Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

­  23 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

ekspert tədqiqtları zamanı da yol verilir. Vəkil mühasibat, vergi, gömrük, təbabət, mühəndislik və

sair sahələrə dair zəruri biliklərə malik deyilsə, təbii ki, onun bu məlumatsızlığı mütləq göstərdiyi

xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək. Bu, dediklərimdən irəli gələn və mövcudluğu diktə

olunan isə cinayət işinin materiallarını mükəmməl öyrənmək, hər sənədə, sənədin hər cümləsinə,

cümlənin sözünə diqqət yetirmək, sənədləri bir‐birilə tarixinə, mətninə və digər əlamətlərinə görə

tutuşdurmaq və sairə, sairə halları tədqiq etmək, məhkəmə prosesində isə ümumiyyətlə gözünü

belə qırpmamaq keyfiyyətlərini özündə aşılamaqdır.



‐ Elton müəllim, əslində müdafiəçi – vəkil cinayət prosesinin digər iştirakçılarından fərqli olaraq

cinayət mühakimə icraatının bütün mərhələlərində bilavasitə iştirak edir. Belə desək, vəkilin

iş yükü müqayisədə cinayət prosesinin digər iştirakçılarınkından fərqli olaraq daha çoxdur.

Sizcə,  vəkil  prosesin  bütün  mərhələlərində  eyni,  yekcins  taktikaya  sadiq  qalmalıdır,  yoxsa

ibtidai  araşdırma  mərhələsində  bir  cür,  məhkəmə  prosesində  isə  başqa  taktikaya  üstünlük

verməlidir?  Yəni,  bir  iş  üzrə  işin  mərhələlərindən  asılı  olaraq  müxtəlif  taktikaya  üstünlük

verilməsi işin səmərəli həllinə necə təsir edə bilər?

‐ Bu sualınıza qismən cavab verdim. Müdafiə strategiyası nadir hallarda dəyişə bilir. Bu çox vaxt

müvəkkilin  vəkili  ilə  səmimi  olmadığı  hallarda,  yaxud  vəkilin  “bəlkə  baş  tutdu”  prinsipi  ilə

uğursuzluğa düçar olduğu hallarda baş verir. Amma müdafiə taktikası tez‐tez dəyişə bilir və bu çox

normaldır. Taktikanın dəyişməsini müstəntiqin, prokurorun, prosesin digər iştirkçılarının xarakteri

və iddiaları tələb edir. Məsələn, istintaqın qərəzli olduğu bütün hallarda mən çox vaxt müvəkkilimə

istintaqın  ilk  dövründə  ifadə  verməməyi,  özünün  təqsirsizliyini  təsdiq  edən  sübutları

açıqlamamasını,  lehinə  ifadə  verə  biləcək  şəxsləri  göstərməməyi  məsləhət  görürəm.  Bu  mənada

məhkəmənin  və  ya  istintaqın  qərəzli  aparılması  ehtimalı    müdafənin  uğuru  üçün  ciddi  təhlükə

yaradır. Təcrübədə öz ifadələri ilə məsuliyyəti istisna edən, yaxud şübhə altına alınan şahidlərin

təzyiq altında ifadələrindən imtina etmələrinə və ya ifadələrini dəyişməyə məcbur edildiklərinin

şahidi  olmuşuq.  Məsələn,  bir  dəfə  cinayət  işinin  materialları  ilə  tanış  olarkən  istintaq  dövründə

cinayət məsuliyyətini istisna edən bir qərar aşkar etdik. Tam əmin idik ki, bu qərar sadəcə diqqətdən

yayındığından ləğv edilməyib. Qərar öz‐özlüyündə obyektiv və ədalətli idi, qanunun tələblərinə tam

cavab  verirdi.  Lakin  müvəkkilimizə  qarşı  qərəzlilik  olduğundan  onlar  məhkəməyə  verilmişdi.

Məhkəmə araşdırması zamanı bu qərar ortaya çıxsaydı, onun dəyişdirilməsinin, yaxud ləğv edilməsi

haqqında qərarın əlavə edilməsinin qarşısını bəlkə də ala bilməzdik. O səbəbdən də çox həyəcan

keçirərək,  prosesin  axırın  gözləyib  sonda,  artıq  dəyişdirilməsi  mümkün  olmayan  mərhələdə  bu

qərar barədə məlumat verdik və bəraət hökmünə nail olduq. Belə hallar olur, lakin müdafiə taktikası

istənilən halda müdafiənin və başlıcası müvəkkilin maraqları ilə uzlaşdırılaraq dəyişdirilməlidir.



‐ Cinayət prosessual qanunvericiliyimizdə məhkəmə prosesinin aparılma qaydası, orada vəkilin

– müdafiə tərəfinin etməli olduğu prosessual hərəkətlər dəqiq göstərilmişdir. Lakin xalqımızın

özünəməxsus  mentaliteti  və  davranış  minimumları  mövcuddur  ki,  bu  da  özünü  məhkəmə

proseslərində  büruzə  verir.  Sualımız  belədir:  məhkəmə  prosesində  Azərbaycanda  vəkillərin

adətən  ittiham  tərəfinə,  habelə  hakimə  münasibətdə  hansı  davranış  taktikasını  seçmələri

faydalı olardı?

‐ Mən qabaqlar istintaqçı olmuşam. Dostluq münasibətində olduğum və ərk etdiyim insanların çoxu

polisdə, prokurorluqda  və  digər  hüquq  mühafizə  orqanlarında  işləyirlər.  Onlarla  münasibətim

hazırda da çox yaxşıdır. Yadımdadır, tələbəlikdən tanıdığım və bir insan kimi hörmət etdiyim bir

prokurorla məhkəmə prosesində qarşı tərəflər kimi iştirak edirdik. Mən haqlı tərəf idim. Suallar

sərt  idi  və  cavablar  yalnız  hüquq  müstəvisində  haqlı  ola  bilərdi.  Bir  sözlə  qarşıdurma  ciddi

idi.Fasilədə  qoluma  girib  dedi  ki,  axı  biz  dostuq  nə  yapışmısan  bu  işdən  və  s.  Ona  gülə‐gülə

məhkəmənin darvazasını göstərdim dedim ki, biz səninlə darvazanın o tərəfində dostuq… sonrakı

ifadələr  müsahibəlik  deyil…  Amma  onu  da  deyim  ki,  tanıdığım  müstəntiqlərlə,  prokurorlarla,  ya

hakimlərlə  mehriban  münasibətləri  görən  müvəkkillərdən  bəzilərində  başqa  fikirlər  yaranır.Bu

hallarda həmin müvəkkildən, onun şübhələrini artırmadan ayrılmağı üstün tuturam.



­  24 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Qaldı  proses  iştirakçlarına  münasibət  taktikası,  bunu,  məncə  qanun  özü  saf‐çürük  edir.  Hesab

edirəm ki, bir‐birinə hörmətlə yanaşan şəxslərin bir‐birindən inciməməsi, cızıqdan çıxmaması üçün

sadəcə, qanunun tələblərinə riayət etmək kifayətdir.



‐ Tez‐tez məişətimizdə qəlibləşmiş belə ifadələr eşidirik: "ədalətli hakim", "ədalətli prokuror"

və  s.  Amma  nə  əcəbdirsə,  qulağımıza

"ədalətli  vəkil"  ifadəsi  bir  az  yad  səslənir.

Sizə  görə,  "ədalətli  vəkil"i  nə  dərəcədə

uğurlu ifadə hesab etmək olar?

‐  Hamı  ədalətli  olmalıdır.  Ən  azı  ədalətli

olmağa çalışmalıdır. Sırf peşə və bu peşədən

irəli  gələn  münasibətləri  tənzimləyən

qanunlar baxımından prokuror da, müstəntiq

də,  hakim  də,  şahid,  zərər  çəkən,  ekspert  və

digər proses iştirakçıları da səmimi və ədalətli

olmalıdırlar. Vəkil isə hər bir halda qərəzlidir,

müvəkkilinin kim olmasından və hansı əməli

törətməsindən  asılı  olmayaraq  ona  yardım

etməlidir.  Yəni  "ədalətli  hakim",  "ədalətli

prokuror",  "ədalətli  müstəntiq"  hüquqi

anlayışlardır, çünki ədalətlilik müstəntiqin də, prokurorun da, hakimin də hüquqi öhdəlikləridir.

Qanun  onların  hər  birinə  şəxsin  təqsirsizliyi  sübut  olunduğu  təqdirdə  müvafiq  olaraq  cinayət

təqibinə xitam vermək, ittihamdan imtina etmək, bəraət hökmü çıxarmaq hüququ verir. Vəkil isə

istəsə də müdafiədən imtina edə bilmir – buna qanun icazə vermir.



‐  Əvvəlki  sualımızın  davamı  olaraq,  Fyodr  Dostoyevski  vəkili  "icarəyə  götürülmüş  vicdan"

adlandırırdı. Bəs, Siz bu fikirlə nə dərəcədə razısınız?

‐ Deyəcəklərimi cavabdan yayınmaq kimi dəyərləndirməyin. Məsələ burasındadır ki, bu vəkillərə

münasibət  çox  parodoksaldır.  Bir  tərəfdən  demək  olar  ki,  onlara  hamının  ehtiyacı  var.  Onlara

hörmət edirlər, digər tərəfdən onları bəyənmirlər. Vəkillərə aid o qədər xoşagəlməz lətifələr qoşulur

ki. Birini deyim gərək. Vəkil ölür və cənnətə düşür. Mələklər gəzdirə‐gəzdirə onu peyğəmbərlərin,

imamların, papaların yaşadıqları evlərin yanından aparıb gözəlliyinə görə o evlərdən fərqlənən bir

evə gətirilər. Vəkil utanır ki, bu ev Papanın evindən qəşəngdir axı. Cavab verirlər ki, burda Papa

çoxdur, lakin birinci vəkil sənsən. İndi bu vəkillərə təriflər çox verilib. Ən kəskinin isə Lenin deyib.

Mən  də  vəkillik  fəaliyyətinə  başlayanda  onun  sözlərini  böyük  hərflərlə  yazıb  İsaxan  Aşurovla

əyləşdiyimiz kabinetimizin divarından asdım. İsaxana dedim ki, bundan kəskinini deməyəcəklər

ki, qoy oxusunlar ki, sonra deyinməsinlər.

Vəkil ona müraciət edən şəxsin güman və inam yeridir. Onun ümidlərini doğrultmaq əzmində olan

vəkil onun həyatını yaşamağa başlayır. Bütün bacarığını və biliklərini səfərbər edir. Yəni, qoy sizin

sitatınız kimi, vicdanını, savadını və peşəkarlığını icarəyə verir. Amma onu da deyim ki, icarə həmişə

əvəzliliyi nəzərdə tutur. Biz isə çox vaxt əvəzsiz də xidmət göstəririk.

‐ Yadımdadır ki, professor Firudin Səməndərov bir dəfə mühazirələrinin birində demişdir ki,

"Elton Quliyev yol‐nəqliyyat hadisələri ilə bağlı cinayətlərin açılmasının allahıdır." Yəqin ki,

bu sözlər Sizin daxili işlər orqanlarında işlədiyiniz dövrə aiddir. O vaxtkı təcrübəniz bu gün

vəkillik fəaliyyətinizdə Sizin əlinizidən çoxmu tutur?

‐ Firudin müəllimə bu qiymətinə görə çox minnətdaram. Mənim hüquqşünas kimi formalaşmağımda

onun da digər müəllimlərimizin də əziyyətini unutmaram.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə