89
Amerika prezidentləri
FRANKLİN PİRS
(FRANKLIN PIERCE)
(1853-1857)
Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən
ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. ABŞ-
ın 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə
Nyu-Hempşir ştatının Hillsboro şəhərində dünyaya gəlib.
Atası Bencamin Pirs inqilab generalı və ştatın qubernatoru
olmuşdu. Elə də varlı olmasalar da Pirslər övladlarının yax-
90
Amerika prezidentləri
şı təhsil alması qayğısına qalırdılar. Balaca Franklin ibtidai
təhsilini məşhur Bouduin kollecində alır. Kolleci bitirərək
üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşı olarkən
özəl vəkil kontorunu açır. Bu ərəfədə Bouduin-kollecin
keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı
qurur. Epltonlarla qohumluğu Pirsin gələcək karyerasına
əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Cəmi iki il vəkillik fəaliyyəti göstərən Franklin siya-
sətlə məşğul olur. 25 yaşlı Pirs əvvəl doğma ştatın qanun-
verici orqanına (tezliklə spikeri olmuşdur) seçilir. Dörd
il burada göstərdiyi uğurlu fəaliyyəti onun Vaşinqtonda
Nümayəndələr Palatasına seçilməsi ilə nəticələnir. 1837-ci
ildə isə ştatın senatdakı iki təmsilçisindən biri olur.
Sürətlə siyasi karyera etsə də 1841-ci ildə yenidən Nyu-
Hempşirə qayıdaraq, ştatın əsas şəhəri Konkordda vəkillik
fəaliyyətini davam etdirir. Bunun başlıca səbəbi ciddi kalvi-
nist ruhunda tərbiyə almış xanım Pirsin Vaşinqton aristok-
rat cəmiyyətinə uyğunlaşa bilməməsi olmuşdu.
1846-cı ildə Meksikaya qarşı aparılan müharibənin ilk
günlərindən Pirs könüllü olaraq cəbhəyə yollanır. Hərbi
xidmətə yefreytor kimi başlayaraq, qısa müddətdə briqa-
da generalı rütbəsinədək yüksəlir. Müharibənin əvvəlində
dəfələrlə böyük rəşadət və qəhrəmanlıqlar göstərsə də,
sonadək döyüşlərdə iştirak edə bilmir. Atdan yıxılaraq
zədələnməsi onun hərbi karyerasına nöqtə qoyur. Bu Pirsin
sonuncu uğursuzluğu olmamışdır, şəxsi həyatında qayğı-
lar daim onu izləmişdir. Xanımı Ceyn Pirs vərəmdən əzab
çəkir, özü isə həddən artıq spirtli içki qəbul edirdi. Pirslərin
ilk övladı hələ körpə ikən tələf olur, ikincisi isə dörd yaşında
tif xəstəliyindən vəfat edir. Ailənin sonbeşiyi isə dəmiryol
qəzasında valideynlərinin gözü qarşısında həlak olur.
F.Pirs 1852-ci il prezident seçkilərinə Demokrat parti-
yasının namizədi seçilir. Onunla yanaşı prezidentlik uğrun-
da viqlərin nümayəndəsi general Uinfi ld Skott, Azad torpaq
91
Amerika prezidentləri
partiyasından isə Con Heyl mübarizə aparır. Pirs ümumi
seçkilərdə cəmi 50,1 % səs toplasa da, seçimçilər kollegi-
yasında böyük üstünlük qazanır. O, U.Skottun topladığı 42
səsə qarşı 254 səs alaraq prezident olur.
Belə çətin dövrdə prezident olmaq üzərinə böyük
məsuliyyət götürmək demək idi. Quldarlıq problemində
Cənub və Şimal arasındakı ziddiyyətlərin getdikcə daha da
kəskinləşməsi, İttifaqa daxil edilmiş torpaqlarda əhalinin
məskunlaşması, hindularla münasibətin qaydaya salınması,
dəmiryol xətlərinin çəkilməsi və bu kimi, ölkənin inkişa-
fında ciddi əhəmiyyət daşıyan problemlərin mövcudluğu
düşünülmüş siyasi-iqtisadi kurs götürülməsini vacib edirdi.
Pirsin 1853-cü ildə qurduğu kabinetdə vəzifə tutan-
ların əksəriyyəti heç bir siyasi təcrübəyə malik deyildi.
Prezidentin kabineti heç olmasa bircə dəfə yenidən qur-
mağı məqsədəuyğun hesab etməməsi Amerika tarixində
görünməmiş haldır. Müdafi ə naziri, onun yaxın və inanıl-
mış dostu Cefferson Devis idi. Prezident Cənub ştatları-
nın qızğın müdafi əçisi və onların qeyri-rəsmi lideri hesab
edilən Devislə açıq-aşkar əməkdaşlıqdan çəkinirdi. Onlar
əsasən gecədən keçmiş, Devisin evində görüşərdilər. Son-
ralar İttifaqdan ayrılmış Cənub ştatlarının prezidenti olmuş
hərbi nazir, Pirsin fəaliyyətinə ciddi təsir göstərmişdir.
Təəssüfl ə qeyd etməliyik ki, Prisin yeritdiyi daxili si-
yasi kurs, xüsusilə quldarlığa olan münasibəti uğurlu olma-
mışdır. Bu özünü 1854-cü ildə Bostonda qaçqın qul Ento-
ni Börnsün qurama ittihamla həbs edilməsində açıq-aşkar
göstərir. 1850-ci ildə «Qaçqın qullar haqqında» qəbul edil-
miş qanuna əsasən Börns sahibinə qaytarılmalı idi. Bu za-
man bir qrup abolisionist həbsxana qarşısına toplaşaraq qulu
zorla azad etmək istəyirlər. Teleqraf vasitəsilə prezidentdən
kömək istəyən yerli icra orqanlarına istər hərbi, istərsə də
polisin köməyi ilə qanuna əməl olunması əmr olunur və
Börns azadlıqdan məhrum edilir.
92
Amerika prezidentləri
Cənub və Şimal ştatları arasındakı münaqişənin kəskin-
ləşməsi nəinki daxili, eyni zamanda ölkənin xarici siyasi
kursuna da təsirini göstərmişdir. Belə ki, Konqresdə qul-
darlığın tərəfdarları Cənub istiqamətində ölkə ərazisinin
genişləndirilməsini, eləcə də, xüsusilə Meksikanın hesa-
bına, İttifaqa daxil edilmiş ərazilərdə quldarlığı qadağan
edən qanunun ləğv olunmasını tələb edirdilər. Prezident
özü də heç vaxt ABŞ ərazilərini genişləndirmək niyyətini
gizlətməmişdi. O, kadrların seçilməsində də, bu amili əsas
götürmüş, Con Meyson, Ceyms Bükenen kimi ekspansi-
ya tərəfdarları kabinetdə təmsil olunmuşdular. Lakin Pir-
sin bu istiqamətdə gördüyü işləri sələfi Polkla müqayisə
etsək, onun ciddi uğur qazanmadığının şahidi olarıq. Digər
tərəfdən Cənubu iqtisadi cəhətdən gücləndirmək məqsədilə
yeni əldə edilmiş torpaqlar boyu dəmiryolu xəttinin
çəkilməsi planı da baş tutmamışdır. Bu plan yalnız vətəndaş
müharibəsi ərəfəsində həyata keçirilmişdir.
Pirsin 1857-ci ildə siyasətdən getməsi çox az ada-
mı məyus etmişdir. Dövrün aktual problemlərini həll edə
bilməməsi Cənub və Şimal arasındakı ziddiyyətlərin dərin-
ləşməsinə səbəb oldu. Prezidentlik müddəti qurtardıqda res-
publikaçı siyasətçi C.F.Adams senator C.Samnerə məktu-
bunda yazırdı: «Belə şəxsin prezident olmasına sevinmək
olar. Çünki onun administrasiyasının kobud səhvlərindən
xələfl əri düzgün nəticə çıxararaq oxşar səhvləri təkrar
etməyəcəklər». Lakin Con Adamsın nəvəsi də səhv edirdi.
Pirsin xələfi olacaq C.Bükenen Cənub ştatlarının mənafeyini
müdafi ə etməklə daha ağır səhvlərə yol verdi.
Bir çox Amerika siyasətçilərinin satqın adlandırdıqla-
rı Pirs ömrünün son dövrünü tənhalıq və məhrumiyyətlər
içərisində keçirir. O, 1869-cu il oktyabrın 8-də Nyu-
Hempşirin Konkord şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: |