Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

­  40 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Müvafiq  qanunvericilik  aktında  vəkillə  yanaşı,  vəkilin  köməkçisi  ilə  bağlı  münasibətlərin

tənzimlənməsinə də önəm verilmişdir. Belə ki, Qanunun 8.1‐ci maddəsinə əsasən, öz fəaliyyətini

vəkilin  rəhbərliyi  altında  və  onun  tapşırıqlarını  yerinə  yetirməklə  həyata  keçirən  şəxslər  vəkil

köməkçisi sayılırlar. Ali hüquq təhsilli olmasına baxmyaraq, vəkil köməkçisinin müstəqil vəkillik

fəaliyyəti ilə məşğul olmasına yol verilmir.

Qanunvericilikdə  nəzərdə  tutulmuş  müvafiq  şərtlərə  əsasən  vəkil  olan  şəxslər  Azərbaycan

Respublikasının Vəkillər Kollegiyasında birləşir. Qanunun 9‐cu maddəsinə uyğun olaraq, Vəkillər

Kollegiyası qeyri‐dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu qurum sayılır.

Eyni  zamanda,  qanunda vəkillik  fəaliyyəti  ilə  bağlı  digər  məsələlər  (vəkilliyin  rəmzləri,  vəkilin

andı, vəkillərin peşə hazırlığı və ixtisasının artırılması, vəkil sirri, vəkil etikası, vəkil tərəfindən

göstərilən  hüquqi  yardım  haqqının  ödənilməsi,  dövlət  hesabına  hüquqi  yardımın  göstərilməsi,

vəkillərin intizam məsuliyyəti, vəkilin fəaliyyətinə xitam verilməsi, vəkillərin pensiya təminatı və

s.) də təsbit edilmişdir (21).

Azərbaycan Respublikasında vəkillik fəaliyyətinin bir hissəsi, eləcə də vəkillərin prosessual hüquq

və  vəzifələri  müxtəlif  prosessual  qanunvericilik  aktları  (Cinayət‐Prosessual  Məcəllə,  Mülki‐

Prosessual Məcəllə, İnzibati‐Prosessual Məcəllə və s.) vasitəsilə nizama salınır. Belə ki, CPM‐in 7‐ci

maddəsi və IX fəsli (maddə 90‐93) "müdafiə" və "müdafiə tərəfi" anlayışının müəyyən olunması,

habelə  müdafiəçinin  hüquqi  statusu,  19‐cu  maddəsi  isə  cinayət  mühakimə  icraatının  rəhbər

başlanğıcı kimi hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi prinsipi (22),  MPM­in

66‐68‐ci maddələri və VI fəsli (maddə 69‐75) müvafiq olaraq vəkillik və nümayəndəlik (23), İPM‐in

31‐ci maddəsi isə prosessual nümayəndəliklə (24) bağlı münasibətləri nizama salır.

Bununla  belə,  Azərbaycan  Respublikasında  vəkillik  və  vəkillik  fəaliyyətinin  tənzimlənməsində

digər  qanunvericilik  aktları  və  normativ‐hüquqi  sənədlərin  də  rolunu  qeyd  etmək  lazımdır.

Məsələn, Azərbaycan Respublikasının “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi

haqqında”  11  dekabr  1998‐ci  il  tarixli  Qanunu,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı

haqqında”  1  fevral  2001‐ci  il  tarixli  Qərarı, “Azərbaycan  Respublikası  Vəkillər  Kollegiyasının

maddi­texniki  təminatının  yaxşılaşdırılması  üzrə  tədbirlər  barədə”  Azərbaycan  Respublikası

Prezidentinin 11 mart 2005­ci il tarixli Sərəncamı və s.

Lakin bütün bunlar Azərbaycanda vəkillik fəaliyyətinin hüquqi tənzimlənməsinin yeganə vasitəsi

deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148‐ci maddəsinin II hissəsinə uyğun

olaraq,  dövlətmizin  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  Azərbaycan  Respublikasının

qanunvericilik  sisteminin  ayrılmaz  tərkib  hissəsini  təşkil  edir.  Məhz  buna  görə  də  beynəlxalq

hüququn tamhüquqlu subyekti kimi Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı hüquqi

yardım haqqında bəzi ikitərəfli müqavilə və ya sazişlərdə vəkilin yaxud müdafiəçinin köməyindən

istifadə olunmasına dair müddəalar mövcuddur. Nümunə qismində “Azərbaycan Respublikası və

Moldova  Respublikası  arasında  mülki,  ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquqi

münasibətlər  haqqında”  2004­cü  il  Müqaviləsini  göstərmək  olar.  Belə  ki,  Müqavilənin  86‐cı

maddəsinə uyğun olaraq, digər şəxslərlə yanaşı, məhkumun vəkilinin hökmün icra edilməsi üçün

verilməsindən imtina ilə əlaqədar nəzərdə tutulmuş hərəkətlərin icra edilməsi ilə bağlı məsələ

qaldırmaq hüququ təsbit olunmuşdur.

Azərbaycan Respublikasının hüquqi yardımla bağlı qoşulduğu çoxtərəfli beynəlxalq müqavilələrdə

də müdafiə hüququnun hüquqi təsbitinə rast gəlmək mümkündür. Məsələn, Müstəqil Dövlətlər

Birliyinin  2002­ci  il  “Mülki,  ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquqi  münasibətlər

haqqında” Kişinyov Konvensiyası 76‐cı maddəsi bilavasitə müdafiə hüququnun təmin edilməsinə

yönəlmişdir. Həmin müddəaya uyğun olaraq, həbs edilmiş şəxs iştirakçı‐dövlətin ərazisində bu

ölkənin qanunvericiliyinə uyğun olaraq müdafiə hüququna malikdir. Eyni zamanda, Konvensiyanın

76.2­ci  maddəsinə  uyğun  olaraq,  həbs  etmənin,  həbsdə  saxlama  müddətinin  uzaldılmasının

qətimkan tədbiri kimi tətbiqinə dair müdafiəçinin şikayət vermək hüququ və bunun ünvanlandığı

qurumlarla bağlı norma öz əksini tapmışdır.



­  41 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Eyni zamanda, Azərbaycan Respublikasının məhkəmə təcrübəsində də müdafiə hüququnun təmin

olunması və bu istiqamətdə beynəlxalq hüquq normalarının üstünlüyünün təmin olunmasına dair

müddəalar  təsbit  olunmuşdur.  Nümunə  qismində  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin

Plenumunun (27 dekabr 1996‐cı il tarixli “Məhkəmə hökmü haqqında” Qərar, 27 dekabr 1996‐cı

il  tarixli  “Cinayət  mühakimə  icraatında  zərər  çəkmiş  şəxsin  iştirakını  tənzimləyən  qanunların

tətbiqi  haqqında”  Qərar, 30  mart  2006‐cı  il  tarixli “Ədalət  mühakiməsinin  həyata  keçirilməsi

zamanı “İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Avropa  Konvensiyası

müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında”

Qərar və s.) və Konstitusiya Məhkəməsinin (4 iyun 1999‐cu il tarixli “Cinayət mühakimə icraatında

zərər çəkmiş şəxsin iştirakı haqqında” Qərar, 13 dekabr 2010‐cu il tarixli “Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 71.1‐ci maddəsinin şərh edilməsi haqqında” Qərar,  10 oktyabr 2011‐ci il

tarixli    “Azərbaycan  Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinin  158.3‐cü  maddəsinin  bəzi

müddəalarının,  158.4  və  290.3‐cü  maddələrinin  şərh  edilməsinə  dair”  Qərar  və  s.)  qərarlarını

göstərmək olar.

İqtibas qeydləri:

(1) İsmayılov X. Azərbaycanın dövlət və hüquq tarixi. Dərslik. Bakı, "Nurlan", 2006, s. 36.

(2) Əkbərov R.A, Səlimov S.M. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2003, s. 32.

(3) Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı 1988. səh., 55.

(4) İsmayılov X. Azərbaycanın dövlət və hüquq tarixi. Dərslik. Bakı, "Nurlan", 2006, s. 53­70

(5) Əkbərov R.A, Səlimov S.M. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2003, s. 88.

(488 ñ.).

(6) İsmayılov X. Azərbaycanın dövlət və hüquq tarixi. Dərslik. Bakı, "Nurlan", 2006, s. 123.

(7) Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti (1136‐1225‐ci illər). Bakı, "Pedaqogika", 2004, s. 166­167. (248 s.)

(8) Àëè­çàäå À.À. Ñîöèàëüíî­ýêîíîìè÷åñêàÿ è ïîëèòè÷åñêàÿ èñòîðèÿ Àçåðáàéäæàíà XIII­XIV ââ. Áàêó, 1956, ñ.

269. (420 ñ.)

(9) Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan cildi. Bakı 2007. ,səh., 224

(10) Cəfərli N.H. Səfəvilərin dövlət quruluşu. Hüquq elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş

dissertasiyanın avtoreferatı. Bakı, 2003, s. 36‐37. (52 s.)

(11) Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. (XIII‐XVIII əsrlər). Bakı, "Elm" nəşriyyatı, 1999, s. 216‐217. (584

s.); Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). Dərslik. I cild. Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsi

ilə. Bakı, Azərnəşr, 1994, s. 453. (680 s.)

(12) Azərbaycanda vəkillik. Q.K.Cənnətov. Bakı2003.səh.,18‐19.

(13) “Ñóä ïðèñÿæíûõ Ðîññèè: Ãðîìêèå óãîëîâíûå ïðîöåññû 1864­1917㠔, Ñîñò. Ñ.Ì.Êàçàíöåâ, Ëåíèíèçäàò,

1991, ñòð.12

(14) Æóðíàë "Þðèäè÷åñêîå îáîçðåíèå", 1881, ¹ 21, ñ. 794­799; Æóðíàë "Þðèäè÷åñêîå îáîçðåíèå", 1881, ¹

25, ñ. 937­942.

(15)  Àçÿðáàéúàí  òàðèõè.  .Éåääè  úèëääÿ.  Áåøèíúè  úèëä  (1900­1920­úè  èëëÿð).  Áàêû,  "Åëì"  íÿøðèééàòû,

2001, ñ. 316. (672 ñ.)

(16) ßêáÿðîâ Ð.À. Àçÿðáàéúàíûí äþâëÿò âÿ ùöãóã òàðèõè (qədim, orta əsrlər və müasir dövrdə). Áàêû, "Qanun"

íÿøðèééàòû, 2009, ñ. 340. (604 ñ.).

(17) Èñòîðèÿ ãîñóäàðñòâà è ïðàâà Àçåðáàéäæàíñêîé ÑÑÐ. Âåëèêàÿ îêòÿáðüñêàÿ ñîöèàëèñòè÷åñêàÿ ðåâîëþöèÿ

è ñîçäàíèå ñîâåòñêîé ãîñóäàðñòâåííîñòè â Àçåðáàéäæàíå. Ïîä ðåä. Ì.Ñ.Õàëàôîâà, À.Ñ.Áàáàåâà. Òîì 1. Áàêó,

Èçäàòåëüñòâî Àêàäåìèè Íàóê Àçåðáàéäæàíñêîé ÑÑÐ, 1964, ñ. 265. (315 ñ.)

(18) Èñòîðèÿ ãîñóäàðñòâà è ïðàâà Àçåðáàéäæàíñêîé ÑÑР(1920­1934 ãã.). Ðåä. êîë. Ì.Ñ.Õàëàôîâ, Ç.Ì.Êàñóìîâ

è äð. Òîì 2. Áàêó, Èçäàòåëüñòâî "Ýëì", 1973, ñ. 228. (552 ñ.)

(19) Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanun). Bakı, Partnəşr, 1938, s. 26. (34 s.)

(20) Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, "Êommunist" nəşriyyatı, 1978,

s. 55­56. (60 s.)

(21) www.e­qanun.az

(22) Azərbaycan Respublikasının Cinayət‐Prosessual Məcəlləsi. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2011, s. 9­10;

96­104. (635 s.)

(23) Azərbaycan Respublikasının Mülki‐Prosessual Məcəlləsi. Bakı, "Qanun" nəşriyyatı, 2011, s. 40­41; 63­68.

(24) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. Bakı, "Qanun" nəşriyyatı, 2011, s. 23; 31. (88 s.)



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə