Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə69/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   65   66   67   68   69   70   71   72   ...   89
55
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
44.
2013‐cü il 23 oktyabrda Bakı Hərbi Məhkəməsi ərizəçinin tələbini əsassız olduğu üçün rədd
etmiş, gəldiyi nəticəyə əlavə şərh verməmişdir.
45. 2013‐cü il 5 noyabrda Bakı Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin 2013‐cü il 23
oktyabr tarixli qərarını qüvvədə saxlamışdır.
II.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
46.
Ukrayna Cinayət Məcəlləsinin 115‐ci maddəsinin 1‐ci bəndinə görə adam öldürmə yeddi ildən
on dörd ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılan cinayətdir. Azərbaycanın Cinayət
Məcəlləsinin 120‐ci maddəsinin 1‐ci bəndinə görə adam öldürmə yeddi ildən on iki ilədək azadlıqdan
məhrumetmə ilə cəzalandırılan cinayətdir.
47.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 87‐ci maddəsinin 6‐cı bəndinə
görə zərər çəkmiş şəxs kimi tanınmış şəxs müxtəlif prosessual hüquqlara malikdir və
onun
cinayət
işinə əlavə olunması üçün materiallar təqdim etmək, cinayət işinin istintaqını aparan orqanın
hərəkətlərinə etiraz etmək, vəsatətlər vermək, iş materiallarında olan protokollar və digər
sənədlərlə tanış olmaq, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq
və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun
xahişi ilə bu qərarların (həmçinin cinayət işinin dayandırılmasına dair qərarların) surətini əldə
etmək və prosessual hərəkət və ya qərarlardan şikayət vermək hüququ vardır.
48.
CPM‐nin 502‐ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin
səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında sorğu edən dövlətin ərazisində cinayətin
törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində Azərbaycan
Respublikası qanunvericiliyinə müvafiq olaraq cinayət təqibini həyata keçirməlidir.
49. CPM‐nin 503‐cü maddəsinin 3‐cü bəndinə görə xarici dövlətin sorğu edən səlahiyyətli orqanı
tərəfindən başlanmış cinayət işi göndərildikdə həmin iş üzrə araşdırma Azərbaycan Respublikasının
sorğu edilən cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq davam etdirilir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə