381
Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı
əlamət kimi özünü göstərəcək və bütün kompleksin
təzahürünün inkiĢafına istiqamət verəcəkdir. Bunlarla yanaĢı
olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki,
onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla Ģərtlənir, digər
halda əsas əlamətlərlə uyğunlaĢa bilmir.
Xarakter əlamətləri və Ģəxsiyyətin münasibətləri.
Xarakter əlamətləri Ģəxsiyyətin müxtəlif münasibətləri ilə
müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər
eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək
üçün əsas rol oynayır. Bu baxımdan Ģəxsiyyətin münasibətlər
sistemini
və xarakter əlamətlərini aĢağıdakı Ģəkildə
qruplaĢdırmaq olar:
1. Ġnsanın baĢqa adamlara: doğma və yaxın adamlara,
təhsil və iĢ yoldaĢlarına, tanıdığı və az tanıdığı adamlara
münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara
sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və
qapalılıq, doğruçuluq və yalançılıq, mərifətlilik və kobudluq,
qayğıkeĢlik və laqeydlik və s. aid etmək olar.
2. Ġnsanın özünün özünə münasibətini bildirən xarakter
əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq,
Ģöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü haqqında yüksək
fikirdə olmaq və s. aid etmək olar.
3. Əməyə münasibətdə özünü göstərən xarakter
əlamətləri. Bunlalara vicdanlılıq, əməksevərlik, tənbəllik,
təĢəbbüskarlıq, iĢə məsuliyyətli və məsuliyyətsiz münasibət,
ciddilik və s. aid etmək olar.
4. Ġnsanın əĢyalara münasibətini ifadə edən xarakter
əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əĢyalara qayğılı və
qayğısız münasibət və s. aid etmək olar.
382
V.16.3. Xarakter haqqında təlimlər tarixindən
Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan
olmuĢdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur.
O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmıĢdır.
Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmıĢ
xarakter tipologiyasını Teofrast təsvir etmiĢdir. Xarakterin
tədqiqatına zahiri görünüĢün onun müəyyən Ģəxsiyyət tipinə
məxsusluğu arasında bağlılıq haqqında elm-fizioqnomika
əhəmiyyətli dərəcədə təsir göstərmiĢdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran-
mağa baĢladı. Frenologiyanın yaradıcısı Qall insan xarak-
terinin təĢəkkül tapdığı 27 elementar psixi xüsusiyyətləri
sadalayır, onların arasında artıq – törəmə instinkti, övlada
məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizəyə və
özünü müdafiəyə meyillilyi qeyd etmək olar.
XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı
əsərlər kimi: F.Cordonun “Ġnsanın genealogiya və bədəni nöq-
teyi-nəzərdən xarakter” və F.Polanın “Xarakterin psixolo-
giyası” kitabları meydana gəlir.
XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə
insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünya
görüĢünü, “ictimai baxıĢlarını” nəzərə alan xarakterin psixosial
təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə
uyğunlaĢma dərəcəsindən və ətraf mühitin insana hansı
dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviy-
yə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaĢma
qabiliyyəti olmayan insanlar; orta səviyyə - ətraf mühitdə öz
yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən
insanlar; ali səviyyə - yaradıcı səviyyədir. O ətraf mühiti
dəyiĢdirməyə çalıĢan insandır.
Bu üç uyğunlaĢma və üstünlük səviyyələrini nəzərə alma
əsasında Lazurski xarakterin aĢağıdakı təsnifatını təklif
383
etmiĢdir:
AĢağı səviyyə: 1) ağıllı tip; 2) affektiv tip (hərəkətli,
hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar,
fəal, inadkar).
Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər
(alimlər, rəssamlar, dini xəyalpərəstlər); 2) praktiklər –
realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.
Ali səviyyə: Bu insanlara Ģüurluluq, ruhi duyğuların
uzlaĢması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak-
terin daha dəqiq anlaĢılmasına gətirib çıxardı.
Fərdi xarakterlərin tipologiyasını təhlil edən Z.Freyd
xarakterin strukturu ideyasını əsas götürərək sübut edir ki,
“müəyyən əlamətlərdən əsas xarakterin formalaĢdırılması
formulunu çıxartmaq olar, həm də nəzərə almaq lazımdır ki,
daimi əlamətlər ya dəyiĢilməyən ilkin impulsları, ya da onların
sublimasiyasını və ya onların yaratdığı reaktiv törəmələrini
təmsil edir”.
Erkən uĢaqlığın xüsusiyyətləri, psixoseksual mərhələnin
inkiĢaf etməsinin spesifikası, müəyyən psixoseksual mərhə-
lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini Ģərt-
ləndirir. Freyd xarakteri oral-passiv, oral-təcavüzkar, anal-
xarakterə, genital xarakterə ayırırdı.
Müasir psixoanalitiklər xüsusilə A.Louenin tipoloji
modelində xarakterin aĢağıdakı tiplərini ayırırlar: aral, mazo-
xist, əsəbi, fallik-narsis, Ģizoid.
. A.Louen xarakter anlayıĢını yalnız pataloji hallarla məh-
dudlaĢdırmağı təklif edirdi. Ġnsan - əgər onun tipik davranıĢ
vasitələri, yəni xarakteri yoxdursa o sağlamdır. Bu o deməkdir
ki, o real həyatda Ģəraitin müəyyən tələblərinə uyğunlaĢaraq
özünü çox gözlənilməz aparır. Müasir amerika psixolo-
giyasında xarakterin iki alternativ tərifindən istifadə olunur:
“Xarakter – Ģəxsiyyətin əxlaqi və mənəvi baxıĢıdır”; “Xarakter
– Ģəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”.
R.Kettel Ģəxsiyyətin əsas amilləri arasında güc və zəifliyi
Dostları ilə paylaş: |