Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə73/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   69   70   71   72   73   74   75   76   ...   89
(a)
Ümumi prinsiplər
69.
Konvensiyanın 2‐ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnun müdafiəsi öhdəliyi 1‐ci
maddə ilə müəyyən edilmiş dövlətin “öz yurisdiksiyası altında olan hər kəsin Konvensiyada nəzərdə
tutulmuş hüquq və azadlıqlardan istifadəsinin təmin etmək” kimi ümumi öhdəliyi ilə birgə dolayı yolla
insanların dövlət və ya fərdlər tərəfindən zor tətbiqi nəticəsində öldürüldüyü zaman müəyyən formada
səmərəli rəsmi istintaqın aparılmalı olduğunu da tələb edir (bax: “
Tanrıkulu Türkiyəyə qarşı
” (
Tanrıkulu
v. Turkey
[GC], no.
23763/94
, § 103, ECHR 1999­IV); “
M
enson Birləşmiş Krallığa qarşı
” (
Menson v. the
United Kingdom
(dec.), no.
47916/99
, ECHR 2003‐V) və “
Branko Tomaşiç və Digərləri Xorvatiyaya qarşı
”
(
Branko Tomašić and Others v. Croatia
, no.
46598/06
, § 62, 15 January 2009
)). Bu cür istintaqın başlıca
məqsədi yaşamaq hüququnu qoruyan ölkə daxili qanunların səmərəli şəkildə yerinə yetirilməsini
təmin etməkdir (bax:
mutatis mutandis
, “
Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı
” (
Paul and Audrey
Edwards v. the United Kingdom
, no.
46477/99
, § 69, ECHR 2002­II)).
70.
İstintaqın səmərəli olması o deməkdir ki, onun nəticəsində cinayəti törətməkdə şübhəli şəxslərin
müəyyən edilməsi və cəzalandırılması mümkün olmalıdır (bax: “
Oğur Türkiyəyə qarşı
” (
Oğur v.
Turkey
[GC], no.
21594/93
, § 88, ECHR 1999­III)).
Burada nəticə deyil, vasitələr öhdəlik xarakteri
daşıyır. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün mümkün addımları atmalıdırlar.
İstintaq zamanı ölümün səbəblərini və ya məsuliyyət daşıyacaq şəxsi və ya şəxsləri müəyyən etmək
imkanını sarsıdan istənilən çatışmazlıq onun standartlara cavab verməməsi riskini yaradır. Hansı
üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ
barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər (bax: misal üçün, mutatis mutandis, “
İlhan Türkiyəyə
qarşı
” (
Ilhan v. Turkey
[GC], no.
22277/93
, ECHR 2000­VII, § 63)).
Bundan əlavə, praktikada
cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət
elementi olmalıdır. Bütün işlərdə zərər çəkmişin qaxın qohumları onun qanuni maraqlarının müdafiəsi
üçün zəruri olan həddə prosesə cəlb olunmalıdırlar (bax: “
Tsintsabadze Gürcüstana qarşı
” (
Tsintsabadze
v. Georgia
, no.
35403/06
, § 76, 15 February 2011 )).
71.
Bu kontekstdə tezlik və ağlabatan çalışqanlıq tələbi də nəzərdə tutulur (bax: “
Yaşa Türkiyəyə qarşı
”
(
Yaşa v. Turke
y
, 2 September 1998, §§ 102­104,
Reports of Judgments and Decisions
1998‐VI) və “
Adalı
Türkiyəyə qarşı
” (
Adalı v. Turkey
, no.
38187/97
, § 224, 31 March 2005)).
Konkret vəziyyətdə istintaqda
irəliləyişlərə nail olunması qarşısında maneə və ya çətinliklərin ola bilməsi qəbul edilməlidir. Lakin
ölümə səbəb olmuş vasitələrin dövlət orqanları tərəfindən tez araşdırılmasına ümumi şəkildə onların
qanunun aliliyinə hörmət etmələrinə ictimai etimadın saxlanması və qanunsuz əməllərə yol vermələri
və ya onlara dözümlülüklə yanaşmaları barədə fikirlərin qarşısının alınması üçün mühüm amil kimi
baxıla bilər.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə