Publication1


E. Ərizənin mövqeyini bildirməsi üçün Hökumətə göndərilməsindən sonra baş vermiş hadisələr



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə68/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   64   65   66   67   68   69   70   71   ...   89
E. Ərizənin mövqeyini bildirməsi üçün Hökumətə göndərilməsindən sonra baş vermiş hadisələr
41.
2013‐cü ilin tarixi dəqiq olmayan vaxtda ərizəçilər Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət
edərək müstəntiqin 2003‐cü il 18 sentyabr və 2010‐cu il 14 dekabr tarixli qərarlarını ləğv etməsini
xahiş etmişdir. Ərizəçilər qeyd etmişlər ki, onlara oğullarının ölümü ilə bağlı cinayət işinin
dayandırılmasına dair müstəntiqin 2010‐cu il 14 dekabr tarixli qərarı barədə məlumat verilməmişdir
və onlar bu qərar barədə yalnız işin Avropa Məhkəməsində araşdırılması çərçivəsində Hökumət
tərəfindən Məhkəməyə təqdim edilən qeydlərə əlavə edilmiş qərarın surətini gördükdən sonra
xəbərdar olublar. Ərizəçilər həmçinin müstəntiqin 2003‐cü il 18 sentyabr tarixli qərarının surətinin
o
nlara verilmədiyini qeyd etmişlər.
42. 2013‐cü il 31 mayda Nəsimi Rayon Məhkəməsi ərizəçilərin tələbini qismən təmin edərək
müstəntiqin ərizəçilərin ölümü ilə bağlı cinayət işinin dayandırılmasına dair 2010‐cu il 14 dekabr
tarixli qərarını ləğv etmişdir. Məhkəmə bununla bağlı qət etmişdir ki, istintaq orqanları 2010‐cu il 14
dekabr tarixli qərar barədə ərizəçilərə məlumat verdiklərini sübut edə bilməmişlər. Məhkəmə daha
sonra qət etmişdir ki, prokurorluq orqanlarının 2010‐cu il 14 dekabr tarixli qərar barədə ərizəçilərə
məlumat verməməsi qanunsuz olmuş və ərizəçiləri sözügedən qərardan şikayət vermək hüququndan
məhrum etmişdir. Beləliklə, buradan görünür ki, cinayət işi hələ də davam etməkdədir. Proses barədə
Məhkəməyə əlavə məlumatlar verilməmişdir.
43. Ərizəçilərin tələbinin müstəntiqin 2003‐cü il 18 sentyabr tarixli qərarı ilə bağlı hissəsinə gəlincə
,
Nəsimi Rayon Məhkəməsi bu tələbə baxılmasının onun yurisdiksiyasına aid olmadığını qət etmiş və
şikayəti baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərmişdir
.
Məhkəmə 2003‐cü il 18 sentyabr
qərarının Hərbi Prokurorluğun müstəntiqi tərəfindən qəbul edildiyini və buna görə də sözü gedən
qərardan hərbi məhkəməyə şikayət edilməsinin mümkün olduğunu qət etmişdir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə