Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

­  19 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Müsahibimiz  Almaniya  Beynəlxalq  Əməkdaşlıq

Cəmiyyətinin  (GİZ) "Cənubi  Qafqazda  məhkəmə  və

hüquq islahatalarına dəstək" layihəsinin Azərbaycan

üzrə koordinatoru Dr. Tomas Meltserdir.

AZƏRBAYCANIN BU SAHƏDƏKİ MÜSBƏT

TƏCRÜBƏSİ NÜMUNƏDİR

‐  Cənab  Meltser,  çox  sağ  olun  ki,  jurnalımıza

müsahibə  verməyə  razılıq  verdiniz.  Artıq  iki  ildən

çoxdur  ki,  Siz  Almaniya  Beynəlxalq  Əməkdaşlıq

Cəmiyyətinin – GİZ‐in "Cənubi Qafqazda məhkəmə və

hüquq islahatalarına dəstək" layihəsinin Azərbaycan

üzrə koordinatorusunuz. Ümumiyyətlə, bu layihənin

səmərəliliyini  necə  qiymətləndirir  və  onun

bəhərlərini görə bilirsinizmi?

‐ Həqiqətən də, artıq  2 ildən artıqdır ki, mən Bakıdayam. Halbuki, mənim sələflərim bizim layihəyə

15 il bundan qabaq başlamışdılar. İşimizin, layihəmizin səmərəliliyi sifarişçimiz olan Almaniya

İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Nazirliyi  tərəfindən  mütəmadi  olaraq  qiymətləndirilir.  Əgər  biz

səriştəsiz olsaydıq və Layihəni uğursuz icra etsəydik, yəqin ki, onun üstündən çoxdan xətt çəkilmişdi.

Təcrübəmə əsasən, deyə bilərəm ki, GİZ Azərbaycanda müsbət nüfuza sahibdir. Buradakı insanlar

istənilən Alman şirkəti və ya təşkilatından "Alman keyfiyyəti" gözləyirlər. Və mən düşünürəm ki,

Azərbaycandakı bir sıra təkmil qanunvericiliyin, məcəllələrin ortaya çıxmasında yerli ekspertlərlə

bərabər,  alman  mütəxəssislərinin  də  payı  olmuşdur.  Bunu  həm  mülki,  həm  mülki  prosessual,

həmçinin  inzibati  prosessual  və  şəhərsalma  məcəllələri  haqqında söyləyə  bilərik.  Azərbaycan

Almaniyanın  bu  sahədə  uzun  illərin  sınağından  çıxmış  təcrübəsindən  yararlanır.  Almaniyanın

hazırkı Mülki Məcəlləsinin yaşı 100 ildən artıqdır. Lakin biz öz qanunvericiliyimizi xaricə sadəcə

olaraq  ixrac  etmirik.  Biz,  azərbaycanlı  həmkarlarımızla  Almaniyanın  təcrübəsini  yerli

komponentlərlə  uzlaşdırırıq.  Ona  görədir  ki,  2  il  bundan  əvvəl  qüvvəyə  minmiş  yeni  İnzibati

Prosessual  Məcəllənin  qəbulu  6  ildən  çox  çəkdi.  Niyə  də  olmasın?!  Mükəmməl  qanunvericiliyi

ortaya çıxartmaq yüksək keyfiyyətli avtomobili ərsəyə gətirməkdən azmı əhəmiyyətlidir?!



‐  Bu  gün  biz  gündəlik  həyatımızda  aparılan  məhkəmə‐hüquq  islahatlarının  nəticələrini

tədricən görməyə başlamışıq. Sizcə, isahatlar çox qabağa getməyibmi?! Və bugünkü insanının

təfəkkürünün, ictimai şüurun inkişaf səviyyəsi aparılan islahatlarla sinxrondurmu?

‐ 2 il bundan öncə Bakıya gəlişimin ilk həftəsində bir yerli sahibkarla söhbətim oldu. O, mənim

buradakı işim və qalacağım müddəti soruşdu. Mən isə cavabında iki il dedim. O, gülərək mənə dedi

ki, nəsə etmək üçün sən burada ən azı 100 il yaşamalısan. Məhkəmə‐hüquq islahatlarının təkamülü

üçün 2 il həqiqətən az müddətdir. Bununla belə, mən müsbət nəticələr və əsaslı dəyişikliklərin

şahidiyəm.  Təbii  ki,  hər  yerdə  deyil,  bir  sıra  yerlərdə.  Ədalət  mühakiməsi  sisteminin  daha  da

təkmilləşdirilməsi Cənubi Qafqazın ümumi təmayülüdür. GİZ‐in "Məhkəmə və hüquq islahatlarına

dəstək" layihəsinin qayəsi məhz budur və bu işi hər üç ölkədə ayrı‐ayrı qruplar həyata keçirirlər.

Buna görə də bizim müqayisə aparmaq imkanlarımız mövcuddur. Və mən əminəm ki, Azərbaycan

ədalət mühakiməsi sisteminin inkişaf etdirilməsi işində belə, özünə layiq nüfuzlu yeri tutacaqdır.

Sizə sadə bir misal çəkim. Ötən payız Astana şəhərində beş Mərkəzi Asiya ölkələrinin iştirakı ilə

beynəlxalq  konfrans  keçirilirdi.  Həmin  ölkələr  özlərinin  yeni  inzibati  prosessual

qanunvericiliklərinin təqdimatını keçirməyi nəzərdə tutmuşdular. Onlar tədbirə Cənubi Qafqazdan

nə Gürcüstanı, nə də ki, Ermənistanı dəvət etmişdilər. Dəvət olunmuş ölkə təckə Azərbaycan idi.

Azərbaycandan dəvət edilənlər arasında inzibati məhkəmələr haqqında məruzəçi qismində bir

azərbaycanlı hakim və bir də ki, mən var idim.




­  20 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Azərbaycanın bu sahədəki müsbət təcrübəsi nümunədir və həqiqətən böyük uğurdur.

Bununla belə, Azərbaycanda öz ailəsi ilə yaşayan və çoxsaylı əlaqələri və yerli dostları olan şəxs

kimi deməliyəm ki, burada əhali arasında ədalət mühakiməsinə inam lazımi səviyyədə deyildir.

Bunun  səbəbləri  mənə  bəllidir.  Lakin  mən  dəqiq  şəkildə  bilirəm  ki,  burada  etimada  layiq  olan

hakimlərin sayı insanların etimad göstərmədiklərindən daha çoxdur. Mən hər zaman öz dostlarıma

deyirəm ki, onlara şans verin. Bizim azərbaycanlı hakimlərlə çoxsaylı tədris səfərlərimiz olmuşdur.

Onlar  orada  nəinki  peşə  bacarıqlarını,  həmçinin

almaniyalı  həmkarlarının  cəmiyyətdəki  nüfuzları

barədə  bir  sıra  məqamları əxz  edə  bilirdilər.

Təhsilinə,  müstəqilliyinə,  fəaliyyətinin  şəffaflığına

görə  almaniyalı  hakimlər  mötəbər  və  etimad

göstərilən şəxslərdirlər. Kim belə olmaq istəməz ki?!

Azərbaycanda  həmçinin  mənim  gördüyüm  digər

ciddi problem mövcuddur. Orta statistik Azərbaycan

insanının  öz  hüquqları  və  məhkəmə‐hüquq  sitemi

haqqında  məlumatlılıq  səviyyəsi  çox  aşağıdır.  Bu

insanları özünəinam vəziyyətinə gətirmək üçün çoxsaylı hüquqi maarifləndirmə işləri aparmaq

lazımdır. Özünəinam şəxsdə fərdi hüquqlar haqqında müəyyən səviyyədə məlumatlılığın olmasını

tələb  edir.  Əhali  arasında  bu  cür  məlumatlılığın  artırılması  istiqmətində  GİZ  bir  sıra  QHT‐lərin

fəaliyyətini dəstəkləyir. Bununla bağlı, biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə

"Qadın hüquqlarına dair bələdçi"nin çapında, həmçinin Azərbaycan Hüquq İslahatları Mərkəzinin

məktəblilərin hüquqi marrifləndirilməsi üzrə pilot layihəsinə dəstək vermişik.

‐ Cənab Meltser, bu sualım Sizə bir az ümumi görsənə bilər. Lakin heç kimə sirr deyildir ki,

GİZ‐in  layihələri  Almaniyanın  vergi  ödəyiciləri  tərəfindən  maliyyələşdirilir.  Bu  mənada,

Almaniyanın bu tipli layihələrdən umacağı nədir?

‐ Bu günlərdə mən mülki hüquq üzrə ixtisaslaşmış 12 nəfər azərbaycanlı hakimdən ibarət heyəti

bir həftəlik tədris səfəri çərçivəsində Berlin şəhərində müşayiət edəcəyəm. Hər gün səhərlər biz

müxtəlif  məhkəmələrdə  prosesləri  müşahidə  edəcək  və  günortadan  sonra  müşahidələrimizi

müzakirə  edəcəyik.  Bu  səfərin  məqsədi  Azərbaycanda  mühakimə  prosesinin  səmərəliliyinin

artırılmasına dəstək vermək və təlimə cəlb olunanları məhkəmə prosesinin tərəfləri ilə bərabər,

işin  mahiyyəti  və  hüquqi  aspektlərinin  araşdırılması  üzrə  almaniyalı  hakimin  prosesdəki  rolu

barədə tanış etməkdir. Bu, açıq məhkəmə prosesi olmaqla Azərbaycanda formalaşmış mühakimə

praktikasından fərqlənir. Belə proseslərdən sonra hakimin qərarı heç kim üçün gözlənilməz olmur,

çünki tərəflər artıq əvvəlcədən hakimin əsas arqumentləri barəsində məlumatlı olurlar, hətta ona

reaksiya da vermək imkanına sahib olurlar.

Deməli, beləliklə, GİZ hakimlərin səfər, qalma, sığorta xərclərinə, habelə ekspert və tərcüməçilərə

təxminən  20000  avro  pul  xərcləyəcəkdir.  Bir  məsələni  qeyd  etmək  yadımdan  çıxmışdı.  Səfər

çərçivəsində  GİZ  hakimlərə  hec  bir  xərclik  verməyəcəkdir.  Bu,  sadəcə  misallardan  biridir.  Bəli,

bizim fəaliyyətimiz Azərbaycanda çox da ucuza başa gəlmir. Və bu cür yüksək vergilərdən əziyyət

çəkən  qardaşım  və  dostlarım  məndən  soruşurlar:  "Axı  sən  nəyə  görə  bizim  pullarımızı

Azərbaycanda xərcləyirsən?" Mən isə cavabında onlara "ona görə ki, biz varlı ölkədə yaşayırıq və

digər  ölkələrdə  yaşayan  sadə  insanların  yaşayış  şəraitinin  yaxşılaşmasına  töhfə  verməliyik"

deyirəm. Mənim qəti əmin olduğum bir şey var ki, o da insanların hüquqlarının, habelə onların

ədalətli,  şəffaf,  müstəqil  məhkəmələrə  çıxışının  təmin  edilməsinin  qida,  su,  mənzil  və  səhiyyə

ehtiyaclarının  təmin  edilməsi  ilə  eyni  əhəmiyyətə  malik  olmasıdır.  Və  biz  bu  dəstəyi  dövlətin

özünün vətəndaşlarının hüquqi təhlükəsizliyini təmin etməyə imkanı çataçağı vaxtadək göstəririk.

Sonda az əhəmiyyətli olmayan bir məqamı vurğulamalıyam. Azərbaycan Almaniyanın əhəmiyyətli

ticari partnyorlarındandır və Alman şirkətləri sərmayə qoyacaqları yerlərdə hüquqi təhülkəsizliyə

xüsusi diqqət yetirirlər.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə