Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə30/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   26   27   28   29   30   31   32   33   ...   89
25
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
normativ‐hüquqi aktlar ilə qeyri‐normativ hüquqi aktların kəsişməsində yerləşir və bu iki tip aktlar
arasında aralıq yerdə dayanaraq hər iki tip aktların bir sıra xüsusiyyətlərini özündə ehtiva edir.
Təbii ki, yuxarıda sadalanan normativ xarakterli aktlar arasında AR Konstitusiyasının 130‐cu
maddəsinin III hissəsinin 1‐7‐ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş AR Kons
titusiya
Məhkəməsinin qərarları və Məhkəmə‐Hüquq Şu
ra
sının qərarları cinayət‐prosessual hüququn
mənbəyini təşkil edən əsas normativ xarakterli akt növləri kimi diqqət mərkəzində olmalıdır.
Elmi‐nəzəri dövriyyədə «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun hüquqi aktlar
bar
ədə təqdim etdiyi klassifikasiyaya münasibət birmənalı deyil. Belə ki, İ.M.Cəfərov hesab edir ki,
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun müddəalarında AR Milli Mə
clisinin
bütün qərarlarının qeyri‐normativ hüquqi akt kimi səciyyələndirilməsi doğru deyil. O, fikirlə
rini
aşağıdakı arqumentlərlə əsaslandırır
:
1. AR Milli Məclisi AR Konstitusiyasının 95‐ci maddəsinin I hissəsinin 6‐cı bəndinə uyğun olaraq,
amnistiyanın verilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Amnistiya aktı
törətdikləri cinayət əməllərinə görə müəyyən kateqoriya şəxslərin cinayət məsuliyyətində
n azad
olunmasını və ya onların cəzalarının yüngülləşdirilməsini nəzərdə tutan hüquqi aktdır. 2. Qeyri‐
normativ hüquqi aktlar hüquq normalarının tətbiqi aktı olub, fərdi xarakter daşıyır.
Lakin amnistiya
aktı fərdi qaydada müəyyən edilmiş konkret şəxs barəsində deyil, yəni əfvetmə tipli akt olmayıb,
yuxarıda qeyd edildiyi kimi, müəyyən kateqoriya şəxslər barəsində tətbiq edilir və bu məqsədlə hüquq
normaları müəyyən edir. Şübhəsiz ki, o, uzunmüddətli qüvvədə olması və dəfələrlə tətbiq edilməsi ilə
səciyyələnmir. Eyni fikirləri məsələn, fövqəladə vəziyyət tətbiq edilməsi haqqında AR Prezidentinin
f
ərmanları barədə də söyləmək olar. Lakin buna baxmayaraq, fərmanlar qanunvericilik sistemində
göstərilməklə normativ‐hüquqi akt hesab edilmişdir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə