Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə58/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   54   55   56   57   58   59   60   61   ...   89
46
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Mülki Məcəllənin 439.1‐ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdə
n
biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə,
xarici valyutada da müəyyənləşdirə bilərlər.
Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin
əsaslarından biridir. Pul öhdəliyi alqı‐satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da
əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən
Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir.
Alqı‐satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri
üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan
mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman
ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.
Belə nəticə həmçinin bank qanunvericiliyinin tələblərindən də irəli gəlir.
Belə ki, “Banklar haqqında” Qanunun 1‐ci maddəsində də müəyyən olunur ki, banklar kreditləri öz
adından və öz hesabına verirlər.
Beləliklə, borcun predmeti kimi məhz pul özü çıxış edir və onun ödəniş vasitəsi kimi istifadəsi
anlamına gətirilməsini düzgün hesab etmək olmaz.
K
onstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1‐ci maddəsinin “pul
öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil
olunmur və bu maddə Konstitusiyanın 19‐cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir.
Bu baxımdan, Mülki Məcəllənin 439.1‐ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici
fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici
valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici
valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin
qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin
439.2‐ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan
Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi
hallardan başqa, o, manatla ödənilir.
Mülki Məcəllənin 439.1‐ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2‐ci
maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən biri
nin xarici
fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki,
xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici
valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama
ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19‐cu maddəsinin III
hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun
özü çıxış etdiyi hallara ş
amil olunur.
Qeyd edilməlidir ki, oxşar qayda xarici dövlətlərin qanunvericiliyində də mövcuddur. Belə ki, Rusiya
Federasiyasının Mülki Məcəlləsinin 317‐ci maddəsinin 2‐ci hissəsinə əsasən pul öhdəliklərində
öhdəliyin xarici valyuta və ya şərti maliyyə vahidində (ekü, “xüsusi borclanma hüquqları” və s.)
müəyyən olunmuş məbləğə ekvivalent məbləğdə rublla ödənilməsi nəzərdə tutula bilər. Bu halda,
rublla ödənilməli olan məbləğ müvafiq valyutanın və ya şərti pul vahidlərinin ödəniş gününə mövcud
olan rəsmi məzənnəsi əsasında müəyyən edilir, bu şərtlə ki, digər məzənnə, yaxud onun
müəyyənləşdirilməsinin digər tarixi qanunda və ya tərəflərin razılaşmasında təsbit edilməsin. Xarici
ölkələrin mülki qanunvericiliyində pul öhdəliyi üzrə ödənişin icrası dispozitiv hüquq kimi müəyyən
olunmuşdur. Belə ki, tərəflər arasında hər hansı bir razılıq yoxdursa, borclu müqavilə əsasında
həyata keçirməli olduğu ödənişi, ödənişin icra ediləcəyi yerin milli valyutasında ödəyə bilər.
“Beynəlxalq kommersiya müqavilələrinin prinsipləri haqqında” sənədin (UNİDROİT Prinsipləri)
6.1.10‐cu maddəsində qeyd olunur ki, pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin hansı
valyuta vasitəsi ilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağı yerin
milli valyutasında həyata keçirilməlidir.
Həmçinin, “Avropa müqavilə hüququnun Prinsipləri haqqında” sənədin 7:108‐ci maddəsi müəyyən
edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər
arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin
icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə