Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə38/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   34   35   36   37   38   39   40   41   ...   89
29
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Təbii ki, bu transformasiya AR CPM‐in 10.3‐cü maddəsi ilə «Normativ‐hüquqi aktlar haqqında
»
K
onstitusiya qanununun 1.0.3‐cü və 4.1.1‐ci maddələrinin rəqabəti hesabına baş vermişdir. Başqa
sözlə,«Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun 1
.0.3‐cü və 4.1.1‐ci maddələri
AR Konstitusiya Məhkəməsinin interpretasiya aktlarını məhdud subyektlər dairəsi üçün mə
cburi
davranış qaydaları müəyyən edən rəsmi sənəd kimi xarakterizə etsə də, AR CPM‐in 10.3‐cü maddəsi
isə həmin konstitusiya qanununun sadalanan müddəalarına zidd olaraq, Konstitusiya Məhkəməsinin
həmin aktlarını hamı üçün məcburi davranış qaydalarını əks etdirən və qeyri‐müəyyən subyektlər
dairəsi üçün nəzərdə tutulmuş, cinayət prosesinin bütün iştirakçıları üçün ümummə
cburi xarakter
daşıyan rəsmi sənəd kimi səciyyələndirmişdir. Yeri gəlmişkən qeyd edək ki, AR CPM‐in 10.3‐cü
madd
əsinin AR Konstitusiya Məhkəməsinin interpretasiya aktlarına normativ‐hüquqi akt xarakteri
verm
əsinə baxmayaraq, həmin maddənin mətni normayaratma texnikası baxımından və məzmun
etibarilə natamamdır. Belə ki, «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun 4.1.1,
12.3, 89.0.3 və 90.1‐ci maddələrinin məzmunu kontekstində AR Konstitusiya Məhkəməsi qərarlarını
m
əzmununa və funksional təyinatına görə aşağıdakı qaydada klassifikasiya etmək olar:
1. 
AR Konstitusiyasının 130‐cu maddəsinin III hissəsinin 1‐7‐ci bəndlərinə əsasən qəbul edilmiş
AR Konstitusiya M
əhkəməsinin qərarları (normativ hüquqi aktın və
ya onun struktur elementinin
qüvvədən düşmüş hesab edilməsi);
2. 
AR
Konstitusiyasının 130‐cu maddəsinin IV hissəsinə əsasən qəbul edilmiş AR Konstitusiya
M
əhkəməsinin qərarları (normativ‐hüquqi aktın və ya onun ayrı‐ayrı normalarının rəsmi şərhi).
Fikrimizcə, AR CPM‐in 10.3‐cü maddəsinin AR Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən
təsnifatda qeyd olunmuş 1‐ci kateqoriya qərarlarını (AR Konstitusiya Məhkəməsinin normativ hüquqi
aktın və ya onun struktur elementinin qüvvədən düşmüş hesab edilməsi üzrə qərarları) yox, məhz
həmin təsnifatda göstərilən 2‐ci kateqoriya qərarlarını (AR Konstitusiya Məhkəmə
sinin normativ­
hüquqi aktın və ya onun ayrı‐ayrı normalarının rəsmi şərhi üzrə qərarları) cinayət prosesi iştirakçıları
üçün məcburi elan etməsi həm ümumnəzəri, həm məntiqi, həm normaqrafik, həm də
praktiki
baxımdan izaholunmaz və anlaşılmazdır. Çünki, AR Konstitusiya Məhkəməsinin normativ‐hüquqi
aktın və ya onun struktur elementinin qüvvədən düşmüş hesab edilməsi üzrə qərarları, AR
Konstitusiya M
əhkəməsinin normativ‐hüquqi aktın və ya onun ayrı‐ayrı normalarının rəsmi şə
rhi
üzrə qərarları ilə müqayisədə daha bariz şəkildə məcburi xarakterə malikdir. Həm də AR
Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan I tip qərarları II tip qərarlarla müqayisədə öz
predmetin
ə (normativ‐hüquqi akta və ya onun ayrı‐ayrı normalarına, yaxud struktur elementlərinə)
daha çox müdaxilə edir. Bundan başqa, AR Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan I tip
q
ərarlarının (AR Konstitusiya Məhkəməsinin normativ hüquqi aktın və
ya onun struktur elementinin
qüvvədən düşmüş hesab edilməsi üzrə qərarları) AR CPM‐in 10.3‐cü maddəsində məcburiliyi etiraf
olunmasa da, həmin Məcəllənin LIII fəslinin (Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar
üzrə icraat) 455.0.1, 455.0.3 və ələxüsus 456.2 və 458‐ci maddələrinin müddəaları mahiyyət
etibarilə, bu tip qərarlara ümumməcburi səciyyə verir. AR CPM‐in sadalanan maddələrinin AR
Konstitusiya Məhkəməsinin normativ‐hüquqi aktın və ya onun struktur elementinin qüvvədə
n
düşmüş hesab edilməsi üzrə qərarlarını, məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə
bağlı yeni hallar üzrə icraat çərçivəsində yenidən baxılması əsaslarından biri kimi müəyyən etməsi,
AR Konstitusiya Məhkəməsinin həmin qərarlarının cinayət prosesi iştirakçıları üçün bilvasitə
məcburi xarakter daşımasının bariz prosessual təzahürüdür. Hətta qeyd etmə
k olar ki, AR CPM­in
yuxarıda qeyd olunan maddələri hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə
icraat
institutuna münasibətdə AR Konstitusiya Məhkəməsinin normativ‐hüquqi aktın və
ya onun struktur
elementinin qüvvədən düşmüş hesab edilməsi üzrə qərarlarını AİHM‐in Azərbaycan Respublikasının
t
ərəf olduğu işlər üzrə qəti qərarları ilə məcburilik etalonu üzrə eyni ranqa qaldırır. Bildiyimiz kimi,
Avropa İnsan Hüquqları Konvensiyasının 46‐cı maddəsinin (Qərarların məcburi qüvvəsi və icrası)
1­ci b
əndinə əsasən Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə
qəti qərarını icra etmək öhdəliyini öz üzərilərinə götürürlər.
(10)
Belə olan halda, AR CPM‐in LIII
fəslinin (Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat) müddəaları mahiyyət
etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı beynəlxalq (AİHM) və yerli (AR
Konstitusiya Məhkəməsi) məhkəmə qərarlarının cinayət ədalət mühakiməsinin milli çərçivədə
həyata keçirildiyi 3 instansiyalı məhkəmə sisteminin mexanizmasına
«
idxalı
»
proseduru xarakteri
daşıyır. Başqa sözlə desək, AR CPM‐in LIII fəslində artıq qəti və məcburi xarakter daşıyan qərarların
Ali M
əhkəmə vasitəsilə 3 instansiyalı milli məhkəmə sistemi çərçivəsində həyata keçirilmiş cinayət
ədalət mühakiməsinə «idxal
»
edilərək tətbiq olunması prosesindən söhbət gedir. Bu mülahizə
bir
daha onu göstərir ki, AR CPM‐in LIII fəslində qanunverici AR Konstitusiya Məhkəmə
sinin normativ­
hüquqi aktın və ya onun struktur elementinin qüvvədən düşmüş hesab edilməsi üzrə qərarlarını,
q
əti və məcburi xarakter daşıyan AİHM‐in müvafiq qərarları ilə bir sıraya qoyaraq, AR Konstitusiya
M
əhkəməsinin həmin qərarlarına analoji icbari xarakter vermiş olur.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə