PüSTƏ oruc qizi fərhadġ



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə4/207
tarix07.01.2022
ölçüsü1,95 Mb.
#82651
1   2   3   4   5   6   7   8   9   ...   207
pdfdokumen.com pfrhad-kommersya-falyytnn-saslari

 
Kommersiya 
fəaliyyətinin 
əsasları  fənni  üzrə 
sillabus........................................................................240 
Ədəbiyyat siyahısı.......................................................302 
Kommersiya üzrə lüğət və terminlər........................305 
 
 
 
 
 
 
 
 
 
 
 


 

Ġzahat vərəqəsi 
 
“Kommersiya fəaliyyətinin təşkili” fənninə tədris 
planında 60 saat (30 saat – mühazirə  -  30 saat seminar) 
vaxtı ayrılmışdır.  
 
Müasir  şəraitdə  kommersiya  fəaliyyəti  iqtisadi 
fəaliyyətin  sadəcə  növ  müxtəlifliyi  olaraq  qalmır,  o, 
həmçinin,  bazar  subyektlərinin    mövcud  olmasının  və 
əmtəə-pul  münasibətlərinin  təkrar  istehsal  prosesinin 
ayrılmaz tərkib hissəsinə çevrilir. 
 
Bazar 
münasibətlərinin 
genişlənməsi 
ilə 
kommersiya  fəaliyyəti  də  genişlənir  və  bu  fəaliyyət 
sferasına  cəmiyyətin  getdikcə  daha  çox  üzvü  daxil  olur. 
Kommersiya 
fəaliyyətinin 
müvəffəqiyyətliyi 
kommersantın istehsalçıdan tədarük etdiyi əmtəələr üçün 
istehlakçıların tapılması bacarığından, onun fəaliyyətinin 
uğuru  isə  -  həm  onlarla,  həm  də  başqaları  ilə  daimi  və 
etibarlı  əlaqələrin  qaydaya  salınması  qabliyyətindən  də 
asılıdır. 
 
Genişlənən 
kütləvi 
istehsal 
və 
bazar 
iqtisadiyyatının hakimiyyəti şəraitində, hər şeydən əvvəl, 
ticarətlə  təmsil  olunan  iqtisadi  bölüşdürmə  subsistemi 
özünə  getdikcə  daha  çox  təşəbbüskar  insanları  cəlb 
edərək,  böyük  əhəmiyyət  kəsb  etməyə  başlayır. 
Həqiqətdə  isə,  ticarət  elə  əvvəllər  də  kapitalın  ən  sürətli 
tədavülünü və ən yüksək mənfəət normasını təmin edirdi, 
kütləvi  istehsal  şəraitində  isə  bu  üstünlük  bir  neçə  dəfə 
artmışdır.  Buradan  aydındır  ki,  kommersiya  fəaliyyəti, 
əsas etibarı ilə ticarət sferasının müstəsna hüququdur. 
 
Ancaq  qloballaşma  şəraitində  kommersiya 
fəaliyyəti  beynəlxalq  mübadilənin  rolunun  artması,  o 
cümlədən,  elmi-texniki  tədqiqatların  nəticələri  ilə 


 

əlaqədar  yeni  inkişaf  pilləsinə  yüksəlir.  Həqiqətən  də, 
həm  bazar  subyektlərinin,  həm  də,  sadəcə  olaraq  insan 
fərdlərinin  iqtisadi  bazisinin  və  ünsiyyət  vasitələrinin 
təkmilləşdirilməsi 
onların 
beynəlxalq 
qarşılıqlı 
münasibətlərinin  güclənməsinə  təsir  göstərir.  Buna  görə 
də  qloballaşma  müxtəlif  ölkələrin  iqtisadiyyatının 
qarşılıqlı asılılıq səviyyəsinin misilsiz artırılmasını, bütün 
planet miqyasında əmtəələrin, xidmətlərin, kapitalların və 
informasiyaların 
mübadiləsinin 
keyfiyyətcə 
sürətlənməsini,  xarici  iqtisadi  əlaqələrin  ticarət  və 
kommersiya  formalarının  hərtərəfli  genişlənməsini 
nəzərdə  tutur.  Bir  sözlə  kommersiya  fəaliyyəti  təkcə 
ticarət  sferasını  deyil,  həm  də  digər  bazar  subyektlərini 
də əhatə edən beynəlxalq fəaliyyətə çevrilir 
 
Çox  illər  ticarət  prosesinin  əsas  fiqurları  ali  və 
orta  ixtissalı  əmtəəşünaslar  hesab  olunurdu.  Bazar 
iqtisadiyyatına  keçid  bu  ənənəvi  ixtisas  sahiblərinə  olan 
tələbi  kəskin  dəyişdi.  Belə  ki,  sənaye  və  ərzaq  malları 
üzrə  yüksək  ixtisaslı  əmtəəşünaslara  olan  tələb  nəzərə 
çarpacaq  dərəcədə  azaldı.  Ticarət  müəssisələri  universal 
çeşidli  mallar  satırlar,  onların  keyfiyyəti  isə  sertifikatla 
təsdiq 
olunur. 
Müasir 
dövrmüzdə 
artıq  xarici 
terminologiyaya  aid  olan  menecer,  marketoloq,  auditor 
və baçqa yeni ixtisaslar vardır. Ticarət müəssisəsinin ştat 
cədvəlində satış üzrə menecer –əmtəə alışı üzrə menecer, 
təchizat üzrə menecer, reklam üzrə menecer və s. bu kimi 
vəzifələr mövcuddur. 
 
Bazar  iqtisadiyyatı  şəraitində  yeni  universal  tipli 
kommersantların hazırlanmasını tələb edir. 
 
Bu  gün  ki,  kommersant  öz  tərəfdaşları  ilə 
kommersiya  danışıqları  aparmaq  məharətinə  malik 
olmalı,  malgöndərənlərlə  alıcılar  arasında  qarşılıqlı 
təsərrüfat  əlaqələrinin  tənzimlənməsi  metodları  və 
üsullarını,  malların  istehlak  xassələrini,  keyfiyyətin 


 

ekspertiza  metodlarını,  reklam  işini,  marketinqi, 
menecmenti  və  başqa  ixtisas  fənnlərini  daha  dərindən 
bilməlidir.  
 
Yüz  illər  bundan  qabaq  kommersiyaya  dərin 
tədqiqat və bilik tələb olunmayan bir fəaliyyət növü kimi 
baxırdılar.  Hazırda  belə  yanaşma  ticarət  biznesi  üçün 
absurd  və primitivdir.  
 
Amma  kommersiya  işində  bilik  sferası  istənilən 
başqa ixtisaslardan daha geniş əhatəli olmalıdır.  
 
“Kommersiya”  ixtisası  üzrə  standart  təhsil  gərək 
kommersant  məzuna  müxtəlif  sahələrdə  müvəffəqiyyətli 
ticarət  işi  aparmağa  imkan  versin.  Bu  sahələrə  məsələn, 
ümumi  ixtisas  fənlərinə  mühasibat  uçotu,  maliyyə,  mal 
dövriyyəsi,  kredit,  menecment,  marketinq,  bank  işi, 
ticarət  fəaliyyətində  kompüter  texnologiyası,  xarici 
ticarət əməliyyatlarının təşkili və texnikası və s. daxildir. 
 
“Kommersiya  fəaliyyətinin  təşkili”  kursunun 
öyrənilməsi 
üçün 
ixtisas 
fənlərinə 
kommersiya 
texnologiyası  və  təşkili,  müəssisənin  iqtisadiyyatı, 
kommersiya  əmtəəşünaslığı,  əmtəələrin  ekspertizası, 
gömrük işi və başqaları daxildir. Əsasən kommersantlara 
kommersiya  əmtəəşünaslığı    və  əmtəələrin  keyfiyyətinin 
ekspertizası  istiqamətində  dərin  bilik  vermək  lazımdır. 
Müasir  dövrdə  kommersya  fəaliyyətinin  diapazonu  daha 
çox  genişdir.  Kommersiya  fəaliyyətinin  diapazonuna  
müxtəlif 
mülkiyyət 
formalları, 
müəssisələrdə 

kommersiya təchizatı, marketinq xidməti və.s daxildir.  
 
Kommersant 
bazar 
iqtisadiyyatında 
ticarət 
biznesinin  əsas  fiqurudur.  Belə  ki,  ticarət  prosesində 
rəhbərlik  alqı  və  satqı  üzrə  təsərrüfat  əlaqələrinin 
tənzimlənməsində,  optimal  çeşidin  formalaşmasında, 


 

malın  reklamının  təşkilində,  məmulatların  keyfiyyətinə 
nəzarətdə alıcılara xidmət göstərir. 
 
Hazırki  metodik  vəsaitdə  hər  şeydən  əvvəl 
kommersiya  sahəsində  fəaliyyət  göstərən  mütəxəssis 
ticarət  biznesinin  müvəffəqiyyətli  fəaliyyət  göstərməsi 
üçün,  həm  də  kommersiyanın  əsaslarını  öyrənmək  üçün 
lazımi  biliklər  əldə  etməsinə  xidmət  edir.  Bu  biliklər 
olmadan  mürəkkəb  bazar  iqtisadiyyatı  şəraitində  ticarət 
işi aparmaq qeyri – mümkündür. 
Kommersiya  fəaliyyətinin  təşkili”  kursunun  öyrənilməsi 
əyani və qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulur. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə