Publication1


­ Tanınmış vəkil “Tərəqqi” medalı ilə təltif olunub



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə76/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   72   73   74   75   76   77   78   79   ...   89
62
­
Tanınmış vəkil “Tərəqqi” medalı ilə təltif olunub
Dünən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hakimlərin Seçki Komitəsinin və
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar
Bağırov Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif
olunmuşdur. Bununla bağlı A.Bağırov sevincini belə ifadə edib: “Heç vaxt dövlət qulluğunda
çalışmamışam, müstəqil peşə sahibiyəm, vəkiləm. Artıq ikinci müddətdir ki, Hakimlərin Seçki
Komitəsinin üzvüyəm, gözləmədiyim halda Möhtərəm Cənab Prezident İlham Əliyev
tərəfindən Azərbaycan Respublikasının ali medalı ilə təltif olunduğuma görə hədsiz dərəcədə
xoşbəxtəm, bu mənim fəaliyyətimə verilən çox yüksək qiymətdir, bütün vəkillərin ödülüdür.”
Tanınmış vəkil onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə prezidentə təşəkkür edib və hər
kəsi ölkədə aparılan mütərəqqi məhkəmə‐hüquq islahatlarına dəstək verməyə və onun bir hissəsi
olmağa çağırıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Allahverdiyev
Əli Kərom oğlu, Cəfərov Ələddin Adil oğlu, Hüseynov Azər Soltanhəmid oğlu, Kalbalıyev Aslan
Kalbalı oğlu da “Tərəqqi” medalı ilə təltif olunublar. Cəfərov Azər Məmməd oğlu və Hüseynov Cavid
Ənvər oğlu isə 3‐cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülüblər. Eyni zamanda
Məmmədov Rafiq Uğuz oğluna və Nağıyev İman Məmməd oğluna “Əməkdar hüquqşünas” fəxri
adları verilib.
Qeyd:
Azərbaycan Hüquq İslahatları Mərkəzinin üzvləri və “Azərbaycan Vəkili” jurnalının
redaksiya heyəti Jurnalın baş redaktoru Anar Bağırovu bu ali mükafat ilə təltif edilməsi
münasibətilə təbrik edir.
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var
?
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ vardır? Bu suala Bakı Hüquq
M
ərkəzinin (BHM) hüquqşünası Zülfüqar Babayev
cavab verib.
Hüquqşünas bildirib ki, işçilə
rin
ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 78‐ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 1‐ci hissəsinə görə müvafiq
hall
arda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələ
r
üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyə
sinin
daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən
edir. “Həmin maddənin 2‐ci hissəsinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq
s
əviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailə
sinin
üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və
daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə
xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan
şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə
” –
hüquqşünas bildirib. Hüquqşünas eyni zamanda bildirib ki, AR Əmək Məcəlləsinin 79‐cu
maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin və halların siyahısı
göstərilmişdir. Belə ki, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların,
üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub
məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən
işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar
ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində
sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə,
ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin
əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu şərtlər işçinin işlədiyi müəssisə bağlandığı və
müddətli əmək müqaviləsinin müddətinin qurtardığı hallara şamil olunmur.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə