Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə66/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   62   63   64   65   66   67   68   69   ...   89
53
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
31. 2006­
cı il 11 sentyabrda müstəntiq ərizəçilərin xahişini rədd etmiş və qərara almışdır ki, belə
qətimkan tədbiri yalnız şübhəli və ya təqsirləndirilən şəxs barəsində tətbiq edilə bilər. Lakin R.Ə.
iş üzrə nə şübhəli, nə də təqsirləndirilən şəxs kimi cəlb edilməmişdir. Qərarın müvafiq hissələrində
aşağıdakılar qeyd edilmişdir:
“
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 154‐cü və 155‐ci maddələrinə görə
istintaq dövründə vəzifədən kənarlaşdırma növündə qətimkan tədbiri yalnız şübhəli və ya
təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər.
Lakin iş materiallarından aydın olduğu kimi R.Ə. nə şübhəli şəxs qismində həbs edilmiş, nə də onun
təqsirləndirilən şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir.
Belə olan halda onun barəsində vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirinin seçilməsi
üçün heç bir əsas yoxdur ...”.
32.
2007‐ci il 3 iyulda ərizəçilər yenidən Baş prokurora məktubla müraciət edərək istintaqın
səmərəsiz olmasından və istintaq orqanlarının hadisə ilə bağlı sübut əldə edə bilməməsindən şikayət
etmişlər. Bununla bağlı onlar cinayətdə iştirak etmiş Q.Ə.‐nin qeyri‐müəyyən şəraitdə öldüyünü
bildirmişlər.
33. Baş Prokurorluq 2007‐ci il 6 iyul tarixli məktubunda Q.Ə.‐nin ölüm hallarının qeyri‐müəyyən
olmadığını, onun ürək xəstəliyi ilə bağlı vəfat etdiyini bildirmişdir.
D.
İstintaqın iddia olunan səmərəsizliyi ilə bağlı ölkə daxilində həyata keçirilmiş məhkəmə
prosesləri
34.
2007‐ci il 28 dekabrda ərizəçilər Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək i
stintaq
orqanlarının hərəkətsizliyindən və istintaqın səmərəsizliyindən şikayət etmişlər. Onlar xüsusilə
oğullarının qətli ilə bağlı istintaqın illərlə qanunsuz olaraq uzadıldığını və R.Ə.‐nin cinayətin icraçısı
kimi tanınmasına baxmayaraq istintaqa cəlb edilmədiyini iddia etmişlər. Onlar həmçinin istintaqın
gedişi barədə onlara məlumatın verilmədiyini bildirmişlər.
35.
Ərizəçilər və onların nümayəndəsi Nəsimi Rayon Məhkəməsindəki proses zamanı şikayətlərini
təkrar etmiş və onlara istintaqın gedişində qəbul edilmiş prosessual qərarlar barədə məlumat
verilmədiyini və cinayəti törədən şəxsin müəyyən edilməsinə baxmayaraq istintaqın müddətinin
uzadıldığını bildirmişlər.
36. 2008‐ci il 1 fevralda məhkəmə ərizəni təmin etməyək istintaq orqanlarının qanunu pozmadığını
və prokurorluq orqanları tərəfindən müvafiq istintaq hərəkətlərinin aparıldığını qət etmişdir.
Məhkəmə qət etmişdir ki, prokuror istintaq müddətini uzatmaq hüququna malikdir və belə qərardan
məhkəməyə etiraz etmək mümkün deyil. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd
olunmuşdur:
“
Həmin Məcəllənin (Cinayət Prosessual Məcəlləsi) 218.11‐ci maddəsinə görə açılmamış cinayət işi
ilə bağlı istintaqın aparılması müddəti iş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
218.8‐ci və 218.9‐cu maddələrinə uyğun olaraq açılanadək Azərbaycan Respublikasının Baş
prokuroru tərəfindən bir neçə dəfə uzadıla bilər...
Qanunvericilikdə nəzərdə tutulduğu kimi ibtidai istintaqın aparılması üçün müddətin uzadılması
istintaqa nəzarəti həyata keçirən prokurorun hüququdur...
Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449‐cu maddəsi
prokurorluq orqanlarının hərəkət və ya qərarlarından məhkəməyə şikayət vermə qaydasını
müəyyən edir. Bu maddədə barəsində şikayət verilməsi mümkün olan qərar və şikayətlər açıq
şəkildə göstərilmişdir. Bu maddə istintaq orqanlarının istintaqın aparılması müddətinin uzadılması
barədə qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi imkanını nəzərdə
tutmamışdır...”.
Məhkəmə daha sonra qət etmişdir ki, həmin vaxt E.Ə.‐nin qətlində kiməsə qarşı ittihamın irəli
sürülməsi üçün kifayət qədər sübut olmamışdır. Bununla yanaşı o, həmçinin prokurorluq
orqanlarının ərizəçilərə lazımı qaydada məlumat vermədiyini, müvafiq qərarları onlara
göndərmədiyini qət etmişdir. Qərarın müvafiq hissəsində aşağıdakılar qeyd olunmuşdur:


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə