Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə72/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   68   69   70   71   72   73   74   75   ...   89
B. Ərizənin mahiyyəti
1.
Tərəflərin izahatları
65.
Hökumət bildirmişdir ki, Ukraynanın dövlət orqanlarının bütün zəruri istintaq hərəkətlərini
həyata keçirməməsi və Azərbaycana səmərəli hüquqi yardım göstərməməsi səbəbindən Azərbaycan
səmərəli istintaq apara bilməmişdir. O göstərmişdir ki, Ukraynanın dövlət orqanları müvafiq
şahidləri müəyyənləşdirib dindirməmiş və heç bir mötəbər sübut olmadan ərizəçilərin oğullarının
öldürülməsində tələsik və səhvən Q.Ə. və R.Ə.‐ni təqsirləndirmişlər.


­
58
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
66. Hökumət daha sonra bildirmişdir ki, Baş Prokurorluq hüquqi yardım göstərilməsi üçün 2005‐ci
və 2006‐cı illərdə Ukraynalı həmkarlarına məktublar göndərsə də, Ukraynanın dövlət orqanları
tərəfindən hər hansı tədbir görülməmişdir. O, həmçinin azərbaycanlı müstəntiqin 2004‐cü ildə
Ukraynaya ezamiyyətə göndərildiyini təsdiq etmiş, lakin müvafiq şahidlərin yerlərini
müəyyənləşdirmə
yin
və ya onları dindirməyin mümkün olmadığını bildirmişdir.
67.
Ərizəçilər Azərbaycanda həyata keçirilmiş istintaqın səmərəsiz olduğunu bildirmişlər. Onlar
bildirmişlər ki, Hökumətin Ukraynanın dövlət orqanları tərəfindən müvafiq hüquqi yardımın
göstərilmədiyinə istinad etməsi yalnız bəhanədir və Azərbaycanda aparılmış istintaqın əsassız
uzadılmasına və səmərəsizliyinə haqq qazandıra bilməz. Onlar xüsusilə bildirmişlər ki, Ukraynanın
dövlət orqanları R.Ə.‐nin onların oğullarının qatili olduğunu müəyyən etsələr də, o, orduda məsul vəzifə
sahibi olduğundan Azərbaycanın dövlət orqanları onu müdafiə etmiş və o, hətta cinayət prosesi zamanı
prokurorluq orqanları tərəfindən dindirilməmişdir.
68.
Ərizəçilər daha sonra bildirmişlər ki, istintaq orqanları illərlə hərəkətsizlik göstərmiş və istintaqın
gedişi barədə onlara lazımı qaydada məlumat verilməmişdir. Onlar bildirmişlər ki, bir neçə dəfə xahiş
etmələrinə baxmayaraq müstəntiqin R.Ə. barədə cinayət işinə xitam verilməsinə dair 2003‐cü il 18
sentyabr tarixli qərarı barədə onlara məlumat verilməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə