Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

­  17 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

N.Həsənovun ayrı cinayət işlərində hal şahidi kimi iştirak etmələri faktı özü‐özlüyündə M.Səlifovun

üzrərində silahın tapılmasını inkar etmir.”

Bəzi  hallarda  da  əməliyyat  və  ibtidai  istintaqı  aparan  əməkdaşlar  tərəfindən  öz  qanunsuz

əməllərini  ört‐basdır  etmək  məqsədi  ilə  hal  şahidlərinin  iştirakı  zəruri  olmayan  istintaq

hərəkətlərində belə hal şahidlərindən “istifadə” edirlər. Oxşar hal Azərbaycan Respublikası Dövlət

Gömrük Komitəsinin İstintaq idarəsi tərəfindən aparılan Vüsal Məmmədov barəsində olan cinayət

işi üzrə baş vermişdir. Həmin iş üzrə hal şahidləri istintaqa dəvət edilməmiş və ifadə vermədikləri

halda  istintaq  hal  şahidinin  dindirmə  protokolları  tərtib  edib  və  hal  şahidlərinin  əvəzinə  saxta

imzalar  atmışdır.  Nəticədə,  göstərilən  hal  və  istintaq  orqanının  digər  pozuntuları  məhkəmədə

sübuta  yetirilmiş  və  təqsirləndirilən  şəxs  barəsində  bəraət  hökmü  çıxarılmışdır.  Həmin  bəraət

hökmü digər məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır.  Hal şahidlərinin

belə formallığının aradan qaldırılmasında məhkəmələrin rolu böyük ola bilər. İstintaqda formal

iştirakları sübut olunan hal şahidləri barədə cinayət işlərinin başlanması, belə hal şahidlərindən

istifadə  edən  əməkdaşlar  barədə  müvafiq  tədbirlərin  görülməsi  belə  formallığı  aradan  qaldıra

bilər.  Həmçinin  hal  şahidlərinə  məhkəmədə  ifadə  verən  zaman  iltizamın  elan  olunması  formal

xarakter  daşımamalıdır.  Belə  olan  halda  istintaq  hərəkətlərində  hal  şahidlərinin  iştirakının

effektivliyi,  zərurət  halında  isə  şahid  qismində  məhkəmədə  verdikləri  ifadələrin  dəyərliliyini

təmin  edər.  Azərbaycan  Respublikası  Konsititusiyasının  əsas  insan  və  vətəndaş  hüquqları  və

azadlıqlarından bəhs edən 3‐cü fəslin 63‐cü maddəsinin I bəndinə əsasən hər kəsin təqsirsizlik

prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri

qanunla  nəzərdə  tutulan  qaydada  sübuta  yetirilməyibsə  və  bu  barədə  məhkəmənin  qanuni

qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin V bəndində göstərilmişdir ki,

Məhkəmənin  hökmü  olmasa  kimsə  cinayətdə  təqsirli  sayıla  bilməz.  “İnsan  hüquqları  və  əsas

azadlıqların  müdafiəsi  haqqında”  Konvensiyanın  6‐cı  maddəsinin  2‐ci  bəndinə  əsasən,  cinayət

törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab

edilir.  Bir  çox  hallarda  cinayət  işləri  başlanan  zaman  və  istintaqın  gedişatında  hüquq‐mühafizə

orqanları  tərəfindən  birgə  bəyanatlar  verilir.  Belə  bəyanatlar  zamanı  bir  çox  hallarda  şəxsin

təqsirliliyini  müəyyən  edən  formada  səsləndirilir.  Oxşar  bəyanat  hüquqlarını  müdafiə  etdiyim

Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyev barəsində də verilmişdir. 29 mart 2012‐ci il tarixdə

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri 01

mart  2012‐ci  il  tarixdə  Quba  şəhərində  baş  vermiş  məlum  hadisə  ilə  bağlı  birgə  məlumat

yaymışlar.  Həmin  məlumatda  göstərilmişdir  ki,  "...Hadisələrin  baş  vermə  səbəblərinin  müəyyən

edilməsi istiqamətində aparılan istintaq araşdırmaları göstərmişdir ki, Quba Şəhər Bələdiyyəsinin və

rayon  bələdiyyələr  şurasının  sədri  Elxan  Əliyev  2011‐ci  il  noyabrın  22‐də  keçirilən  müşavirədə

videoçəkiliş  aparan  "Xəyal"  müstəqil  teleradio  şirkətinin  icraçı  direktoru  Vüqar  Qonaqovdan  icra

hakimiyyətinin  başçısı  Rauf  Həbibovun  çıxışının  qısaldılmış  variantını  hazırlamağı  xahiş  etmiş  və

bunun müqabilində ona 140 manat ödəmişdir. Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru

Zaur  Quliyev  və  montajçısı  İslam  Aslanov  tərəfindən  icra  başçısının  rayonun  bəzi  sakinlərinin

qanunsuz  hərəkətləri  barədə  söylədiyi  fikirlərin  ardıcıllığı  pozulmaqla,  ayrı‐ayrı  sözləri

vətəndaşlarda  hiddət  doğuran  məzmunda  birləşdirilməklə  süjet  hazırlanmışdır.  Həmin

videomaterial 2011‐ci il dekabrın 18‐də kompakt diskdə Vüqar Qonaqova təqdim olunmuş və o, diski

Elxan Əliyevə vermişdir... ...Zakir Məmmədov, habelə Quba Şəhər Bələdiyyəsinin və rayon bələdiyyələr

şurasının sədri Elxan Əliyev, "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru  Zaur Quliyev və

baş  redaktoru  Vüqar  Qonaqov  Cinayət  Məcəlləsinin  233‐cü  (ictimai  qaydanın  pozulmasına  səbəb

olan hərəkətləri təşkil etmə) və 309‐cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən

şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə istintaq

hərəkətləri və əməliyyat‐axtarış tədbirləri davam etdirilir”.

Bununla bağlı, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat

xidmətlərinin 01 mart 2012‐ci il tarixdə Quba şəhərində baş vermiş məlum hadisə ilə bağlı 29

mart 2012‐ci il tarixdə yaydıqları birgə  məlumatı  hüquqlarını  müdafiə  etdiyim təqsirləndirilən




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  18 ­

şəxs  Əliyev  Elxan  Abbasqulu  oğlunun  Azərbaycan  Respublikası  Konstitusiyasında,  Azərbaycan

Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən Azərbaycan Respublikası

Cinayət‐Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqlarının kobud şəkildə pozulmasına səbəb

olduğu  üçün  qanunsuz  hesab  olunması  barədə  məhkəməyə  şikayət  verilmişdir.  Lakin  şikayət

məhkəmədə öz müsbət həllini tapmamışdır.

Bu cür bəyanatlar istintaqın sonrakı gedişinə də təsir göstərir. Belə ki, istintaqın sonrakı gedişində

necə  olur  olsun  verilmiş  bəyanatın  sübut  olunmasına  cəhd  edilir.  Əksər  hallarda  işin  sonrakı

mərhələsində  tərtib  olunmuş  ittiham  aktları  və  məhkəmə  qərarları  verilmiş  bəyanatlara  uyğun

olur. Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev də öz müsahibələrinin

birində  bildirmişdir  ki,  “bəzən  hüquq‐mühafizə  orqanları  istintaqın  gedişatı  ilə  bağlı  cəmiyyətə



məlumatı elə şəkildə verirlər ki, artıq insanın təqsirlilik məsələsini həll etmiş olurlar. Hələ onu demirəm

ki,  bəzən  ayrı‐ayrı  hüquq‐mühafizə  orqanları  birləşib  bir  bəyanat  verirlər.  Bunun  özü  də  hüquqi

tərəfdən  sual  doğurur.  Ona  görə  ki,  prosessual  baxımdan,  konstitusion  baxımdan  hər  bir  hüquq‐

mühafizə  orqanının  öz  funksiyası  var.  Əgər  bu  hüquq‐mühafizə  orqanlarının  biri  axtarışla

məşğuldursa və digəri ona nəzarət edirsə, onların birləşib istintaq barədə məlumat verməsi məncə

sual doğurur”.

Hesab edirəm ki, hüquq‐mühafizə orqanları bu cür bəyanat verərkən çalışmalıdırlar ki, sözlər elə

seçilsin ki şəxslərin təqsirsizlik məsələsi yuxarıda göstərilən formada, əvvəlcədən həll olunmasın.

AR CPM‐nin 142‐ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş

hökmü  cinayət  təqibi  üzrə  icraatda  həm  müəyyən  olunmuş  hallara,  həm  də  onların  hüquqi

qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Praktikada bəzi

hallarda  bununla  da  bağlı  müdafiəçilərin  işində  çətinlik  yaranır.  Belə  ki,  hüquqlarını  müdafiə

etdiyim  Elxan  Əliyevin  təqsirləndirilən  şəxs  kimi  cəlb  olunduğu  cinayət  işindən  3  cinayət  işi

ayrılaraq məhkəməyə göndərilmişdir. Elxan Əliyevin təqsirləndirilən şəxs kimi cəlb olunduğu işdə

məhkəmə  istintaqı  başlayarkən  artıq  digər  3  iş  barədə  hökmlər  çıxmışdır.  Həmin  hökmlərin

"müəyyən etdi" hissəsində göstərilmişdir ki, guya Elxan Əliyev və digər təqsirləndirilən şəxslər

tərəfindən xüsusu proqram və digər vasitələrdən istifadə olunmaqla Rauf Həbibovun bəzi Quba

rayon sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi cümlələr ümumi konteksdən çıxarılaraq

Quba rayon sakinlərinin qəzəb və hiddətinə səbəb ola biləcək məzmunda hazırlanıb internetdə

yerləşdirilib. Həmin internetdə yerləşdirilmiş videoda olan davamlı çağırılışlardan məlumatlanan

şəxslər  1  martda  ictimai  qaydanı  pozan  hərəkətlərdə  fəal  iştirak  etmiş,  polis  əməkdaşlarının

dağılışmaq barədə qanuni tələblərinə əməl etməyərək onlara qarşı zor tətbiq etmiş, Quba Rayon

İcra Hakimiyyətinin, dövlət müəssisə, idarə və təşkilatlarının normal fəaliyyətini pozmuş, dövlət

və  fiziki  şəxslərə  məxsus  olan  əmlakları  ümumi  təhlükəli  üsullarla  yandırmaq  və  bərk  küt

predmetlərlə sındırmaqla qəsdən məhv edib zədələmişdirlər.

Göründüyü kimi hüquqlarını müdafiə etdiyimiz şəxs ‐ Elxan Əliyev barəsində olan cinayət işinə

məhkəmədə  baxılan  zaman  artıq  digər  məhkəmə  hökmlərində  onun  əməlinə  hüquqi  qiymət

verilmiş, o, hadisələrin təşkilatçısı kimi göstərilmişdir. Həmin məhkəmələrdə müdafiə etdiyimiz

şəxs heç şahid qismində belə dəvət olunub dindirilməmişdir. Bundan sonra üç məhkəmə hökmü

ilə əməllərinə “qiymət” verilən şəxsin hüquqlarının müdafiə olunmasında çətinliklər yaranmışdır.

Belə ki, həmin hökmlər artıq preyudisiyallıq qüvvəsini almışdır və məhkəmə üçün məcburi idi. Belə

olan halda məhkəmənin şəxs barəsində ittiham hökmünün çıxarmaması demək olar ki, mümkünsüz

olardı.  Məhkəmələr  belə  işlərə  baxarkən  daha  çox  diqqətli  olmalıdırlar.  Ya  belə  işlər  istintaqda

ayrılmamalı, məhkəmə istintaqı birlikdə aparılmalıdır, ya da məhkəmələr öz hökmlərində yalnız

məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi cəlb olunmuş şəxslərin əməllərinə hüquqi qiymət

verməlidirlər.

Ümid edirəm ki, davam edən məhkəmə‐hüquq islahatları nəticəsində qəbul edilən normativ aktlar

və  toxunduğum  problemlərin  müsbət  həlli  istiqamətində  aparılan  islahatlar,  ibtidai  istintaq

orqanları  və  məhkəmələrin  fəaliyyətlərinin  daha  da  təkmilləşdirilməsi  nəticəsində  yuxarıda

sadalanan nöqsanlar aradan qaldırılacaq. Bununla da vəkillər tərəfindən təqsirləndirilən şəxslərin

hüquqlarının daha da yüksək keyfiyyətdə müdafiə olunması üçün şərait yaradılacaqdır.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə