Publication1


 Xeyrinə mirasdan imtinaya yolverilməzlik (imtina vəzifəsi)



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə20/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   16   17   18   19   20   21   22   23   ...   89
2. Xeyrinə mirasdan imtinaya yolverilməzlik (imtina vəzifəsi)
MM­
in 1261‐ci (Başqa şəxslərin xeyrinə imtina) maddəsinə əsasən, vərəsə miras qəbul etməkdə
n
qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.
Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan mə
hrum
edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr
məhkəməyə şikayət verə bilərlər. (2)


A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
­
17
­
Şərh edilən normanın məzmunundan görsənir ki, ləyaqətsiz vərəsə hesab edilmiş şəxsin (normativ
hüquqi akta əsasən bu hüquq həm məhkəməyə, həm də miras qoyana verilibdir) xeyrinə mirasdan
digər vərəsələrin imtina etməsi yolverilməzdir. Əgər belə bir imtina mövcud olarsa o zaman digər
vərəsələr məhkəməyə bu barədə iddia ərizəsi ilə müraciət edə bilərlər. Əgər şə
xs mirasdan ona
düşəcək payı ləyaqətsiz vərəsənin xeyrinə imtina etmişsə və bu imtina məhkəmə tərəfindən ləğv
edilmişsə o zaman miras əvvəlki vəziyyətinə qaytarılır və şəxs onu ya qəbul etməli yada ki, birdəfəlik
imtina etməlidir.
Burada ləyaqətsiz vərəsənin vəzifəsi ondan ibarətdir ki, o, digər vərəsə tərəfindən ona bağışlanmış
miras payını qəbul etməməli, ondan
imtina
etməlidir.
İmtina vəzifəsini yerinə yetirmək həm hüquqi, həm də nəzəri cəhətdən ləyaqtəsiz vərəsənin gələcəkdə
vərəsəlik və ya miras mübahisəsi açılmasında məhkəmə tərəfindən müsbət hal kimi qiymətləndirilə
bilər.
Ləyaqətsiz vərəsənin göstərdiyimiz hüquqlarından və vəzifələrindən başqa da hüquqlarının və
vəzifələrinin mövcud olması istisna deyil. Bu müxtəlif ölkələrin qanunvericliklərində müəyyən
hissələrdə nəzərdə tutulur. Misal üçün 22 noyabr 2001‐ci ildə qəbul edilmiş Türkiyə Respublikasının
Mülki Məcəlləsinin (Türkiye Cumhiriyetinin Türk Medeni Kanunu) 511‐ci maddəsinə (Mirasçılıkdan
çıkarma, II. Hükümleri) əsasən, mirasçılıkdan çıxarılan kimsə, mirasdan pay alamayacağı kimi;

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə