Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə23/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   19   20   21   22   23   24   25   26   ...   89
19
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Lakin eyni zamanda, məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinə digər presedent
xarakterli qərarı tətbiq etməyi qadağan edən normanın mövcudluğu da müşahidə edilmir. Hər bir
halda Azərbaycan Respublikası məhkəmələri tərəfindən digər məhkəmənin oxşar məzmunlu
qərarından presedent şəklində istifadə edilməsi həm qanunvericilik baxımından, həm də məhkəmə
təcrübəsində istisna olunmur. Başqa sözlə, hakimlərin öz fəaliyyətlərində presedent hüququnun
t
ətbiq etmələri ilə bağlı normativ göstəriş olmasa da, onlar öz təcrübələrində presedent xarakterli
qərarlardan (xüsusilə də, Konstitusiya Məhkəməsinin qərarlarına münasibətdə) istifadə edirlər.
Ümümiyyətlə, məhkəmə qərarları normativ aktlar sisteminə daxildirmi? Bu suala cavab tapmaq
üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlar haqqında qanunvericiliyinə nəzə
r salmaq
lazımdır.
Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010‐cu il tarixli,
21‐IVKQ nömrəli Konstitusiya Qanununun 4.1.1‐ci maddəsinə əsasən Azərbaycan Respublikası
Konstitusiyasının 130‐cu maddəsinin III hissəsinin 1‐7‐ci bəndlərinə və IV hissəsinə əsasən qə
bul
edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının
normativ xarakterli aktları hesab edilir. Həmin Konstitusiya Qanununun 1.0.3‐cü maddəsində isə
təsbit edilmişdir ki, normativ xarakterli akt bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və
ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün mə
cburi
davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyə
n
formalı rəsmi sənəddir.
Qeyd edilənlərdən göründüyü kimi, Konstitusiya Məhkəməsinin şərhləri və səlahiyyətli subyektlə
rin
sorğuları üzrə verdiyi izahatları normativ xarakterli akt statusuna malikdir, həmin qərarlar mə
cburi
davranış qaydalarını özündə əks etdirir və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulur. Beləliklə,
məhkəmələr Konstitusiya Məhkəməsinin qərarlarına (qeyd edilən kateqoriyalı qərarlarına)
icraatlarında olan işlər üzrə qərar qəbul edərkən normativ xarakterli akt qismində istinad edə
bilərlər. Eyni zamanda, bütün məhkəmələrin deyil, yalnız Konstitusiya Məhkəməsinin qərarları
normativ aktlar sistemin
ə aiddir.
Qanunda qeyd edilən bu səciyyəvi hal Konstitusiya Məhkəməsinin qərarlarının presedent qərar
kimi digər məhkəmələr tərəfindən geniş tətbiq edilməsinə şərait yaratmışdır.
Azərbaycan Respublikasının mülki hüququnda məhkəmə presedent hüququnun tətbiqi təcrübəsini
təhlil edərkən ölkənin məhkəmə sisteminə də nəzər yetirilməsi və problemin bu konteksdə
araşdırılması mühüm
dir.
Konstitusiyanın 125‐ci maddəsinin 2‐ci bəndində qeyd edilir ki, “Məhkəmə
hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının
Ali M
əhkəməsi, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış
m
əhkəmələri həyata keçiririrlər.” Göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmə sistemi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, kassasiya instansiyası qismində Azə
rbaycan
Respublikası Ali Məhkəməsi, apellyasiya instansiyası qismində Azərbaycan Respublikasının
Apellyasiya M
əhkəmələri və nəhayət, birinci instansiya məhkəmələri qismində isə, rayon (şəhər)
və digər ixsisaslaşdırılmış məhkəmələri daxildir. Konstitusiya Məhkəməsi məhkəmə instansiyaları
pill
ələrinə daxil olmasa da, insan hüquq və azadlıqlarının pozuntuları ilə bağlı şikayətlərə də baxdığı
üçün yüksək məhkəmə institutu hesab edilir. Bununla belə, Konstitusiya Məhkəməsinin fəaliyyətinin
əsas məzmununu qəbul edilmiş qanun və digər normativ aktların Konstitusiyaya uyğunluğunun
yoxlanılması təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130‐cu maddəsinin 4‐cü
hiss
əsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası
Prezidentinin, Az
ərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası
Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azə
rbaycan
Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.Bu müddəanın tələblərindən göründüyü
kimi, Az
ərbaycan Respublikasında normativ hüquqi aktları şərh etmək səlahiyyəti Konstitusiya
Məhkəməsinə məxsusdur. Bütün məhkəmə instansiyaları (Konstitusiya Məhkəməsinin özü də
daxil
olmaqla) öz qərarlarında Konstitusiya Məhkəməsinin şərhlərinə rəsmi şəkildə istinad edə bilər.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə