Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə25/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   21   22   23   24   25   26   27   28   ...   89
21
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
qeyd olunur ki, “Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası məhkəmələrində
qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məhkəmə sədrlərinin
məlumatlarını dinləyir və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə
sədrinin, onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin, Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və digər ümumi və ixtisaslaşdırılmış məhkəmə
sədrlərinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və
məhkəmə statistikasının təhlili barədə materiallara baxır.” Məhz qeyd edilən normanın
m
əzmunundan aydın olur ki, Ali Məhkəmənin Plenumu məhkəmə işləri üzrə məhkəmə təcrübə
sinin
ümumiləşdirilməsini də həyata keçirir və bu qəbildən olan ayrı‐ayrı məhkəmə ümumləşdirmələrinə
dair qərarlar qəbul edir. Ali Məhkəmənin Plenumunun ümumiləşdirici qərarı məlum olduğu kimi
,
hüququn ayrı‐ayrı sahələri üzrə qanunvericiliyin tətbiqi zamanı ortaya çıxan əsas problemlə
rin
vahid hüquq düşüncəsi baxımından həll edilməsi üçün səmərələşdirici həll yollarını ehtiva edir,
m
əhkəmələrdə işlərə baxılarkən qanunvericiliyin tələblərinin düzgün anlaşılaraq tətbiq edilmə
si
imkanının yaradılması məqsədini özündə əks etdirir, eyni zamanda da qanunvericilikdə olan
ziddiyyətli məqamların qərar qəbul edilmə prosesində hakimlər üçün aydınlaşdırılması məqsədi
ni
daşıyır. Qeyd etmək lazımdır ki, Ali Məhkəmənin Plenum qərarlarının əksəriyyəti məhz aşağı
instansiya
məhkəmələrinə ünvanlanır və belə qərarlar gələcəkdə hakimlərə oxşar hallar üzrə işlərə
baxarkən müəyyən halların nəzərə alınmasını tövsiyə edir. Xüsusilə qeyd etmək lazımdır ki, Ali
M
əhkəmənin Plenumunun qərarları məcburi xarakter daşımır, sadəcə tövsiyə xarakaterini üzündə
əks etdirir. Başqa sözlə, digər məhkəmələrin hakimləri oxşar hallar üzrə işlərə baxarkən hər bir
halda Ali Məhkəmənin Plenumunun qərarlarını tətbiq etmək məcburiyyətində deyildirlər. Belə
ki,
aşağı instansiya məhkəmələrinin oxşar işlər üzrə qərar qəbul etmələri zamanı Ali Məhkəmənin
Pl
enumunun ümumiləşdirici qərarları üzrə gəlmiş olduğu nəticəni tətbiq etmələri ilə bağlı mülki
qanunvericilikdə düzünə imperativ norma yoxdur. Ali Məhkəmənin Plenumunun presedent
xarakterli normaya çevrilən ümumiləşdirici qərarları aşağı instansiya məhkəmələri üçün tövsiyə
xarakteri daşıyır və bu səbəbdən də, həmin məhkəmələr presedent xarakterli qərarın göstərişlərini
nəzərə almaqda sərbəstdirlər. Digər tərəfdən, vurğulamaq yerinə düşərdi ki, Plenumun qərarları
mülki hüququnun bəzi məsələləri üzrə effektiv təsirə malikdir və həmin qərarların tələblə
rinin
müvafiq işlər üzrə məhkəmələr tərəfindən nəzərə alınaraq tətbiq edilməsi, iş üzrə ədalətli qərar
qəbul edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Ali Məhkəmənin Plenumunun müəyyən
kateqoriya qərarları da qanunvericilikdə olan hüquqi boşluğun doldur
u
lmasına və məhkəmələrə
qərar çıxarılması istiqamətində kömək edilməsinə yönəlir.
Ali Məhkəmənin Plenumunun qərarları rəhbər izahedici xarakerli olmaqla bərabər, hər hansı hüquqi
şəraitlə bağlı məhkəmələrdən hansı
ma
ddi normaları tətbiq etmələri və prosessual hərəkətləri
etmələri ilə bağlı hüquqi tələbləri özündə əks etdirir. Belə qərarlar digər məhkəmələr üçün
(Konstitusiya Məhkəməsi istisna olmaqla) birbaşa məcburilik səciyyəsi kəsb etməsə də, dolayısı ilə
məcburi əhəmiyyətə malikdir. Məsələn, beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən
tətbiqi ilə bağlı Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı
insan
hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında”
2000­ci il
10 mart tarixli Qərarında qeyd edilir ki, “daxili qanunlar beynəlxalq qanunlara uyğunlaşdırılanadək
məhkəmələr (hakimlər) qərar qəbul edərkən dövlətimizin qoşulduğu beynəlxalq sazişlərə birbaşa
istinad etm
əlidirlər”.
Qeyd edildiyi kimi, Ali Məhkəmənin müəyyən kateqoriya məhkəmə işləri üzrə ümumiləşdirici
q
ərarlar qəbul etmək kimi xüsusi səlahiyyəti vardır və belə qərarlar “müəyyən məhkəmə işləri üzrə
hüquq normalarının izahı” adlanır. Əksər hallarda Ali Məhkəmənin Plenumu tərəfindən təsbit edilən
izahlar (və yaxud da ümumiləşdirmələr) konkret xarakterli deyil, analoji xarakterli işlərə ünvanlanır.
Başqa sözlə, belə ümumiləşdirmələr sadəcə izahatlardan ibarət olur və orada hər hansı ayrıca iş
üzrə fərdi məhkəməyə ünvanlanmır. Belə ki, belə qərarlar qəbul etməklə Ali Məhkəmənin Plenumu
məhkəmələrə anoloji işlər üzrə qərar qəbul edərkən müəyyən məsələləri nəzərə almaq barədə
təkliflər verir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə