Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə28/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   24   25   26   27   28   29   30   31   ...   89
23
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Göründüyü kimi, mənəvi zərərlə bağlı xüsusi normativ aktın olmaması şəraitində Ali Məhkəmənin
Plenumunun qeyd edilən qərarı məhkəmə təcrübəsində oxşar işlər üzrə mühüm mənbə hesab edilir
və hakimlər tərəfindən əksər hallarda birbaşa tətbiq edilir.
M
ülki hüququn ayrı‐ayrı sahələri üzrə Ali Məhkəmənin Plenumunun qərarlar şəklində izahatları
müəyyən hallarda digər məhkəmələr üçün mühüm normativ mənbə rolunda çıxış edir və bununla
da, Ali Məhkəmənin rəhbəredici izahatlarının presedent xarakterə malik olması müəyyən edilmiş
olur.
Qeyd edilənlərə baxmayaraq, bəzi hüquqşünas‐alimlər hesab edirlər ki, ümumiyyətlə Azə
rbaycanda
presedent hüququ mövcud deyildir. Onlar öz mövqelərini şifahi olaraq belə izah edirlər ki, ölkənin
heç bir yüksək məhkəmənin birbaşa olaraq presedent norma qəbul etmək səlahiyyətləri yoxdur və
daxili qanunvericilikdə də heç bir məhkəmə instansiyası üçün presedent qərar qəbul etmə
k
imtiyazının verilməsi ilə bağlı norma mövcud deyildir. Lakin nəzəri və praktiki olaraq, bu fikrə əks
arqument qismində Azərbaycan Respublikasının mülki hüququnda presedent hüququnun mövcud
olması faktını təsdiq edən nüans kimi qeyd etmək mümkündür ki, qanunvericilikdə Azə
rbaycan
Respublikasının Ali Məhkəməsinin Plenumuna müvafiq hüquq sahələri üzrə izahatlar vermək
səlahiyyəti nəzərdə tutulmuşdur və Ali Məhkəmənin Plenumunun müvafiq qərarları aşağı instansiya
m
əhkəmələrin qərar qəbuletmə prosesində hakimlər tərəfindən istifadə olunur. Bu mənada, əgə
r
aşağı instansiya məhkəmələri icraatlarında olan işin ədalətli həlli baxımından və müvafiq hüquq
normasının olmaması şəraitində Ali Məhkəmənin Plenumunun izahat xarakterli qərarlarına istinad
edirs
ə və ya Ali Məhkəmənin Plenumunun izahat xarakterli qərarları digər məhkəmələr tərəfindən
istifadə edilirsə, bu Azərbaycan Respublikasının mülki hüququnda dolayısıyla presed
ent
hüququndan istifadə edilməsinə dəlalət edir. Sonuncu fikri müdafiə edərək təkrar olaraq qeyd etmək
vacibdir ki, faktiki olaraq təcrübədə Ali Məhkəmənin Plenumunun qərarları aşağı instansiya
m
əhkəmələri tərəfindən geniş surətdə tətbiq edilir. Yuxarı instansiya məhkəmələrinin
qərarlarındakı hüquqi mövqeyin aşağı instansiya məhkəmələri tərəfindən oxşar işlər üzrə nəzərə
alınması və ya həmin qərarlara istinad edilməsi presedent hüququnun tətbiqinin əyani sübutudur.
Qeyd edilənlərlə yanaşı, presedent hüququnun tətbiq edildiyi bir sıra ölkələrdən (məsələn, Böyük
Britaniya,
ABŞ, Avstraliya) fərqli olaraq, Azərbaycan Respublikasında məhkəmə presedentləri
adətən qanunvericilikdə olan normativ boşluqları doldurmağa istiqamətlənmiş birbaşa hüquqi baza
s
əciyyəsi daşımır. Belə ki, yuxarı instansiya məhkəmələrinin presedent hüquq xarakterli qərarları
m
əhkəmə təcrübəsi zamanı ortaya çıxmış müəyyən normativ ziddiyyətləri və yaxud hüquqi
qeyri‐müəyyənliyi aradan qaldırmaq məqsədilə qəbul edilir.
Azərbaycan Respublikasında məhkəmələr bütün instansiya məhkəmələrinin qərarlarına deyil, yalnız
yüksək instansiya məhkəmələrinin qərarlarına istinad edirlər. Azərbaycan Respublikasının
m
əhkəmə instansiyaları tərəfindən yüksək məhkəmələrin (Konstitusiya Məhkəməsi və Ali
Məhkəmə) qərarlarına normativ baza qismində deyil, əlavə mənbə (arqumentativ baza) kimi
yanaşılır. Bu məqsədlə, məhkəmələr icraatlarında olan iş üzrə qərar qəbul edərkən gəlmiş olduqları
nəticələri iş üzrə tərəflərə daha aydın izah etmək, iş üzrə istinad etdikləri normaların hüquqi
m
əzmununu açmaq və yaxud da iş üzrə gətirmiş olduqları arqumentləri gücləndirmək məqsədilə
yüksək məhkəmənin qərarına istinad edir, (istinad etdikləri qərardan sitat gətirməklə, oxşar hal
üzrə yuxarı məhkəmənin mövqeyini göstərməklə) həmin qərarlardan presedent norma kimi istifadə
edirlər. Bu mənada, məhkəmə iş üzrə qəbul etdiyi qərarının hüquqi qüvvəsini gücləndirmək və
məhkəmənin mövqeyini tərəflərə daha aydın çatdırmaq məqsədilə presedent norma qismində
yüksək məhkəmələrin qərarlarından istifadə edirlər. Bu isə presedent ideologiyasının arqumentativ
t
ələbini xarakterizə edir. Beləliklə, Azərbaycan Respublikasında Konstitusiya Məhkəməsinin
Plenumunun
pozulmuş insan hüquq və azadlıqlarından verilmiş şikayətlərə dair qərarlarının və Ali
Məhkəmənin Plenumunun izahat xarakterli qərarlarının digər məhkəmələr tərəfindən istifadəsi
ədalətli məhkəmə araşdırmasının, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasının,
hüquq qaydasının və qanunvericiliyin daha düzgün qaydada tətbiq edilməsinin dərinləşdirilmə
si
baxımından da mühüm əhəmiyyətə malikdir. Qeyd edilən qərarların məhkəmələr tərəfindən tətbiq
edilməsi təcrübəsinin (presedent hüquq təcrübəsinin) genişlənməsi isə nəticədə bütövlükdə mülki
hüququn ayrı‐ayrı sahələrinin inkişafını şərtləndirir. Beləliklə, Azərbaycan Respublikasında rəsmi
olaraq məhkəmə presedentləri mülki hüququn mənbələri sırasına daxil edilməsə də, məhkəmə
təcrübəsində yuxarı instansiyalı məhkəmələrin qərarlarından presedent kimi istifadə edilir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə