştirakı təəssüf doğururdu.

Özünün triadik təliminə uyğun olaraq Platon cəmiyyəti də üç hissəyə ayırırdı.


  1. Filosoflar - hökmdarlar (onların fəaliyyətində ruhun idraki hissəsi üstünlük təşkil edir və funksiyaları dövləti idarə etməkdir);

  2. Hərbçilər (onların fəaliyyətində ruhun iradi hissəsi təzahür edir və başlıca vəzifələri dövləti daxili və xarici düşmənlərdən qorumaqdır);

  3. Istehsalçılar - sənətkarlar və əkinçilər (onların fəaliyyəti ruhun hissi cəhətlərinə əsaslanır və funksiyaları dövlətin maddi tələbatını ödəməkdir).

Platon dövlət quruluşu formalarını da üç yerə bölürdü: monarxiya, aristokratiya və demokratiya. Bu dövlət quruluşu formaları özü də iki yerə ayrılırdı: monarxiya qanuna (çar) və gücə əsaslanın (tiraniya) olur; aristokratiya yaxşıların (timokratiya) və pislərin (oliqarxiya) hakimiyyəti ola bilər; demokratiya ədalətli və ədalətsiz (plutokratiya) olur.

Aristotelin siyasi təlimi «Siyasət» «Afina siyasəti» «Ritorika» «Nikomaxın etikası» və s. əsərlərdə öz əksini tapmışdır. Aristotelin «Siyasət» əsəri Qərbin siyasi fəlsəfəsində başlanğıc nöqtəsi hesab edilir. Çünki, bu əsər siyasi rejimlərm təsniifatını, vətəndaşlıq anlayışımn mahiyyətini və siyasi həyatda təhsilin əhəmiyyətini sistemli şəkildə araşdıran ilk elmi tədqiqat işi idi.

Aristotelin «Nikomaxın etikası» adlı əsəriındə isə elmlərin təsnifatı verilir. Bu zaman siyasi elnıə üstünlük verən müəllif onu etika ilə əlaqələndirirdi. Aristotel hesab edirdi ki, siyasi elmlərin əsas nıəqsədi yüksək nıənəvi təsəvvüriəri və əxlaqı dərk etməkdir. Siyasətin başlıca funksiyası isə cəmiyyət üzvlərinin mənafeyini təmin etməkdir.

Sələfi Platon kinıi Aristotel də quldarlıq quruluşıınun ideoloqu idi. Platon kimi o da belə hesab edirdi ki, insan siyasi azadlıq şəraitində yaşamaq iqtidarında leyildir. Lakin Platondan fərqli olaraq, Aristotelin ideal dövləti fərqi hüquqlara, müxtəlif ınülkiyyət formalarına və iqtisadi özünütənzimləmə mexanizminə malik, vətəndaşların mənafeyi olan bir cəmiyyətdir. Platondan fərqli olaraq, Aristotel hesab edirdi ki, pozitiv hüquq hakinıiyyətin fəaliyyəti nəticəsində yarandığı üçün dəyişkən xarakterə malikdir. Ona görə də hüquq pozitiv qanunlar üçün baza rolunu oynanıalıdır. Məhz bununla, Aristotel insanın təbii hüquqlarının dövlət qanunlarından üstünlüyü haqqında nıüasir insan hüquqları konsepsiyasınm əsasını təşkil edən ideyanı irəli sürmüş olurdu.


Yunanıstanda nnövcud olan siyasi mühit Qədim Romada siyasi fikrin formalaşmasına həlledici təsir göstərmişdir. Qədim Roma siyasi fıkrinin ən görkəmli simalarından biri görkənıli nıütəfəkkir, antik dünyanın ən məşhur oratoru Mark Tulli Siseron (e.ə. 106-43) olnıuşdur. Onun siyasi görüşləri «Respublika» ,«Dövlət haqqında», «Qanunlar haqqında» «Allahın təbiəti» adlı əsərlərdə öz əksini tapmışdır. Platon və Aristotel kimi Siseron da hesab edirdi ki, dövlət xalqın rifahı üçün yaradılır. O, yazırdı: «Dövlət xalqın sərvətidir, ümumi nıaraqlar və insanların birgəyaşayış tələbatı əsasında meydana gəlir». Lakin Platon və Aristoteldən fərqli olaraq, Siseron dövlət quruluşu forrnalarından heç birinə xüsusi üstünlük vermir, əksinə, onların hər birinin nıənfi müsbət cəhətlərə malik olduğunu vurğulayırdı. Siserona görə, dövbtlərin başlıca vəzifəsi xüsusi mülkiyyəti müdafiə etnıəkdir. Siseron dövlətin üç başlıca formasını fərqləndirirdi: demokratiya, aristokratiya və monarxiya.

Qədim Romada siyasi fikrin inkişafında e.ə. I əsrdə yoxsul kütlələrin nıənafeyinin ifadəsi kinıi nıeydana gələn xristian (yunanca xristos - padşah deməkdir) dini böyük rol oynamışdır. Xristianlıq nıövcud qaydalara, quldarlıq dövlətinə qarşı nıəzlumların etirazının ifadəsi idi. O İsa peyğəmbərin ikinci dəfə zühur etməsi ideyasına əsaslanırdı.

Məhz xristianlıq iudaizm və antik fikirdən qaynaqlanaraq insanlar üçün ədalətli davranış qaydasını «Qızıl qanunu»u kəşf etdi: «Adamların sizinlə necə rəftar etmələrini istəyirsinizsə, onlarla da elə rəftar edin». Bu «Qızıl qanun»un başlıca məgzini təşkil edən bərabərlik prinsipi insanların qarşılıqlı fəaliyyətlnin bütün sahələrinə aid edilməklə bir növ normativ tənzimləmə funksiyasını həyata keçirirdi. İncildə (yunanca yevangeliya - xoşxəbər, müjdə) bütün insanların qanun qarşısında bərabəriiyi çox sərrast şəkildə belə ifadə olunurdu: «Mühakimə etnıəyin ki, mühakimə olunnıayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız».
Onu da qeyd etmək lazımdır ki, xristian dininin başlıca nıənbəyi olan Incildə quldarlıq ideologiyası pislənsə də, orada əhalini nıövcud istismara qarşı mübarizəyə çağırış motivləri yox dərəcəsində idi. İncildə deyilirdi: «Kim sənin sol üzünə sillə vursa, sol üzünü də çevir».

Xristianlıq ideologiyasının ən görkərmli nümayəndələrindən biri Avreli Avqustin olmuşdur.Ona dini xidmətlərinə görə pravoslav kilsəsi «blojenni»(müqəddəs) ləqəbi vermişdir. Quldarlıq cəmiyyətinin ideoloqu olan Avqustin hesab edirdi ki, köləlik allah tərəfindən göndərilmişdir. Onun fikrincə,xüsusi mülkiyyət və ictimai bərabərsizlik ilahi mənşəyə malikdir. Avqustini göstərirdi ki,dövlət insanlar tərəfindən yardılsa da,kilsəyə xidmət etməlidir.

Beləliklə,qədim Yunanıstan və Romadakı siyasi təlimlər üçün aşagıdakı xüsu- siyyətlər xarakterik olmuşdur:

-siyasi fikir getdikcə mifoloji dünyagörüşündən azad olmağa başlayır; -siyasət elm və sənət kimi əsaslandırılmağa çalışılır;

-siyasi rejimlərin müxtəlif və fərqli təsnifatı verilir,idarəetmənin səmərəli üsul və metodlan axtarılır;

-siyasi təlimlərdə xüsusi nıülkiyyət və quldarlıq münasibətbrini əsaslandırmaq cəhdləri başlıea yer tutor.




Yüklə 31,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə