Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə24/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   20   21   22   23   24   25   26   27   ...   89
20
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Eyni zamanda, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhlərinə istinad etmək
məhkəmələrə qəbul etdikləri qərar üzrə öz mövqelərini əlavə olaraq əsaslandırmaq imkanı verir.
Qeyd edilən normativ əsas da ölkədə presedent hüququnun tətbiq edilməsini göstərir.
Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 130‐cu maddəsinin III
hissəsinin 1‐7‐ci bəndlərinə və IV hissəsinə əsasən qəbul etdiyi qərarları normativ hüquqi aktların
sistemin
ə daxil edilir. Lakin bununla bərabər Konstitusiya Məhkəməsinin pozulmuş insan hüquq
v
ə azadlıqlarından vətəndaşların vermiş olduğu şikayətlərə dair çıxardığı qərarlardakı hüquqi
mövqeyi digər məhkəmələr üçün presedent əhəmiyyətinə malikdir. Belə ki, Konstitusiya Məhkəməsi
qeyd edilən məsələlər üzrə çıxardığı qərarlarda qanunvericiliyin tətbiqi üzrə öz hüquqi mövqeyini
ortaya qoyur, hüquq normasının tətbiqi yollarını və mahiyyətini açıqlayır, həmin məsələlər üzrə
məhkəmə yanaşmasını göstərir. Belə hüquqi mövqe isə digər məhkəmələr üçün mühüm əhəmiyyət
kəsb edir. Məsələn, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının bə
zi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004‐cü il tarixli, 688‐IIQ saylı
Az
ərbaycan Respublikası Qanununun III hissəsinin 9‐cu bəndinin və IV hissəsinin 7‐ci bəndinin
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu bəndinin IX hissəsinə uyğunluğunun
yoxlanılmasına dair” 25 yanvar 2005‐cü il tarixli Qərarında qeyd edilir ki,
“Konstitusiya
Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın
əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi
mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin
qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından,
yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi
tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.”. Bu müddəadan
göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilən hüquqi mövqe yüksək hüquqi
qüvvəyə malikdir, digər məhkəmələr üçün presedent əhəmiyyətinə malik olan və qanunvericiliyin
tətbiqi üzrə rəhbər izahedici xarakterə malik olan mühüm mənbədir. Konstitusiya Məhkəməsinin
bu mövqeyi normativ hüquqi akt statusuna malik olan qərarları ilə yanaşı, fərdi şikayətlər üzrə
çıxarılmış və normativ hüquqi akt statusuna malik olmayan qərarlarına da şamil edilir. Həmin
qərarlar isə öz növbəsində digər məhkəmələr üçün presedent səciyyəsini daşıyır. Belə ki, q
eyd
edilən qərarda məhkəmə göstərir ki, “bununla bağlı məsələnin digər tərəfi ondan ibarətdir ki,
Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub‐olmaması faktını təsdiq
etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan məhkəmələr
üçün preyudisial əhəmiyyətə malikdir.
”.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qeyd
edilən maddələrindən və yuxarıda adıçəkilən qərardan göründüyü kimi, Konstitusiya Məhkəməsinin
Azərbaycan Respublikasının Konstitusiyasının 130‐cu maddəsinin III hissəsinin 1‐7‐ci bəndlərinə
və IV hissəsinə əsasən qəbul etdiyi qərarları normativ hüquqi akt sta
t
usuna, pozulmuş insan hüquq
v
ə azadlıqlarından verilmiş fərdi şikayətlərə dair qərarları isə presedent xarakterinə malikdir.
Azərbaycan Respublikasının ümumi yurisdiksiyalı məhkəmə sistemində bir qayda olaraq, ən yüksək
məhkəmə instansiyası Ali Məhkəmə hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin
presedent xarakterli qərarlar qəbul etmək səlahiyyəti Konstitusiyanın 131‐ci maddəsində tə
sbit
olunmuşdur. Belə ki, həmin maddənin 1‐ci bəndində vurğulanır ki, “Azərbaycan Respublikasınım
Ali M
əhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və
digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir;
məhkəmə praktikasina aid izahatlar verir.” Göründüyü kimi, Ali Məhkəməyə məhkəmə funksiyaları
il
ə yanaşı, digər məhkəmə instansiyalarından fərqli olaraq, “məhkəmə praktikasın
a aid izahatlar
vermək səlahiyyəti” də verilmişdir.
Ali Məhkəmənin ümumi izahatlar vermək səlahiyyəti onun orqanına ‐ Plenuma məxsusdur. Belə
ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79‐cu maddəsində


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə