Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

­  21 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

‐ Yaxın gələcəkdə Layihənizin Azərbaycandakı növbəti addımları haqqında nə deyə bilərsiniz?

‐  Mayın  31‐də  yerli  partnyorlarımızdan  biri  ilə  yeni  Tikinti  və  Şəhərsalma  Məcəlləsinə  həsr

olunmuş "Qanun – şəhər planlaşdırılmasında alət kimi" adlı beynəlxalq konfrans keçirəcəyik. Bu

ilin yanvarından qüvvəyə minən və əsas etibarilə insanlar arasında tanınmayan bu Məcəllənin

tətbiqi  Azərbaycan  cəmiyyəti  üçün  əhəmiyyətli  yenilik  olacaqdır.  Bu  işə  dəstək  verməyə  biz

hazırıq.  Həmçinin  biz  yeni  İnzibati  Prosessual  Məcəllənin  tətbiqinə  dəstək  verməyə  davam

edəcəyik.  Bu  Məcəllənin  kommentariyasının  elektron  versiyası www.inzibati.az  səhifəsində

mövcuddur. İstənilən şəxs burada Məcəllənin tətbiqi ilə bağlı çoxsaylı suallara cavab tapa bilər.

Biz  bu  kommentariyanı  Azərbaycanlı  hüquqşünaslarla  daha  da  genişləndirəcəyik.  Hakimlərin,

xüsusilə hakimliyə namizədlərin tədrisi üçün biz Ədliyyə Akademiyasını mülki məhkəmələrdə

mühakimə icraatına həsr olunmuş video‐məşğələlərlə təmin etməyi nəzərdə tutmuşuq. Amma

əfsuslar olsun ki, bizim fəaliyyət planımızda çatışmazlıq da var. Belə ki, Azərbaycanda layihəmiz

çərçivəmizdə ilk dəfədir ki, bizə parlament tərəfindən məcəlləyaratma prosesinə dəvətlə bağlı

müraciət  daxil  olmamışdır.  Mən  əminəm  ki,  yazılası  və  təkmilləşdiriləsi  neçə‐neçə  normativ

sənədlər mövcuddur. Məsələn, keçən qış keçirilmiş konfransda biz azərbaycanlı mütəxəssislərlə

birgə  kredit  istehlakçılarının  hüquqlarının  müdafiəsi  ilə  bağlı  qanunvericilikdə  boşluqların

olduğunu müəyyənləşdirmişik. Bundan sonra biz azərbaycanlı və alman mütəxəssislərin birgə

əməkdaşlığı  ilə  qanunvericiliyin  ekspertizasının  keçirilməsini  sifariş  etdik. Beləliklə,  biz

qanunvericiliyin  təkmilləşdirilməsi  və  bank  krediti  istehlakçılarının  hüquqlarının  qorunması

istiqamətində müsbət impulsların olacağına ümid edirik.



‐ Bildiyiniz kimi bizim nəşr əsasən vəkillik fəaliyyəti sahəsinə həsr olunmuşdur. Bununla bağlı

GİZ‐in vəkilliklə bağlı layihələri haqqında məlumat bilmək istərdik.

‐ Azərbaycanda məhkəmə‐hüquq islahatlarına dəstək verən beynəlxalq təşkilatların sayı çox deyil.

Bununla əlaqədar biz fəaliyyətimizin tənzimlənməsi və layihələrimizin üst‐üstə düşməməsi üçün

həmin  təşkilatlarla  mütəmadi  olaraq  görüşürük. Burada  vəkillərin  tədris  məsələləri  ilə  əsasən

Amerika Hüquqşünasları Assosiasiyası məşğul olur. Biz daha çox hakimlərə istiqamətlənmişik.

Bununla belə, Almaniyadan ekspertlər gələndə biz həmin ekspertlərin vaxtını vəkillər üçün bir

günlük  treninqin  keçirilməsinə  sərf  edirik.  Bir  tərəfdən  mən  eşidirəm  ki,  belə  təlimlərin

keçirilməsinə böyük ehtiyac var, xüsusilə də inzibati prosessual sahədə. Digər tərəfdən bu cür

pulsuz təlimlərə qatılan hüquqşünasların sayında azlığı görəndə bu, məni təəccübləndirir.

‐ Bizə məlumdur ki, Siz peşəkar hüquqşünas olmaqla Almaniyada hakim işləyirsiniz. Gənc

Azərbaycanlı hüquqşünaslara Sizin peşəkar məsləhət və tövsiyələrinizi eşitmək yerinə düşərdi.

‐ Hakim olmaq yalnız bu vəzifəni daşımaq demək deyildir. Hakim sanki bir həkimdir. İnsanların

öz  problemlərini  həll  edə  bilmədiyi  zaman  onların  problemlərinə  əlac  tapmaq  bəzən  adamda

məmnunluq  hissi  yaradır.  Bu,  çox  məsuliyyətli  vəzifədir.  Əgər  sənin  əsas  məqsədin  pul

qazanmaqdırsa,  o  zaman,  sənin  yerin  tanınmış  hüquq  firmasıdır.  Hakimlər  hər  zaman  onların

“məhşur” peşə xəstəlikləri barədə ayıq‐sayıq olmalıdırlar. Hakimlərin əksəriyyəti günün 24 saatını,

həftənin 7 gününü düşünürlər ki, onlar hər zaman haqlıdırlar. Əgər sən tədricən öz dostlarını,

arvadını,  uşaqlarını  itirirsənsə,  deməli,  sən  həmin  xəstəliyə  yoluxmusan.  Bu  azardan  vaxtında

qorunmağın yolu birdir: “Hətta hakim belə, mükəmməl insan deyildir!”



­  22 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Həmsöhbətimiz tanınmış vəkil

Elton Quliyevdur.

“VƏKİL ONA MÜRACİƏT EDƏN ŞƏXSİN

GÜMAN VƏ İNAM YERİDİR”

‐  Hörmətli  Elton  müəllim,  ilk  öncə  bu

müsahibəyə  razılıq  verdiyiniz  üçün  Sizə  öz

təşəkkürümüzü 

bildirir 

və 

etiraz

etmirsinizsə,  birbaşa  mətləbə  keçərdik.

Sualımız bir balaca ümumi və konkretlikdən

xali ola bilər, lakin biz hüquqşünaslar üçün

sirr deyildir ki, vəkillər şərti olaraq əsasən iki

istiqamət ‐ mülki və cinayət sahələri üzrə

ixtisaslaşırlar. Sizcə, cinayət sahəsi üzrə ixtisaslaşan vəkillər qrupu digərlərindən fərqli olaraq

hansı fərdi və peşə keyfiyyətlərinə malik olmalıdırlar?

‐  İlk  əvvəl  demək  istəyirəm  ki,  bu  gün  ümumən  vəkilliyə  tələbat  və  vəkillərin  özlərinə  qarşı

tələbkarlığı elə səviyyədə deyil ki, onların hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmaları haqda

danışasan. Çox nadir hallarda yalnız mülki, ya təsərrüfat və yaxud cinayət hüququ sahələri üzrə

ixtisaslaşan vəkillərə rast gələrsiniz. Halbuki, idealda ixtisaslaşma nəinki hüququn ayrı‐ayrı sahələri

üzrə,  hətta  bir  hüquq  sahəsinin  ayrı‐ayrı  institutları  üzrə  olmalıdır.  Bizdə  isə  “mən  bu  sahəni

bilmirəm” – deyən vəkilləri barmaqla saymaq olar. Belə məsuliyyətsizlik hüquqi yardım adı altında

müvəkkilə əlavə problemlər yaratmaqla nəticələnir. Ona görə də sualınızı bu nöqteyi‐nəzərdən

aktual hesab etmək olar. Mənə elə gəlir ki, bütün peşə sahibləri, o cümlədən vəkillər də ilk növbədə

vicdanlı və etibarlı olmalıdırlar. Vəkil heç bir halda öz müvəkkilinin mənafeyi və maraqları əleyhinə

getməməlidir. Bundan başqa, vəkil ziyalı və bugünkü həyatımızın imkan verdiyindən də artıq kübar

olmalıdır.  Peşə  keyfiyyətlərinə  gəldikdə  isə,  vəkil  hüquqi  biliklərə  dərindən  yiyələnməli,  geniş

dünyagörüşünə malik olmalıdır. Cinayət işləri üzrə hüquqi yardım göstərən vəkillər isə əlavə olaraq

cinayət təqibi prosesinin bütün mərhələlərini, araşdırılan hadisənin kriminoloji aspektlərini özü

də elə dərəcədə mükəmməl bilməlidir ki, ona rəqiblik edən ittiham tərəfinin səhvlərini aşkar edə

bilsin.  Cinayət  işi  üzrə  müxtəlif  növ  ekspertizalar  keçirilir.  Ekspertizaların  aid  olduğu  elm

sahələrindən bixəbər olan vəkil heç cür ekspertlərin rəylərini təftiş edə bilməz. Təcrübədə tez‐tez

rast  gəlinən  haldır  ki,  ittiham  tərəfi  təkzibolunmaz  və  mötəbər  sübut  əldə  edə  bilməyəndə,  öz

mülahizələrini  keyfiyyətsiz ekspertiza rəyləri ilə təsdiq etməyə çalışır. Təəssüf ki, məhkəmələr də

ekspert rəylərini az qala maddi sübut kimi qəbul edirlər. Məsələn, bu yaxınlarda müdafiəçi kimi

iştirak etdiyim istintaq zamanı bizi bir ekspertiza rəyi ilə tanış etdilər. Keçən ilin sentyabr ayında

xəsarət almış və artıq bir dəfə tibb ekspert tərəfindən müayinə olunan bir şəxsdə hadisədən 5 ay

sonra ağır beyin travması aşkar edilib. Bu rəyi yazan şəxs bilməmiş deyil ki, beyin travması nevroloji

əlamətlərini  travmadan  dərhal  sonra  biruzə  verir.  Xəsarət  alan  şəxs  5  ay  ərzində  10  dəfələrlə

həkimə müraciət edib, amma bir dəfə də bu əlamətlər barədə şikayət etməyib. Biz təbii ki, rəyin

yanlış  olduğuna  əmin  idik.  Ona  görə  də  istintaq  orqanından  zərər  çəkmiş  şəxsin  başının  bizim

iştirakımızla yeni kompüter tomoqrafiyasından keçirilməsini tələb etdik. Vəsatətimiz təmin olundu

və təkrar müayinə zamanı təsdiq olundu ki, şəxsin beynində heç bir dəyişiklik yoxdur və olmayıb.

Yaxud başqa bir rəylə müvəkkilimdə aşkar edilən bıçaqla qətl hadisəsinin törədildiyi barədə ekspert

rəyi alınıb. Rəydə yazılır ki, meyidin üzərindəki bıçaq yarasının əsas kəsiyinin, yəni bıçaq bədənə

girərkən yaranan kəsiyin uzunluğu 2 sm, bıçağın tiyəsinin ən enli yeri isə 2,6 sm‐dir. Bu o deməkdir

ki, yara həmin bıçaqdan əmələ gəlməyib. Çünki bıçaq bədənə bütünlüklə nüfuz edibsə, əsas kəsiyin

uzunluğu ilə bıçağın tiyəsinin ən enli hissəsi eyni rəqəm olmalırdır. Bu cür yanlışlıqlara digər növ



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə