Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

­  34 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Şəhriyar İ. Əliyev

Vəkillər Kollegiyasının üzvü,

BDU­nun Beynəlxalq Ümumi Hüquq

kafedrasının dosenti,

hüquq elmləri üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN VƏKİLLİYİNİN

İNKİŞAF TARİXİ

Qədim tarixi köklərə malik olan Azərbaycanda

vəkillik  və  ya  nümayəndəlik  institutunun

formalaşması və inkişafı özünəməxsusluğu ilə

seçilməkdədir. 

Qədim 


mənbələrdə

Azərbaycanda hüququn  müxtəlif  sahələri,  o

cümlədən məhkəmə prosesi və mühakimə icraatı ilə bağlı məsələlər təsbit olunmuşdur. Avesta

qanunlarında qədim vəkillik institutu özünəməxsus şəkildə əks etdirilmişdir. Burada müqəddəs

qanuna, ədalətli qaydaya tabe olmaq zərdüştiliyin ən yüksək əxlaqi prinsipi hesab edilirdi. Avesta

qanunlarında bu və ya digər tərəfin müdafiəsini xüsusi şəxslər həyata keçirir, şikayət verildikdən

sonra müdafiəçi‐nümayəndə məhkəməyə çağrılırdı. Bəzən müdafiəçi müqəssirin təqsirini əsaslı

hesab etdikdə, məhkəməyə gəlsə də, işi aparmaqdan imtina edirdi (1).

Bundan  əlavə,  qədim  Azərbaycanda  məhkəmə  prosesi  açıq  çəkişmə  xarakteri  daşıyırdı.  Hökm

çıxarmaq üçün bir sıra məsələlərin (müttəhimin günahı, günahın forması (cinayətin qəsdən və ya

affekt vəziyyətində törədilməsi), müttəhimin ictimai və dini mənsubiyyəti və s.) aydınlaşdırılması

zəruri idi (2).

Eranın əvvəllərində (I‐VI əsrlər) Albaniyada hökmdar ölkənin qanunverici və baş hakimi idi, o,

dünyəvi və dini hakimiyyətin məşvərətçi və qanunverici orqanı olan məclisə ‐ məhkəməyə başçılıq

edirdi.  Hökmdarın  sərhədsiz  hakimiyyəti  mövcud  olduğu  üçün  məhkəmədə  hüquq  müdafiəsi

həyata keçirilmirdi (3). Lakin erkən sasani dövründə (III əsr) məhkəmə kilsə işlərini idarə edən

mobedlər  və  radların  ikili  tabeçiliyində  olması  və  Sasani  “Qanunnaməsinə”  görə  mobbedin

“yoxsulların  mənafelərinin  müdafiəçisi”  adlanırilması  hesab  edirəm  ki,  həmin  dövrdə  ittihamla

yanaşı müdafiə mövqeyinin də mövcud olmasını barədə qənaətə gəlmək olar.

Azərbaycanda  Sasanilərin  hökmranlığı  dövründə  müxtəlif  xarakterli  hüquq  mənbələri  mövcud

olmuşdur. Avesta ilə yanaşı VI əsrə aid edilən və əndərz janrında yazılan "Tənsar məktubu" (həmin

mənbə VIII əsrdə İbn əl‐Mükəffa tərəfindən ərəb dilinə tərcümə olunmuş, lakin nə ərəbcə, nə də orta

fars  orijinalında  saxlanılmamışdır), həmçinin  620‐ci  ildə  tərtib  olunan  və  bəzi  hallarda  Sasani

Qanunnaməsi  adlandırılan "Matikan"ı  göstərmək  olar  ki,  qeyd  olunan  mənbələrin  hər  birində

mühakimə icraatı və məhkəmə prosesi ilə bağlı müxtəlif normalar təsbit olunmuşdur.

Bunlardan başqa, Albaniya ərazisində ən mühüm yazılı hüquq mənbələrindən biri də Aquen (Aluen)

kanonları idi ki, bu da müxtəlif ictimai təbəqələrin sosial və hüquqi münasibətlərinin əks etdirildiyi

erkən  orta  əsrlər  Albaniyanın  yeganə  qorunub  saxlanılmış  hüquqi‐tarixi  sənədidir. Sözügedən

yazılı hüquqi abidə Aquen adlanan yerdə ‐ V əsrdə Alban padşahı III Vaçaqan tərəfindən çağırılmış

Aquen  məclisinin  kanonik  qərarlarından,  yəni  kilsə  qaydalarından  ibarətdir.  Aquen  məclisi  13

Mareri  günündə,  miladi  tarixlə  487/488‐ci  ilin  yanvar  ayının  26‐da  keçirilmişdir. Aquen

kanonlarının  məzmunundan  bəlli  olur  ki,  mühakimə  icraatı  açıq  şəkildə  və  çəkişmə  prinsipi

əsasında həyata keçirilirdi. Digər tərəfdən, "Matikan"da isə məhkəmə icraatı ilə bağlı müəyyən

məsələlər, o cümlədən məhkəmə prosesinin hazırlanması və gedişatı, prosessual hüquq qabiliyyəti

və nümayəndəlik, apellyasiya vermə qaydaları və s. normalar öz təsbitini tapmışdır (4).



­  35 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

VII‐IX əsrlərdə Azərbaycanda dövlət və hüququn tarixinin müxtəlif aspektlərinə diqqət yetirsək

görərik ki, bu dövrdə vəkilliyin mövcud olmaması əsas hallardan biridir. Belə ki, ümumiyyətlə,

İslamın ilkin dövrlərinin məhkəmə istintaqının səciyyəvi cəhəti vəkillərin olmaması idi. Çünki qazı

şikayətçi ilə müttəhimin şəxsən gəlməsini bilavasitə tələb edirdi. Şəriət məhkəməsində "iddiaçı"

və "müttəhim" kateqoriyaları eyni terminlə ‐ "müddəi" sözü (zərər çəkən şəxs) ilə ifadə edilir. İş

araşdırılıb qurtardıqdan və hökm çıxarıldıqdan sonra şəxs müqəssir adlandırılırdı (5). Lakin bir

məsələni qeyd etmək lazımdır ki, məhkəmə baxışının vəkilsiz ‐ müdafiəçi olmadan aparılmasına

baxmayaraq,  tərəflər  prosesdə  onların  adından  çıxış  etməyi  başqa  bir  şəxsə  də  həvalə  edə

bilərdilər. Bununla belə, tərəflərin özlərinin də iştirakı məcburi hesab olunurdu. Tədricən şəriət

mühakimə  icraatında  vəkillik  təsisatının  meydana  gəlməsi  İslam  hüquq  təcrübəsinin  inkişaf

etməsinin və təkmilləşməsinin nəticəsi idi (6).

Atabəylər dövlətində dünyəvi hakim funksiyasının ət‐Tuğrayi nəslindən olan rəislər tərəfindən

həyata  keçirilməsinə  baxmayaraq,  şəriətə  görə  onlar  dini  hakimlər  (yəni,  qazı)  və  imamlarla

razılaşdırdılar (7) ki, bu da qərarların qəbul edilməsinə ciddi təsir edirdi.

Tarixşünaslıq  sahəsində  aparılan  elmi  araşdırmalarda  XIII‐XIV  əsrlərdə  Azərbaycanda

hakimiyyətdə  olmuş  Hülakilər  və  Cəlairilər  dövründə  məhkəmə  sistemi  əsas  tədqiqat

obyektlərindən  biri  olmuşdur  (8).  Ümumiyyətlə,  təhlil  olunan  dövrdə  Azərbaycanda  bir  sıra

məhkəmələr  (yarğu  məhkəmələri,  şəriət  məhkəmələri)  fəaliyyət  göstərmişdir.  Həmin

məhkəmələrdə vəkillərin iştirakına gəldikdə isə bu özünü aydın şəkildə büruzə vermişdir. Nümunə

qismində şəriət məhkəmələrini göstərmək olar. Şəriət məhkəmələrinin fəaliyyəti İslam dininin

ehkamlarına və müddəalarına əsaslanmaqla yanaşı, həm də burada yerli əhaliyə aid mühakimə

işləri şəriət normaları əsasında həll olunurdu. Şəriət məhkəmələrində, iddiaçı tərəfindən şikayət

verildiyi təqdirdə, mühakimələr başlayır, cavabdeh tərəf çağırılır və qazı öz hökmünü verirdi. Bu,

ilk  növbədə,  yoxsul  və  aşağı  təbəqələrə  aid  insanların  mühakiməsi  zamanı  baş  verirdi.  Dövlət

əhəmiyyətli  və  yüksək  sinfə  məxsus  mübahisəli  məsələlərdə  isə  daha  ciddi  araşdırmalara  və

dəqiqləşdirmələrə əməl olunurdu. Belə hallarda məhkəmə prosesi: şikayət ərizəsinin verilməsi

(cinayət işinin qaldırılması); cavabdeh tərəfin çağırılması; tərəflərin məhkəmədə dindirilməsi və

üzləşdirilməsi (ibtidai istintaqın aparılması, tərəflərdən sübutların tələb olunması; and içdirmə);

qazi (məhkəmə) tərəfindən hökmün verilməsi mərhələlər ilə yanaşı vəkil və ya nümayəndələrin

çağırılması da həyata keçirilirdi.

Həmin dövrdə vəkillik müstəqil qurum kimi fəaliyyət göstərmirdi. Onlar xüsusi şəxslər olmaqla

əsasən  qazilərin  sərancamında  idilər  və  məhkəmə  prosesinə onların  sərəncamlarına  müvafiq

olaraq qoşulurdular. Bəzən iddiaçı tərəfin də vəkil tutmasına ehtiyac duyulurdu. Müvafiq hal ali

təbəqəyə xas olan mühüm məsələlərin istintaqı üçün səciyyəvi idi. Çox hallarda yüksək silkdən

olan əyanlar məhkəməyə öz nümayəndələrini göndərirdilər.

  XIII­XIV  əsrlərdə  Azərbaycanda  şəriət  məhkəmələri  tərəfindən  həyata  keçirilən  prosesin  bir

hissəsini  də  məhz  tərəflərin  və  onların  vəkillərinin  (və  ya  nümayəndələrinin)  dindirilməsi  və

üzləşdirilməsi tutur.

Monqolların  Azərbaycana  ikinci  yürüşündən  (XIII  əsr)  sonra  dövlət  qurmaları  ölkənin  idarə

sisteminə müəyyən təsir göstərdi. Azərbaycanda iki ənənəvi dövlət quruluşunun – oturaq əhaliyə

və köçərilərə məxsus idarə sistemlərinin bir‐birilə çulğaşması nəticəsində daha təkmil, öz dövrü

üçün mütərəqqi olan vahid idarə sistemi yarandı. Dövlətin məhkəmə sistemi müxtəlif hissələrə ‐

dövlət və dini məhkəmələrə ayrılmışdı. Dövlət məhkəmələri Çingiz xanın yasasına (qanunlarına),

dini məhkəmələr şəriət qanunlarına əsasən fəaliyyət göstərirdi. Şəriət məhkəmələrinin işinə dövlət

məhkəmələrinin müdaxiləsi qanun ilə qadağan olunmuşdu (9).

Səfəvilər dövlətində keçirilən məhkəmə proseslərində vəkillik institutundan istifadə olunurdu.

Belə ki, vəkillər qanunvericiliyi bilən, müsəlman hüququnun əsaslarına bələd olan hüquqşünaslar

içərisindən  seçilirdilər. Səfəvilər  dövründə  vəkillik  bir  peşə  olaraq hüquqşünasların  məşğul

olduqları fəaliyyət sahəsi idi. Lakin istər şəri, istərsə də ürfi məhkəmələrin qəbul etdiyi qərarlara

təsir göstərmək, onları yüngülləşdirmək və s. məsələlərdə  vəkillərin  elə  bir  rolu  yox  idi.  Onlar,



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə