Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə65/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   61   62   63   64   65   66   67   68   ...   89
52
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Hərbi Prokurorluqda aparılmış cinayət işinin istintaqı zamanı R.Ə.‐nin E.Ə.‐ni qətlə yetirdiyini təsdiq
edən hər hansı mötəbər sübut əldə edilməmişdir.
Bu səbəbdən Ukrayna Cinayət Məcəlləsinin 115‐ci maddəsinin 1‐ci bəndinə əsasən R.Ə.‐yə qarşı
başlanmış cinayət işinə xitam verilməlidir. Belə ki, onun cinayətin törədilməsində əli olmamışdır və
E.Ə.‐nin qətli ilə bağlı cinayət işinin istintaqı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120‐ci
maddəsinə əsasən tam, müfəssəl və obyektiv şəkildə aparılmalı və cinayəti törədənlər müəyyən
edilərək məsuliyyətə cəlb edilməlidirlər”.
23. Ərizəçilərə bu qərar barədə məlumat verilməmiş
dir.
24.
Ərizəçilərə müstəntiqin 2003‐cü il 18 sentyabr tarixli qərarı barədə məlumat verilmədiyindən
onlar Baş Prokurorluğa yazmaqda davam edərək oğullarının ölümü ilə bağlı səmərəli istintaqın
aparılmasını xahiş etmişlər. Məktublara cavab olaraq ərizəçilər prokurorluq orqanlarından eyni
tərzdə yazılmış cavablar almışlar. Xüsusilə 2003‐cü il 17 oktyabr, 3, 11 noyabr, 5 dekabr tarixli və
2004‐cü il 7 yanvar tarixli məktublarda prokurorluq orqanları ərizəçilərə istintaqın səmərəli şəkildə
aparılacağı və nəticələri barədə onlara məlumat veriləcəyi bildirilmişdir.
Lakin prokurorluq
orqanları məktublarında müstəntiqin 2003‐cü il 18 sentyabr tarixli qərarının mövcudluğuna
toxunmayıblar.
25.
2004‐cü il 24 fevralda cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə
İdarəsinə tapşırılmışdır.
26.
2004‐cü il 28 iyunda Azərbaycan
da
işin istintaqını aparan müstəntiq şahidlərin dindirilməsi və
digər sübutların əldə edilməsinə hüquqi yardım göstərilməsi üçün Kiyev Şəhəri Prokurorluğuna
müraciət etmişdir. Bu xahişdən sonra azərbaycanlı müstəntiq 2004‐cü il 2‐23 sentyabr və 2004‐cü
il 14‐21 oktyabr tarixlərində Ukraynaya ezamiyyətə göndərilmişdir.
27.
Baş Prokurorluq 2005‐ci il 19 may tarixli məktubu ilə ərizəçilərə Azərbaycandan olan
müstəntiqin 2004‐cü ilin sentyabr və oktyabr aylarında Ukraynaya ezamiyyətə göndərildiyi, lakin
müvafiq şahidlərin yerlərini müəyyənləşdirməyin və ya onları dindirməyin mümkün olmadığı
barədə məlumat vermişdir. Məktubun müvafiq hissələrində aşağıdakılar qeyd olunmuşdur:
“
2004‐cü il 28 iyunda müstəntiq (R.H.) E.Ə.‐nin qətli ilə bağlı 803636/0363 saylı cinayət işi
çərçivəsində hüquqi yardımın göstərilməsi üçün Kiyev Şəhər Prokurorluğuna müraciət göndərmiş,
2004‐cü ilin sentyabr‐oktyabr aylarında Kiyevdə ezamiyyətdə olmuş və Şevçenko Rayon
Prokurorluğu tərəfindən həyata keçirilmiş bir sıra istintaq hərəkətlərində iştirak etmişdir.
Lakin Kiyev Şəhəri Şevçenko Rayonu Polis Şöbəsi ifadələri istintaq üçün xüsusi önəm daşıyan bir
neçə şahidi istintaq orqanına gətirmədiyindən onları dindirmək və digər istintaq hərəkətlərini
həyata keçirmək mümkün olmamışdır.
Müvafiq şahidlərin olduqları yeri müəyyən etməklə onları istintaq orqanına gətirmək məqsədilə
zəruri addımların atılması üçün Ukraynanın müvafiq dövlət orqanlarına əməliyyat qaydasında
müraciət edilmişdi
r.
İstintaq hərəkətləri başqa dövlətin ərazisində həyata keçirildiyindən və bəzi şahidlər vaxtında
müəyyən edilmədiyindən istintaqı başa çatdırmaq mümkün olmamışdır və bu səbəbdən istintaq
müddəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 218‐ci maddəsinə uyğun olaraq
uzadılmışdır ...”.
28.
Ərizəçilərin istintaqın gedişi ilə bağlı prokurorluq orqanlarına göndərdikləri məktublara cavab
olaraq Baş Prokurorluq 2005‐ci il 7 sentyabr və 2006‐cı il 6 aprel tarixlərində onlara iki məktub
göndərmişdir. Bu məktubların məzmunu demək olar ki, 2005‐ci il 19 may tarixli məktubla eyni
olmuşdur.
29.
Baş prokuror və onun müavini 2005‐ci il 11 iyul və 2006‐cı il 21 noyabrda göndərdikləri
məktublarla Ukraynalı həmkarlarından bəzi şahidlərin yerlərini müəyyən etməyi və E.Ə.‐nin
bıçaqlanması faktı üzrə onların dindirilməsini xahiş etmişlər.
30. 2006‐cı ilin dəqiq məlum olmayan tarixində ərizəçilər cinayət işinin bitməsinə qədər R.Ə.‐nin
vəzifəsindən kənarlaşdırılmasını müstəntiqdən xahiş etmişlər.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə