Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə64/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   60   61   62   63   64   65   66   67   ...   89
51
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Ukraynanın dövlət orqanlarına qaytarılması barədə qərar qəbul etmişdir. O, qərarını Ukraynanın
dövlət orqanlarının müvafiq istintaq hərəkətlərini aparmadıqları ilə izah etmişdir. O xüsusilə qeyd
etmişdir ki, Ukraynanın dövlət orqanları cinayətin bütün şahidlərini, əsasən 2001‐ci il 1 iyunda
kafedə olmuş müştəriləri və kafenin işçilərini müəyyənləşdirərək dindirməmiş, Q.Ə. ilə R.Ə.‐nin
həmin günü harada olduqlarını müəyyənləşdirməyə səy göstərməmişlər. O, daha sonra M.S. ilə
S.N.‐nin istintaqa verdikləri ifadələrdə ziddiyyətin olduğunu və Q.Ə. ilə R.Ə.‐nin 2001‐ci il 1 iyunda
geydikləri paltarların məhkəmə‐tibb eksperti tərəfindən müayinə edilmədiyini qeyd etmişdir.
C.
Cinayət işinin ikinci dəfə Azərbaycanın dövlət orqanlarına göndərilməsi və Azərbaycanda
cinayət işinin başlanması
18.
2003‐cü il 26 fevralda Şevçenko Rayo
n
unun Prokurorluğu Q.Ə.‐yə qarşı cinayət işinə xitam
vermiş və həmin günü xüsusilə
2001­ci il
1 iyunda E.Ə.‐nin R.Ə. tərəfindən bıçaqlanmasını təkidlə
bildirən M.S.‐nin ifadəsi əsasında R.Ə.‐yə qarşı cinayət işi başlamışdır.
19.
2003‐cü il 27 fevralda Şevçenko Rayon Prokurorluğu 1993‐cü il tarixli Minsk Konvensiyasının
72‐ci və 73‐cü maddələrinə əsasən istintaqın Azərbaycan qanunvericiliyinə əsasən davam
etdirilməsi üçün cinayət işinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna verilməsi barədə
qərar qəbul etmişdir. O, E.Ə.‐nin 2001‐ci il 1 iyunda məhz R.Ə. tərəfindən qətlə yetirilməsi qənaətinə
gəlmişdir. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“
M.S. tanıma üçün təqdim edilmiş şəkillər içərisində R.Ə.‐nin şəklini tərəddüd etmədən tanımış və
E.Ə.‐nin onun tərəfindən bıçaqlandığını bildirmişdir. Bundan əlavə, M.S. bildirmişdir ki, Q.Ə.
cinayətin törədildiyi vaxt R.Ə.‐nin yanında olmuş şəxsə oxşayır; lakin o, onun həmin vaxt dəqiq
orada olduğunu təsdiq edə bilməmişdir.
Müəyyən edilmişdir ki, 1965‐ci ilin 4 iyununda anadan olmuş, evli, Azərbaycan vətəndaşı, əvvəllər
məhkum edilməmiş, general‐mayor xüsusi rütbəli korpus komandiri, Bakıda yaşayan R.Ə. 2001‐ci
ilin 28 mart‐4 iyul tarixlərində Kiyevdə Ukraynanın Milli Müdafiə Akademiyasında təhsil kurslarında
olmuşdur.
Beləliklə də, istintaq zamanı müəyyən edilmişdir ki, Azərbaycan vətəndaşı olan E.Ə. Q.Ə. tərəfindən
deyil, Azərbaycan vətəndaşı R.Ə. tərəfindən qətlə yetirilmişdir”.
20.
2003‐cü il 8 apreldə cinayət işi Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş
və Azərbaycanda cinayət işi başlanmışdır.
21. 20
03‐cü il 8 apreldə Azərbaycanda cinayət işinin başlanmasından sonra ərizəçilər xüsusilə
2003‐cü ilin 12, 29 iyul, 2, 28 avqust tarixlərində və 10 sentyabrında Baş Prokurorluğa müraciət
edərək oğullarının ölüm işi üzrə səmərəli istintaqın aparılmasını xahiş etmişlər. Xüsusilə onlar iddia
etmişlər ki, R.Ə. oğullarını öldürsə də, istintaqa cəlb olunmamış və
de facto
müdafiədən istifadə
etmişdir.
22. 2003‐cü il 18 sentyabrda Hərbi Prokurorluğun müstəntiqi R.Ə.‐nin E.Ə.‐nin qətlində əli olmasını
sübut edən kifayət qədər dəlilin olmadığı qənaətinə gəlmiş və ona qarşı cinayət işinə xitam
vermişdir. O, həmçinin qətllə bağlı istintaqın davam etdirilməsi barədə qərar qəbul etmişdir. Bu
qərarın müvafiq hissələrində aşağıdakılar qeyd olunmuşdur:
“
Müstəntiq iş materiallarında olan ifadələrdəki ziddiyyətləri aydınlaşdırmadan və onlardan hansının
həqiqətə uyğun olduğunu müəyyənləşdirmək üçün zəruri istintaq hərəkətləri aparmadan, həmçinin
Cafe Sikora‐da E.Ə. və M.S.‐dən başqa olmuş digər iki şəxsin şəxsiyyətini müəyyən etmədən və işin
digər faktiki hallarını araşdırmadan, E.Ə.‐nin kim tərəfindən qətlə yetirildiyini qəti şəkildə müəyyən
etmədən və onun R.Ə. tərəfindən öldürülməsini sübut edən hər hansı mötəbər sübutun olmadığına
baxmayaraq R.Ə.‐yə qarşı əsassız və qanunsuz cinayət işi başlamış, onun E.Ə.‐ni qətlə yetirdiyi
qənaətinə gəlmişdir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə