Publication1


III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə70/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   66   67   68   69   70   71   72   73   ...   89
III.
MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
50.
MDB‐nin Mülki, Ailə və Cinayət İşləri üzrə Hüquq Münasibətləri və Hüquqi Yardım haqqında
1993‐cü il tarixli Konvensiyası (“1993‐cü il Minsk Konvensiyası”) 1993‐cü il 22 yanvarda Minskdə
imzalanmışdır. Həm Azərbaycan, həm də Ukrayna bu konvensiyanın iştirakçılarıdır.
51.
Konvensiyanın 72‐ci maddəsinə görə Razılığa Gələn Tərəf digər Razılığa Gələn Tərəfin xahişinə
əsasən sorğu göndərən Razılığa Gələn Tərəfin ərazisində cinayət əməli törətməkdə şübhəli bilinən
vətəndaşları barədə cinayət işi başlamalıdır. Razılığa Gələn Tərəf artıq barəsində cinayət işi
başlanmış cinayət işini sorğu göndərilən Razılığa Gələn Tərəfə göndərirsə, sonuncu öz
qanunvericiliyinə əsasən istintaqı davam etdirməlidir (Maddə 73).
HÜQUQİ MƏSƏLƏLƏR
I.
KONVENSİYANIN 2‐Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
52.
Ərizəçilər Konvensiyanın 2‐ci, 6‐cı və 13‐cü maddələrinə əsasən oğullarının öldürülməsi ilə bağlı
Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılmış cinayət işi üzrə istintaqın
səmərəsizliyindən və Azərbaycan məhkəmələri, o cümlədən prokurorluq orqanlarının müstəqil və
qərəzsiz olmamasından şikayət etmişlər. Məhkəmə hesab edir ki, bu şikayət yalnız Konvensiyanın
2‐ci maddəsi əsasında araşdırılmalıdır. Bu maddənin müvafiq hissələrində aşağıdakılar qeyd edilir:
“1.
Hər kəsin yaşamaq hüququ qanunla qorunur
.
Heç kəs həyatından məhrum edilə bilməz
...”


­
56
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
A.
Ərizənin mümkünlüyü
1.
Tərəflərin izahatları
53.
Hökumət bildirmişdir ki, ərizəçilərin cinayət işi üzrə istintaqın səmərəsizliyi ilə bağlı şikayəti
mümkünsüz elan edilməlidir, belə ki, Məhkəmənin
ratione temporis
yurisdiksiyasının hüdudlarından
kənara çıxır. Hökumət bildirmişdir ki, ərizəçilərin oğulları 2001‐ci il 1 iyunda öldürülmüş, Konvensiya
isə Azərbaycana münasibətdə 2002‐ci il 15 apreldə qüvvəyə minmişdir. Bu dəlili müdafiə etmək üçün
Hökumət 
Məhkəmənin
“Moldovan 
və 
Digərləri 
Rumıniyaya 
qarşı
”
(
Moldovan 
and
others v. Romania
(no.
41138/98
, 13 March 2001)) və “
Xolodovı Rusiyaya qarşı
” (
Kholodovy
v. Russia
(no.
30651/05
, 14 September 2006))
işi üzrə qərarlarına istinad etmişdir.
54.
Hökumət daha sonra bildirmişdir ki, Məhkəmənin
“Şilih Sloveniyaya qarşı”
işi üzrə qəbul etdiyi
qərar (
Šilih v. Slovenia
([GC], no.
71463/01
, 9 April 2009)
) hazırkı işdə tətbiq oluna bilməz, belə ki,
həmin işdən fərqli olaraq bu işdə əsas istintaq hərəkətləri Konvensiyanın qüvvəyə minməsindən öncə
(“kritik tarix”) həyata keçirilmişdir. Hökumət xüsusilə bildirmişdir ki, ərizəçilərin oğullarının
öldürülməsi ilə bağlı cinayət işi 2001‐ci il 1 iyunda başlanmış, şahidlər 2002‐ci il 15 apreldən qabaq
dindirilmişlər və iş 2002‐ci il 30 yanvarda Azərbaycana göndərilmişdir.
55.
Ərizəçilər Məhkəmənin
ratione temporis
səlahiyyəti ilə bağlı Hökumətin etirazı ilə razılaşmamışlar.
Xüsusilə onlar qətlin 2001‐ci ilin iyununda baş verməsinə baxmayaraq cinayət işi üzrə istintaqın
Azərbaycanda 2003‐cü ilin fevral ayında, Konvensiyanın qüvvəyə minməsindən sonra başlandığını
bildirmişlər.
2. Məhkəmənin qiymətləndirməsi
56.
Məhkəmə ilk öncədən bildirir ki, hazırkı işdə
ratione loci
səlahiyyətlə bağlı hər hansı etiraz
qaldırılmamışdır. Ərizəçilərin oğlunun 2001‐ci il 1 iyunda Ukraynada öldürülməsinə və cinayət işinin
həmin günü Ukraynanın dövlət orqanları tərəfindən başlanmasına baxmayaraq, cinayət işi 1993‐cü il
tarixli Minsk Konvensiyasına uyğun olaraq Azərbaycana ikinci dəfə veriləndən sonra 2003‐cü il 8
apreldə Azərbaycanın dövlət orqanları sözü gedən qətllə bağlı özləri cinayət işi başlamışlar.
57.
Buna görə də Məhkəmə hesab edir ki, ölüm faktının harada baş verməsindən asılı olmayaraq
Azərbaycan 1993‐cü il Minsk Konvensiyasına görə istintaqın aparılması vəzifəsini öz üzərinə
götürdüyündən və Ukraynanın dövlət orqanları tərəfindən başlanmış cinayət işi üzrə istintaqı davam
etdirməyə razılıq verdiyindən, bu istintaqı 2‐ci maddədə müəyyən edilmiş prosessual öhdəliyinə uyğun
şəkildə aparmalı idi.
58. Məhkəmə
ratione temporis
səlahiyyətə etirazla bağlı bildirmişdir ki, 2‐ci maddədə nəzərdə tutulmuş
səmərəli və dərhal istintaqın aparılması prosessual öhdəliyi ayrıca və müstəqil vəzifə kimi inkişaf
etmişdir. Onun 2‐ci maddənin maddi‐hüquqi aspektləri ilə bağlı hərəkətlər nəticəsində meydana
çıxmasına baxmayaraq, o, ayrıca və müstəqil “müdaxilə”nin olması faktının müəyyən edilməsinə səbəb
ola bilər. Bu mənada o, 2‐ci maddədən irəli gələn və maddi‐hüquqi xarakterli hərəkət kritik tarixdən
qabaq baş verdiyi vaxtda belə dövlət üçün məcburi ola bilən ayrıca öhdəlik hesab oluna bilər (bax:
yuxarıda qeyd edilmiş “
Şilih
” işi, 159‐cu bənd və “
Varnava və Digərləri Türkiyəyə qarşı
” (
Šilih
, cited
above, 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə