Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

166
Amerika prezidentləri
cinayətlərin üstünün tezliklə açılmasına təşəbbüs gös tər-
məməsi Hardinqin böyük səhvi oldu. Əsas sensasiyanı isə 
«Teapot-Dome» skandalı doğurdu. Bu, Daxili İşlər naziri 
Follun görünməmiş məbləğdə rüşvət alaraq, dövlətə məxsus 
qiymətli neft yataqlarını iki sahibkara verməsilə bağlı idi. 
Tezliklə Foll cinayət məsuliyyətinə cəlb olunaraq həbs edil-
di. Kabinet üzvünün həbsxanaya düşməsi ABŞ tarixində 
ilk hadisə idi. Ədliyyə naziri Doertini oxşar taledən yalnız 
dəlillərin azlığı qurtardı.
1923-cü ilin yayında cəmiyyəti sakitləşdirmək və nü-
fuzunu bərpa etmək məqsədilə Alyaska və  Qərb  ştatları-
na səfərə  çıxmış Hardinq səfər zamanı, San-Fransiskoda 
olarkən, 2 avqust 1923-cü ildə 57 yaşında beyninə qan sız-
ması nəticəsində vəfat etmişdir. 


167
Amerika prezidentləri
KALVİN KULİC
(CALVIN COOLIDGE)
 (1923-1929)
Prezident Hardinqin qəfi l vəfatından sonra vitse-prezi-
dent Kalvin Kulic ölkənin ali vəzifəsinə sahib oldu. Yeni 
prezident 4 iyul 1872-ci ildə Vermontun Plimut Noç yaşa-
yış məntəqəsində dünyaya gəlmişdi. Onun ingilis puritanı 
olan ulu babası Con Kulic 1630-cu ildə Uotertaunda (Mas-
saçusets şt.) məskən salmışdı. Fermer, dükan və poçt sahibi, 


168
Amerika prezidentləri
eyni zamanda dünyəvi hakim olan atası Con Kulic oğlunun 
təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi.
13 yaşlı Kalvin ilk təhsilini Ladloudakı bahalı  tədris 
müəssisələrindən biri «Blək River» məktəbində alır. Mək-
təbi bitirdikdən sonra, əsasən ziyalı ailələrindən çıxmış 
uşaqların oxuduğu, nüfuzlu Amhert kollecində təhsilini da-
vam etdirir. Bəzi bioqrafl arı Kulicləri varlı ailələrdən hesab 
etsələr də, fakt budur ki, atası maddi çətinliklər ucbatından 
gələcək prezidentin nüfuzlu Universitetlərdən birində hü-
quq təhsili almasına yardımçı ola bilməmişdir. Kalvin hü-
quq elmlərini müstəqil öyrənməyə  məcbur olur. Bu işdə 
ona Northemptonun varlı  və görkəmli vəkilləri, xüsusilə 
atasının dostu və Vermontun keçmiş qubernatoru Uilyam 
Diliqhem böyük köməklik göstərmişlər.
1897-ci ildə 25 yaşlı Kulic Massaçusets vəkillər kol-
legiyasına qəbul edilir və o, tezliklə şəxsi kontorunu açır. 
İki illik vəkillik fəaliyyəti ərzində böyük hörmətlə yanaşı, 
var-dövlət də qazana bilir. Onun müştəriləri arasında ştatın 
nüfuzlu iş və ticarət adamları özünə yer tutur. O, eyni za-
manda şəhər hüquq məsləhətçisi vəzifəsini də tutmuşdur.
33 yaşlı Kulic Northemptona köçərək burada müəllimə 
işləyən, Vermont Universitetinin məzunu Qreys Anna 
Qudhyu ilə ailə qurmuşdur.
İlk gənclik yaşlarından siyasətə ciddi maraq göstərən 
Kulic respublikaçılar partiyasına üzv yazılır. Onun vəkillər 
kontorundakı iş yoldaşları, vaxtilə uyğun olaraq mer və dairə 
prokuroru seçilməsində yardımçı olduğu Henri Fild və Con 
Hemmond öz növbələrində Kulicin siyasi karyera etməsinə 
yaxından kömək edirlər. Məhz onların himayədarlığı sayə-
sində Kulic Respublikaçılar partyasının Northempton şəhər 
komitəsinə, sonra isə  şəhər bələdiyyəsinə  fəxri üzv seçi-
lir. Üç il şəhər hüquq məsləhətçisi vəzifəsində çalışdıqdan 
sonra 1903-cü ildə müvəqqəti olaraq Hempşir qrafl ığının 
məhkəmə katibi təyin edilir. İki dəfə ardıcıl  ştat parla-


169
Amerika prezidentləri
mentinin aşağı palatasına seçildikdən sonra Northempton 
şəhərinin meri olur. 
Yalnız bir il mer kimi fəaliyyət göstərdikdən sonra, ştat 
senatına seçilir. Üç dəfə ardıcıl senata seçilən Kulic, 1914-cü 
ildə onun sədri olur. Növbəti il ştatın vitse-qubernatoru, 
1919-20-ci illərdə Massaçusets ştatının qubernatoru olmuş-
dur.
Birinci Dünya Müharibəsindən sonra ölkənin ictimai-
siyasi həyatında xaos yaranmışdı, radikal düşüncəli insan-
lar təqib edilirdi. Bu ərəfədə qubernator olan Kulic, çıxışla-
rı ilə ümummilli nüfuz qazandı. O, ölkədə sabitliyin və qa-
nunun müdafi əçisi kimi respublikaçıların milli konventində 
vitse-prezidentliyə namizəd göstərildi. Respublikaçıların 
qələbəsi və Hardinqin vəfatından sonra 2 avqust 1923-
cü ildə prezident kürsüsünə sahib oldu. Yeni prezidentin 
andiçmə mərasimini barışdırıcı hakim olan atası Plimutdakı 
evində qəbul etdi. Kulic lampa işığında əlini ailə Bibliyası-
na basıb and içdi. Radio vasitəsilə bütün ölkəyə yayımlanan 
təmtəraqsız mərasim, prezidenti sağlam kənd Amerikasının 
təcəssümü kimi təqdim edirdi.
Kulicin prezidentliyi iyirminci illərin iqtisadi yüksəliş 
dövrünə  təsadüf edir. Ölkə  vətəndaşları yeni preziden-
ti tərəqqinin simvol və qarantı hesab edirdilər. Daxili 
siyasətdə  sələfi  Hardinqin proqramını  əsas götürən Kulic 
immiqrasiyanın məhdudlaşdırılması, Amerika sənayesinin 
marağı  çərçivəsində müdafi ə xarakterli rüsumların sax-
lanılması, fermerlərə ayrılan kreditlərə dövlət nəzarətinin 
təmin edilməsi, gəmiqayırmanın özəlləşdirilməsi tərəfdarı 
kimi çıxış edirdi. Prezident, adları  məşhur korrupsiya və 
rüşvətxorluq qalmaqallarında hallandırılan  ədliyyə naziri 
Doerti və hərbi nazir Vik istisna olmaqla, Hardinqin qurdu-
ğu kabineti bütünlüklə saxlamışdı.
1924-cü il seçkilərində Kulic yenidən qələbə çaldı. O, 
54 % səs toplayaraq demokratların namizədi Con Devis və 


170
Amerika prezidentləri
fermer təşkilatları, həmkarlar, vətəndaş və qadın təşkilatları 
komissiyasının namizədi, Viskonsinli islahatçı senator Ro-
bert Lafolleti üstələyərək ikinci müddətə prezident seçildi.
Kulicin ikinci prezidentlik dövründə ticarət naziri Huver 
bir çox qanunların qəbul edilməsinə təşəbbüs göstərmişdir. 
Hava rabitə sisteminin yeniləşdirilməsi, radio şəbəkəsinin 
inkişafı və özəl radio kanallarına dövlət nəzarətinin təmin 
edilməsi, hava nəqliyyatı haqqında qanunların qəbul edil-
məsi ümumilikdə ölkənin inkişafına stimul verdi. 1928-ci ildə 
Boulder-Kanyan layihəsi əsasında Kolorado çayı üzərində, 
o dövrlər üçün dünyanın ən böyük bəndinin tikintisi başlan-
dı. Amerika hindularına vətəndaşlıq hüququnun verilməsini 
də Kulic administrasiyasının uğuru hesab etmək olar. 
Bütün bunlarla yanaşı Prezidentin yeritdiyi daxili siya-
si-iqtisadi kursun mənfi   cəhətləri də olmuşdur. Hökumət 
tərəfi ndən himayə edilən böyük biznesin nəzarətsiz qalma-
sı, birjalarda möhtəkirlik hallarının çiçəklənməsi 1929-cu 
ildə baş verən Böyük böhranı şərtləndirən səbəblərdən ol-
muşdur.
Kulic administrasiyasının xarici siyasi kursunun əsasını 
iqtisadi ekspansiya təşkil edirdi. Bu dövrdə xarici ölkələrdə 
(əsasən Avropa, Kanada və Latın Amerikası) yatırılan Ame-
rika kapitalı 17 milyard dollar həcmində idi.
Xarici siyasi kursun təşkilini dövlət katibi Çarlz Hyu-
za həvalə edən Kulic 1925-ci ildə onu Frenk Kelloqla əvəz 
edir. Müharibədən sonra Avropa ölkələri arasında yaranmış 
hərbi borclar və təzminatlar probleminin həllində Amerika 
yaxından iştirak etmiş, bəzi Amerika bankları Almaniyaya 
uzunmüddətli borclar vermişdir.
Fransa Xarici İşlər Naziri Aristid Brian və dövlət katibi 
F.Kelloqun təşəbbüsü ilə 1928-ci ildə «Müharibədən imti-
na» paktının bağlanmasını Kulic administrasiyasının başlı-
ca uğuru hesab etmək olar. Brian-Kelloq adlandırılan pakt 
çoxtərəfl i müqavilə idi və onu 60-dan çox ölkə imzaladı. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə