Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə32/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   28   29   30   31   32   33   34   35   ...   89
26
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
O, qeyd edir ki, cinayət‐prosessual hüququn mənbələri arasında AR Konstitusiya Məhkəməsinin
qərarları xüsusi yer tutur. Çünki, AR Konstitusiyasının 130‐cu maddəsinə əsasən AR Konstitusiya
Məhkəməsi müvafiq sorğu əsasında qanunların, AR Prezidentinin fərman və sərəncamlarının, AR
Milli M
əclisinin qərarlarının, AR Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Mərkəzi İcra
hakimiyy
əti orqanlarının normativ‐hüquqi aktlarının AR Konstitusiyasına, digər normativ‐hüquqi
aktların AR qanunlarına uyğunluğu məsələlərinə, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
ar
asında səlahiyyət bölgüsü ilə bağlı mübahisələrə baxmaqla onları həll edir. AR Konstitusiya
Məhkəməsinin qərarı ölkə ərazisində məcburi qüvvəyə malikdir.
(4, səh.33‐34)
Bundan başqa, elmi‐nəzəri dövriyyədə AR Konstitusiya Məhkəməsinin qərarlarının hüququn
mənbəyi qismində qiymətləndirilməsinə rəvac verən digər mövqelər də mövcuddur. Belə
ki,
F.T.Nağıyev bu tipli aktları pozitiv hüququn mənbələrinin bir növü kimi səciyyələndirərək və
Konstitusiya nəzarətinin normativ‐hüquqi aktları adlandıraraq göstərir ki, belə aktlara AFR, İtaliya,
Rusiya Federasiyası Konstitusiya Məhkəmələrinin, İspaniya, Polşa Konstitusiya Tribunallarının, ABŞ,
Yaponiya, Hindis
tan Ali məhkəmələrinin, Fransa Konstitusiya Şurasının qərarları, əgər normativ‐hüquqi
xarakterlidirl
ərsə və qanunların konstitusiyaya uyğunluğu, konstitusiyanın şərhi barədə normaları
ehtiva edirs
ə, aiddir. Eyni zamanda müəllif göstərir ki, bəzi ölkələrdə belə aktların normativliyi
mübahisəlidir.
(5, səh.10‐11)
AR Konstitusiya
sının və «Azərbaycan Respublikasının Konstitusiya
M
əhkəməsi haqqında
»
qanunun müddəalarını nəzərə alaraq deyə bilərik ki, AR Konstitusiya
Məhkəməsinin qərarları, müəllifin konstitusiya nəzarətinin aktlarının normativ‐hüquqi akt qismində
səciyyələndirilməsi üçün təklif etdiyi kriteriyalara tam cavab verir
V.Y.Çirkin hüququn mənbələri sırasında konstitusiya nəzarəti orqanlarının (konstitusiya
m
əhkəmələrinin, konstitusiya şuralarının və s.) aktlarını da xüsusilə qeyd edir. O, bu tipli aktların
hüququn mənbəyi olmasını onunla əsaslandırır ki, bu orqanlar konstitusiyanın rəsmi təfsirini verir, bu
və ya digər qanunun konstitusiyaya uyğun olub‐olmadığını müəyyən edir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə