Publication1


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   2   3   4   5   6   7   8   9   ...   43

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  9 ­



Müsahibimiz  "Azərbaycan  Hüquq

İslahatları

Mərkəzi" İB‐nin  sədri,  Vəkillər  Kollegiyasının

Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin

üzvü, h.e.f.d. Anar Bağırovdur

İMKANSIZLAR ÜÇÜN ƏDLİYYƏ VƏ YAXUD

QANUNLARI HƏR KƏS ÜÇÜN SƏMƏRƏLİ

ETMƏYİN SİRRİ

­ Anar  müəllim,  ilk  öncə  Sizi  salamlayır  və

müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.

‐ Mən də öz növbəmdə Sizə öz təşəkkürümü bildirir, Baş

redaktoru  olduğum və  zəhmətinin  tək  mənə  deyil,

kollektivimizə aid olduğu bu nəşrin uğurlu layihələrdən

biri olacağına ümid bəsləyirəm.

‐ Təbii ki, Sizə ünvanlayacağımız suallar artıq neçə vaxtdır ki, mübaliğəsiz desək sayənizdə

cəmiyyət  arasında  aktuallığa  qovuşmuş  "ödənişsiz  hüquqi  yardım"  mövzusu  ilə  bağlıdır.

Belə  desək, "günün günorta çağı" haradan doğdu bu fikir və bu fikrin gündəmə gətirilməsi

Sizcə, zamanı bir balaca qabaqlamaq deyilmi?

­ Anlaşılan odur ki, sualınızı iki yöndə cavablandırmalıyam. İlk öncə, bildirməliyəm ki, bu ideyanın

aktuallaşmasında təkcə mənim deyil, ölkəmizdə tanınmış, nüfuzlu hüquqşünasların böyük rolu

olmuşdur. Belə bir məşhur deyim var: "ideya kapitaldır və o, yalnız səriştəlilərin əlində olanda

gəlir  gətirir."  Məhz  elə  bu  fikirlə  biz  yola  çıxdıq.  2012‐ci  ilin  fevralında Azərbaycan  Hüquq

İslahatları Mərkəzi və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə təşəbbüsü ilə 14

nəfər  peşəkar  hüquqşünasdan, əsasən  vəkillərdən,  həmçinin  hüquqşünas  alimlərdən  ibarət

tərkibdə "Ödənişsiz  hüquqi  yardım  haqqında"  qanun  layihəsinin  hazırlanması  üzrə  İşçi  Qrup

formalaşdırıldı. Keçən  dövr ərzində  beynəlxalq  təşkilatların  nümayəndələrinin  (Amerika

Hüquqşünasları Assosiasiyasının Bakı Ofisinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin,

ATƏT‐in Bakı Ofisinin) iştirakı ilə çoxsaylı görüşlər keçirildi və görüşlərin nəticəsi olaraq bu günə

kimi Qrup üzvlərinin birgə səyi nəticəsində həm Qanun layihəsi, həm də ki, Qanun layihəsinə

dair Konsepsiya sənədi hazırlanaraq ərsəyə gətirildi. Hər iki sənədin hazırlanmasında müxtəlif

ölkələrin – Almaniya, Türkiyə, ABŞ, Finlandiya, Niderland, Litva və s. təcrübəsindən yararlanılmış,

onların müsbət təcrübəsi nəzərə alınmışdır. Adı çəkilən sənədlər Azərbaycan və İngilis dillərində

Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi  və  Azərbaycan  Hüquqşünasları  Konfederasiyasının

veb­səhifələrində  yerləşdirilmiş,  hətta  bu  məsələ  müxtəlif  KİV‐də  işıqlandırılmışdır.  Bundan

başqa,  ATƏT‐in  dəstəyi  ilə  İşçi  Qrupun  üzvlərinin  Litva  Respublikasına  təcrübə  səfəri  təşkil

olunmuşdur. Bilirsiniz, bu sənədlərin məzmununun zənginləşdirilməsində təkcə Qrup üzvləri

deyil, eyni zamanda ölkəmizdə peşəkarlıqları ilə seçilən digər vəkil və hüquqşünaslar da iştirak

etmişlər. Əslində ideyanın müəllifi olaraq Azərbaycan Hüquq İslahatları Mərkəzi il yarım bundan

əvvəl  ölkəmizdə  hüquqi yardım  işinin  vəziyyətinin  araşdırılması istiqamətində  fəaliyyətə

başlamışdı.  Buna  səbəb  isə  ölkəmizin  regionlarında  vəkillik,  dolayısilə  hüquqi  yardımın

göstərilməsi  ilə  bağlı  obyektiv  problemlərin  mövcudluğu idi.  Haşiyədən  kənara  çıxaraq

deməliyəm ki, bu problemlər haqqında bir qədər sonra daha təfərrüatlı məlumat verəcəyəm.

Üstəlik, Dövlət başçısının 2008‐ci  ildə  imzaladığı  "2008‐2015‐ci  illərdə  Azərbaycanda

yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı"  və  digər  bənzər  sənədlərdə

aztəminatlı şəxslərə hüquqi yardım göstərilməsinin vacibliyinin vurğulanması layihəyə stimul

verən  faktorlardan  idi.   Bir   məqamı   da  vurğulamalıyam.  İşimizin  bu  mərhələsində  xoş  bir



­  10 ­

təsadüf  haqqında  məlumat  versəm,  yerinə  düşər.  Belə  ki,  bu  ilin  martında  Məhkəmə‐Hüquq

Şurasının  iclasında  da əhaliyə  göstərilən  hüquqi  yardım  işinin  təkmilləşdirilməsi  üzrə  əlavə

mexanizmlərin müəyyən olunmasının zəruriliyi fikri səsləndirilmişdir.

Sualınızın ikinci hissəsinin cavablandırılmasına keçsək yaxşı olar. Bayaq Siz sual verəndə "günün

günorta  çağı"  ifadəsindən  istifadə  etdiniz.  Sualınıza  belə  cavab  verəcəyəm:  Xeyr,  bu  ideyanın

aktuallığa çevrilməsi heç də təsadüfi baş verməmişdir. Belə desək, bu, sosial zərurətin və ictimai

təkamülün  nəticəsidir.  Məlumdur  ki,  insanlar  kollektiv  və  fərdi  hüquqlara  malikdirlər.  Tarixdə

həmin  hüquqlar  uzun  illərin  mübarizəsi  nəticəsində  əldə  olunmuşdur. Vətəndaşların

özünüifadəsinin,  özünəinamının  formalaşmasında  şturvalı ələ  alan  hüquqlardan  biri  də

məhkəmələrə çatımlılıq, dolayısilə bu hüququn realizəsinin əsas rıçaqlarından biri olan "hüquqi

yardım  almaq  hüququ"dur.  Ona  görə  də  son  dövrlər  ölkəmizdə  bu  sahəyə  diqqətin  artırılması

dövlətin  real  demokratik  islahatlara,  insan  hüquq  və  azadlıqlarının  müdafiəsinə ayırdığı  diqqət

kimi qiymətləndirilməlidir.



­ Sualımı  haradasa əvvəlki  sualın  davamı  kimi hesab  etmək  olar.  Belə  ki,  hüquqi  yardım

institutunun  təşəkkül  tapmasını  şərtləndirən  əsas  problemlər  barədə  fikirlərinizi  bilmək

istərdik. Yəni bu sahədə olan vəziyyət o qədər ciddidir ki?!

­ Bilirsiniz, "ciddi" sözü bir az ağır sözdür. Bu söz insanda həmin sahədə sanki böyük fəsadların

olması təsəvvürü yaradır. Lakin özünüz gördüyünüz kimi ölkəmizdə həyat öz axarı ilə davam edir,

müvafiq  sistemlər  işlək  vəziyyətdədir,  cəmiyyətdə  sosial  narazılıq  səviyyəsi  qonşu  ölkələrlə

müqayisədə ən aşağı həddədir. Təbii ki, mən hər şeyin ideal səviyyədə olduğunu desəm, bu, haqsızlıq

olardı.  Çünki  ideal  cəmiyyət  olmur.  Əgər  elə  cəmiyyət  olsa  idi,  hüquqi  yardım  və  sairə  bu  kimi

institutlara da ehtiyac olmazdı.

Ödənişsiz hüquqi yardım sahəsində mövcud olan problemlər haqqında danışdıqda qeyd etməliyəm

ki, bəli, bu gün bu sahədə hər bir hüquqşünasa məlum olan bir sıra problemlər mövcuddur. Lakin

həmin maneələri dəf olunmayacaq problemlər kimi qiymətləndirmək olmaz. Bununla belə, həmin

problemlərdən bir neçəsi haqda qısaca da olsa, məlumat vermək istərdim. Əvvəla, Konstitusiyamızın

61­ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir. Normanın

mətninə diqqət verdinizsə, belə yardımın göstərilməsi işin xarakteri ilə şərtləndirilməmişdir, yəni

işin cinayət, mülki, inzibati və başqa sahəyə aidiyyətindən asılı deyildir. Bu yardımdan istənilən

imkansız şəxs yararlana bilər. Lakin təcrübədə görsənən odur ki, ölkəmizdə hüquqi yardım əsasən,

cinayət işləri ilə əlaqədar göstərilir. Konkret olaraq, əgər söhbət pulsuz hüquqi yardım almaqdan

gedirsə, Azərbaycan vətəndaşlarının pulsuz vəkil, hüquqi nümayəndə tutmaq imkanı məhduddur.

Çünki, mülki işlərdə pulsuz hüquqi yardım alınmasının dəqiq qanunvericilik mexanizmi mövcud

deyildir.  Həmçinin  qanunvericilikdə  “maddi  vəziyyəti  öz  hesabına  vəkil  tutmağa  imkan

vermədikdə”,  “orta  aylıq  gəlirini,  maddi,  əmlak  və  ailə  vəziyyətini,  habelə  digər  halları  imkan

vermədikdə” və s. anlayışlar dedikdə nəyin nəzərdə tutulduğu bilinmir.

İkincisi,  ödənişsiz  hüquqi  yardım göstərməli  olan  vəkili  birinci  instansiya  məhkəməsi  təyin

etməlidir. Lakin elə birinci instansiya məhkəməsinə müraciət etmək üçün vətəndaşa vəkil lazımdır

ki, ona müvafiq ərizəni yazmağa, habelə digər işlərdə köməklik göstərsin.

Üçüncüsü,  ümumiyyətlə  regionlarda  vəkillərin  sayının  katastrofik  dərəcədə  az  olması  hüquqi

yardımın alınmasının bəlkə də əsas maneələrindən biridir. Adambaşına düşən vəkil sayına görə

Azərbaycan  inkişaf  etmiş  Avropa  ölkələrindən  geri  qalır  və  bu,  keyfiyyətli  hüquqi  xidmətlərin

göstərilməsi və ədalət mühakiməsinin həyata keçirilməsində əsas əngəllərdən biridir. Vətəndaşların

konstitusion  hüquqlarının  effektiv  həyata  keçirilməsi  üzrə  Avropa  Şurasının  Azərbaycanda

vəkillərin sayının artırılması, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tövsiyələrinə əsasən,

2005‐ci ildən bu günə kimi vəkillərin sayı 370‐dən 834‐ə, yəni 2,3 dəfəyədək artmışdır. Doğrudur,

bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatların  hesabatlarına əsasən,  Azərbaycan  digər  ölkələr  ilə

müqayisədə  adambaşına  düşən  vəkil  sayına  görə  hələ  də  geri  qalmasına  baxmayaraq,  bu

çatışmazlığın aradan qaldırılması məqsədilə vəkilliyə namizədlərin seçimi mütəmadi olaraq davam

etdirilir.   Mətbuatdan    da    məlumdur    ki,    hazırda    Vəkillər    Kollegiyası   tərəfindən   vəkilliyə

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə