Publication1


» Konstitusiya qanununun 1.0.3‐cü maddəsinə əsasən normativ xarakterli akt « Normativ‐hüquqi aktlar haqqında »



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə40/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   36   37   38   39   40   41   42   43   ...   89
»
Konstitusiya qanununun 1.0.3‐cü maddəsinə əsasən
normativ xarakterli akt «
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununda nəzərdə
tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi
üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş
müəyyən formalı rəsmi sənəddir. Göründüyü kimi, AR Ali Məhkəməsinin Plenumunun qərarları da
normativ xarakterli aktlar üçün həmin definitiv normada müəyyən edilmiş kriteriyalara təxminən
cavab verir. Hətta AR CPM‐in LIII fəslinin (Hüquq və azadlıqların pozulması ilə bağlı
yeni hallar
üzrə icraat) 456 və 459‐cu maddələrinin müddəalarına diqqət yetirdikdə aydın olur ki, qanunverici
hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat institutunun məqsədləri üçün Ali
Məhkəmənin Plenumunun qərarlarına müəyyən kateqoriyalı beynəlxalq hüquqi aktların (AİHM‐in
Az
ərbaycan Respublikasının tərəf olduğu işlər üzrə müvafiq qərarlarının) milli hüquq sisteminə
transformasiya üsulu kimi yanaşmışdır.
Qeyd etmək yerinə düşər ki, AR Konstitusiyasının 130‐cu maddəsinin III hissəsinin 4‐cü bəndinə
əsasən AR Konstitusiya Məhkəməsinin həll etdiyi məsələlərdən biri də AR Ali Məhkəməsinin
qərarlarının qanunda nəzərdə tutulmuş hallarda AR Konstitusiyasına və qanunlarına uyğunluğudur.


­
31
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Fikrimizcə, AR Konstitusiyasının 130‐cu maddəsinin III hissəsinin 4‐cü bəndi məzmun və
qanunvericilik texnikası baxımından natamamdır. Bir halda ki, AR Ali Məhkəməsinin qərarları
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununda nə normativ‐hüquqi aktlar, nə də
normativ xarakterli aktlar kimi səciyyələndirilməmişdir, o zaman bu qərarlar bütün fərdi aktlar
kimi, təkcə AR Konstitusiyasının və qanunlarının tələblərinə yox, eyni zamanda AR Prezidentinin
fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına, habelə mərkəzi icra hakimiyyəti orqanlarının
normativ‐hüquqi aktlarına və s. adekvat olmalıdır.
Lakin
hüquq ədəbiyyatında da Ali Məhkəmənin
qərarlarının normativlik xarakterinə və hüququn mənbəyi kimi səciyyələndirilməsinə münasibət
birmənalı deyil. Belə ki, S.S.Alekseyev göstərir ki, məhkəmə təcrübəsi hüququn mükəmməl mənbəyi
ola bilməz. Belə ki, o hüququn realizəsinin obyektivləşdirilmiş praktikasını təmsil edərək ilkin
normalar müəyyən etməli, ümumi normativ göstərişlərə əlavə və düzəlişlər aparmalıdır. Onun
funksiyası və rolu konkret olaraq xidməti, yardımçı və fakültativ xarakter daşıyır‐hüququn tətbiqi
çərçivəsində həmin şəraiti nəzərə almaqla təfsir prosesində hüquq normalarını
konkretl
əşdirməkdən ibarətdir.
(11, səh.88)
Doğrudur, XX əsrin əvvəllərinə qədər Rusiya hüquq
n
əzəriyyəsində qanunun məhkəmə təcrübəsinin yaratdığı normalarla tamamlanması qəbul edilsə də,
bu fikir heç də birmənalı qarşılanmamışdır.
(12, səh.470)
Digə
r bir rus alimi Y.N.Trubetskoyun
mülahizələrinin xülasəsi ondan ibarətdir ki, məhkəmə müstəqil hüquq normaları yarada bilməz, konkret
hüquqi işlərin həlli zamanı o, oxşar hadisələri tənzimləyən qanuna müraciət etməli və yaxud qüvvədə
olan qanunvericiliyin məqsəd və prinsiplərini rəhbər tutmalıdır.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə