Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə37/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   33   34   35   36   37   38   39   40   ...   89
(9, səh.14)
Maddənin mətninin inversiyası ondan ibarətdir ki, AR Konstitusiya
Məhkəməsinin AR Konstitusiyasının və digər qanunlarının təfsiri ilə bağlı qərarları cinayə
t prosesi
iştirakçılarına məcburidir. Həmin məcəllənin 7.0.18‐ci maddəsinə əsasən cinayə
t prosesinin
iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərərçəkmiş şəxs, xüsusi ittihamçı, mülki
iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların
qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və
ya
nümayəndəsidir.
 (9, səh.8)
Beləliklə, AR Konstitusiya Məhkəməsinin AR Konstitusiyasının və digə
r
qanunlarının təfsiri ilə bağlı qərarları təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şə
xs,
xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya
təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni
nümayəndəsi və ya nümayəndəsi üçün məcburidir. Normativ‐hüquqi aktların
«Nor
mativ‐hüquqi
aktlar haqqında
»
Konstitusiya qanunun 1.0.1‐ci maddəsində göstərilmiş əlamətləri ilə
, normativ­
xarakterli aktların həmin qanunun 1.0.3‐cü maddəsində qeyd olunmuş xüsusiyyətlərini müqayisə
etdikdə aydın olur ki, bu iki tip hüquqi akt növü arasındakı sərhədləri onların şəxslərə görə
qüvvəsinin əhatə dairəsi müəyyən edir. «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya
qanununun qeyd olunan iki definitiv normasının müqayisəli sistematik təfsiri onu deməyə ə
sas
verir ki, normativ‐hüquqi aktları normativ xarakterli aktlardan fərqləndirən əsas və demək olar ki,
yeganə əlamət normativ xarakterli aktların məhdud subyektlər dairəsi üçün məcburi davranış
qaydalarını əks etdirməsi fonunda normativ‐hüquqi aktların hamı üçün məcburi davranış
qaydalarını əks etdirməsi və qeyri‐müəyyən subyektlər dairəsi üçün nəzərdə tutulmasıdır. Bu iki
hüquqi akt tipinin yerdə qalan digər əlamətləri (dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulması,
müəyyən formaya malik olması, rəsmi sənəd olması və s.), demək olar ki, eynidir. Beləliklə
, AR CPM­in
yuxarıda qeyd olunmuş 10.3‐cü maddəsi, AR Konstitusiya Məhkəməsinin AR Konstitusiyasının və
digər qanunlarının təfsiri ilə bağlı qərarlarının cinayət prosesi iştirakçıları üçün mə
cburi xarakter
daşımasını təsbit etməklə, həmin qərarlara normativ‐hüquqi aktları normativ xarakterli aktlardan
f
ərqləndirən əsas spesifik xassəni, yəni hamı üçün məcburi davranış qaydalarını əks etdirmək və
qeyri‐müəyyən subyektlər dairəsi üçün nəzərdə tutulmaq keyfiyyətlərini qazandırmış olur ki, bu
xass
ələr də həmin qərarları mahiyyət etibarilə, «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya
qanununda təqdim olunmuş hüquqi aktların təsnifat sistemində
ki normativ xarakterli aktlar
ranqından çıxararaq, normativ‐hüquqi aktlar kateqoriyasına müncər etmiş olur. Başqa sözlə desək,
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanunun 4.1‐ci maddəsi AR Konstitusiya
Məhkəməsinin müvafiq qərarlarını normativ‐xarakterli akt kimi səciyyələndirsə də
, AR CPM­in
10.3‐cü maddəsi həmin qərarlara ümumməcburi xarakter verməklə, onları cinayə
t prosesinin
iştirakçıları üçün normativ‐hüquqi akta transformasiya edir
.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə