Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə22/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   18   19   20   21   22   23   24   25   ...   89
18
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Xamis Seyranov
Hüquqşünas
AZƏRBAYCAN RESPUBLİ
KASI
MÜLKİ HÜQUQUNDA
MƏHKƏMƏ PRESEDENT HÜQUQU
Azərbaycan Respublikasının müasir mülki hüquq nəzəriyyəsində presedent hüququnun tətbiqi
(hüququn mənbələrindən biri olması) ilə bağlı
va
hid fikir mövcud deyildir. Azə
rbaycan
Respublikasının mülki hüququnda presedent hüququna ögey münasibət, yaxud onun
“qəbuledilməz” hesab edilməsi ənənəsi sovet hakimiyyəti illərindən miras qalmışdır. Bunun əsas
səbəblərindən biri kimi “presedent hüququ” anlayışının qərb ölkələrinin hüququndan, dolayısı ilə
burjua hüquq məkanından gəlməsi və orada tətbiq edilməsi göstərilirdisə, digər səbəblərindən biri
kimi də, əslində “presedent hüququ” anlayışının dar çərçivədə təsəvvür edilməsi ilə izah edilməlidir.
Sonu
ncu fikir bu gün də əksər hüquqşünas alimlərin baxışlarında müşahidə edilməkdədir. Belə ki,
istər sovet, istərsə də müasir hüquq ədəbiyyatında “məhkəmə presedent hüququ” dedikdə, əsasən
bir məhkəmənin hər hansı bir iş üzrə qərar qəbul edərkən başqa bir məhkəmənin oxşar iş üzrə
əvvəllər çıxarmış olduğu qərarından normativ əsas qismində istifadə etməsi nəzərdə tutulmuşdur.
Bel
ə baxış “presedent hüququ”na hüququn mənbəyi kimi yanaşılması nəticəsində meydana
gəlmişdir, ancaq əslində “presedent hüququ” anlayışı bununla məhdudlaşmır, o daha geniş
n
əzəriyyəyə malikdir.
Azərbaycan Respublikasında məhkəmə presedentlərinin mülki hüququn mənbələri qismində
istinad
olunması ilə bağlı qanunvericilikdə son dövrlərə qədər birbaşa norma mövcud olmamışdır.
Lakin buna baxmaya
raq, mülki hüquqda məhkəmə presedentləri dolayısı ilə məhkəmələr üçün
hüququn mənbələri rolunda çıxış etmişlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.1‐ci maddəsinə əsasən “Azə
rbaycan
Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və
bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını
müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir”. Göründüyü kimi, mülki hüququn
r
əsmi mənbələri normativ aktlar hesab edilir.
Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinə aid olan bütün məhkəmə instansiyalarının
hakiml
əri öz icraatlarında olan işlərə baxarkən qanunlara və digər normativ aktlara istinad
etməlidirlər. Bu mənanda, ölkənin əsas ali qanunu sayılan Konstitusiyanın 129‐cu maddəsinin 3‐cü
b
əndində təsbit olunmuşdur ki, “məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır
”. Eyni
zamanda, Azərbaycan Respublikasının Konstitusiyanın 127‐ci maddəsinin 2‐ci bəndində də qeyd
olunur ki, “hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və
qanuna müvafiq baxırlar”. Azərbaycan Respublikasının qanunvericilik sistemində məhkəmə
fəaliyyətində presedent qərarlardan istifadə edilməsi ilə bağlı hər hansı bir normativ göstərişə rast
gəlinmədiyi üçün, ölkədə presedent hüququnun tətbiq edilməsinin öhdəlik xarakteri daşamadığı
q
ənaətinə gəlmək mümkündür.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə