Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə79/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   75   76   77   78   79   80   81   82   ...   89
64
­


A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
elementləri artıq 14‐cü əsrdən formalaşmağa başlamışdı.
Müasir dövrdə əksər ölkələrin hakimlərinin xarici görünüşlərində əsas elementlərdən biri də
parikdir. Yəqin ki, 21‐ci əsrdə, bu, hakim qarderobuna keçmişdən yadigar qalan ən eqzotik
elementdir. Parik ilk dəfə Avropada belə populyar olmuşdu: 1620‐ci ildə yepiskop (baş keşiş) Lui
Barbye XIII Lüdoviqin hüzuruna parikdə gəlmişdi. Və artıq bir neçə ildə
n sonra parik kral
saraylarında işləyənlərin xarici görünüşlərində ən əsas elementlərdən birinə çevrildi.
40 il sonra,
Fransada sürgün həyatı yaşayan II Karl qayıdaraq İngiltərədə kral taxtına oturur və bun
dan sonra
o, İngiltərədə parik geyinməyi dəb salır. Pariklər sosial prestij atributu hesab edilirdi. Sonralar parik
hətta siyasi mübahisənin predmeti belə olmuşdu.Belə ki, 1776‐cı il ABŞ‐ın “İstiqlal Bəyannamə
si”nin
5 müəllifindən 2‐si – Tomas Cefferson ve Con Adams arasında amerikalı hakimlərin gələcə
k
qarderobları barədə fikir ayrılıqları var idi. Tomas Cefferson təklif edirdi ki, Britaniya adət‐
ənənələrindən tamamilə imtina edilsin və hakimlər sadə mülki kostyum geyinsinlə
r. Con Adams
(peşəsi vəkil idi) isə tam əksinə, adətləri saxlamağı təklif edirdi. Sonda onlar ortaq razılığa gələ
bildilər. Belə ki, razılığa əsasən parikdən imtina edilsə də, qalan elementlər olduğu kimi qaldı.
Pariklə yanaşı, Avropada olan hakimlər üçün silindrik formalı papaqlardan da istifadə edilirdi.
Hal­haz
ı
rda da bu c
ür papaqlardan əsasən Fransanın əvvəlki müstəmləkələrində daha çox istifadə
edilir. Lakin, Fransada bu papaqlar art
ıq istifadədən çı
xar
ı
lm
ış
d
ır. Buna bənzər papaqlar hal‐hazı
rda
Almaniya Federal Konstitusiya məhkəməsinin hakimləri tərəfindən istifadə edilir.
Daha bir baş geyimini xatırlatmaqda fayda var. Bu İngiltədə istifadə olunur və
“qara papaq” (black
cap) adlanır. Adına baxmayaraq, əslində o papaq yox, daha çox başa keçirilmiş yaylığı xatırladır.
Əgər, bu baş geyimindən 15 il əvvəl istifadə edilsəydi, təqsirləndirilən şəxs dəhşətə gələ bilərdi. Belə
ki, əvvəllər hakimlər ölüm hökmü verən zaman qara papaq taxardılar. Ölüm hökmünün İngiltərədə
ləğv edilməsindən sonra, qara papaqdan hakimlər yalnız təntənəli məhkəmə proseslərində istifadə
edirlər, hansında ki, hakimlərdən bu zaman geyim formasına tam əməl etmək tələb olunur.
Keçmiş zamanlarda hakimlər ağ əlcəklərdən də istifadə etmişlər. Belə ki, orta əsrlərdə hakimlə
rin
ağ əlcəklər geyinməsi “təmizlik” əlaməti hesab edilirdi. İngiltərə bundan çoxdan imtina etmişdir,
lakin Avstraliyada XX
əsrin ortalarına kimi bu adət qalmaqda idi.
Hakimlərin istifadə etdiyi aksessuarlardan bəhs etdikdə, ilk növbədə, burada insanın ağlına məşhur
hakim çəkici gəlir. Bu aksessuara biz Amerika filmlərində tez‐tez rast gəlirik, lakin əslində amerikalı
hakiml
ər çəkicdən istifadə etməməyə üstünlük verirlər. İngiltərədə çəkicdən hətta erkən orta
əsrlərdən etibarən istifadə edilirdi. Lakin, qeyd olunmalıdır ki, hakimlər çəkicdən cinayət işlə
ri tam
istisna olmaqla yalnız mülki işlərdə istifadə edirdilər. Lakin, hal‐hazırda bu aksessuardan heç istifadə
olunmur.
Məhkəmələrdə bu əşyadan istifadənin tarixi qaranlıq və qeyri‐aydındır. Bir fərziyyə var ki, çə
kicin
vurulması ilə qərarın qəbul olunmasına səsli işarə verilir. Məlumdur ki, orta əsrlərdə alqış səslə
ri
mübahisənin həlli (qərarın qəbul edilməsi) kimi başa düşülürdü. Hansı ki, müasir zamanda
auksionistin çəkici vurması ilə qərarın qəbul edilməsi başa düşülür. Rusiyada analoji hallarda “əllə
rin
stola vurulması” qərarın qəbul edilməsi kimi qəbul edilir.
XX əsr öz təsirini hakim geyimlərindən də yan keçmədi. Belə ki, bu dövrdə bir çox yaranmış yeni
dövlətlərdə Tomas Ceffersonun arzusu həyata keçirilir,
hakimlər xarici görünüş cəhətdən mülki insanlardan
heç fərqlənmirdilər. Sovet dövründə məhkəmə
prosesinin bütün iştirakçıları mülki kostyumlar
geyinirdil
ər. SSRİ‐nin və Şə
rqi Avropada sosializmin
süqutundan sonra hakimlərin geyimində yenidə
n
köhnə Avropa ənənələri hiss olunmağa başladı.
Almaniya 
Federal 
Konstitusiya 
Məhkəməsi
hakimlərinin geyimlərinə olan şüurlu münasibətinə
dair bir misala nəzər salaq. Belə ki, 1960‐cı illərin
əvvəllərində bu hakimləri əsas narahat edən məsələ
o
idi ki, onlar aşağı instansiya məhkəmələrinin hakimləri
eyni paltar geyinirdilər və xarici görünüşcə heç fərqlənmirdilər. Beləliklə, onlar özlərinə
yeni geyim
forması seçmək üçün Mantiya Komitəsi adlanan bir orqan təsis etdilər. Bunun üçün hətta Münxen
şəhərindən tanınmış teatr rejissoru da dəvət olunmuşdu ki, onlara geyim seçimində yardımçı olsun.
­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə