PüSTƏ oruc qizi fərhadġ



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə9/207
tarix07.01.2022
ölçüsü1,95 Mb.
#82651
1   ...   5   6   7   8   9   10   11   12   ...   207
pdfdokumen.com pfrhad-kommersya-falyytnn-saslari

2.
 
Bir  çox  ölkələrin,  o  cümlədən  Azərbaycan 
iqtisadiyyatının  inkişaf  tarixi  göstərir  ki,  bazar 
mexanizmi  istehlakçıların  tələblərini  tam 
dərəcədə  nəzərə  ala  bilir  və  bu  mexanizm 
təsərrüfatçılıqda 
kökündən 
dəyişikliklərə 
məqsədyönlü təsir edə bilər. 
Kommersiya fəaliyyətinin son məqsədi – mənfəətin 
əldə  olunmasından  ibarətdir  ki,  bu  da  ancaq  alıcıların 
çoxsaylı  tələbatlarını  tam  həcmdə  və  keyfiyyətli 
ödənilməsi zamanı əldə edilə bilər. 
Kommersiya  fəaliyyəti 
  -cari  və  perspektiv 
dəyişiklikləri  nəzərə  almaqla  əhalinin  tələbatının    tam,  
keyfiyyətli    və  vaxtında  təmin  olunması  və  mənfəətin 
əldə  edilməsi  məqsədilə  alqı-satqı  proseslərinin  həyata 
keçirilməsinə yönəldilmiş mürəkkəb operativ-təşkilati bir 
sistemdir.  Bu,  elə  bir  fəaliyyətdir  ki,  kommersiya 
dövriyyəsinin 
bütün 
iştirakçılarına 
ticarət 
sövdələşmələrinin 
reallaşdırılmasının 
bütün 
mərhələlərində  qarşılıqlı  faydalılığı  nəzərə  almaqla    bir-
biri  ilə  uğurlu  əlaqədə  olmaq  imkanı  verir.  Məhz 
kommersiya  fəaliyyəti  istehsalın  səmərəli  inkişafına 
imkan  yaradır  və  onun  həcmlərinin  və  perspektiv 
istiqamətlərinin  formalaşmasına  öz  təsirini  göstərir.  O, 
daha çox dərəcədə sənaye firmasının iqtisadi vəziyyətini, 
bazarın  dəyişkən  hallarını  nəzərə  almaqla  onun 
kommersiya uğurunu müəyyən edir. 
Müasir  əmtəə  bazarında  kommersiya  fəaliyyəti 
özünün  ümumi  qeyri-sabitliyinə  və  böhran  vəziyyətinə 
baxmayaraq çox fəal inkişaf edir, bu da topdansatış, xırda 
topdansatış 
və  pərakəndə  ticarətdə  nəzərəçarpan 
dəyişmələr ilə təsdiqlənir. 


 
19 
Kommersiya  fəaliyyətinin  effektiv  inkişafının 
dəyişməyən  şərtlərindən  biri  işgüzar  münasibətin 
subyektlərinin lazımi qədər iqtisadi sərbəstliyinin olması, 
xüsusi  kapitala  malik  olma,  maliyyə  imkanlarının 
bacarıqlı  idarə  edilməsi,  maksimal  mənfəətin  əldə 
edilməsi imkanlarından istifadə olunmasıdır. 
Bu  fəaliyyətin  vacib  prinsipi  bazarın  digər 
subyektlərinin  maraq  və  hərəkətlərinin  maksimal  tam 
nəzərə 
alınmasından  ibarətdir  ki,  bu  da  həm 
kommersantın  davranış  etikası  baxımından,  həm  də 
kommersiya sahəsində qarşıya qoyulan strateji məqsədlər 
baxımından  lazımdır.  Kommersiya  fəaliyyətinin  mühüm 
prinsipləri həm də aşağıdakılardan ibarətdir: 
-
 
Bazarda  iqtisadi  şəraitin  dəyişilməsi  nəzərə 
alınmaqla kommersiya qıvraqlığı; 
-
 
Kommersiya 
prioritetlərinin 
(üstünlüklərinin)  
ayrılması; 
-
 
Kommersiya  qərarlarının  qəbul  olunması  zamanı 
marketinq prinsiplərindən fəal istifadə edilməsi
-
 
Kommersiya  risklərini  qabaqcadan  görmək  və 
onların 
təsirinin 
nəticələrini 
qabaqcadan 
hesablamaq qabliyyəti; 
-
 
Ticarət  sövdələşmələri  üzrə  öhdəliklərin  yerinə 
yetirilməsi məsuliyyətinin qaldırılması. 
Müasir  kommersantın  aktual  vəzifəsi  sahibkarlıq 
fəaliyyətinin  şərəf  və  ləyaqətlə  həyata  keçirilməsindən 
ibarət  olmalıdır  ki,  bu  da  özündə  müxtəlif  mülkiyyət 
forması  müəssisələrinin  məhsullarının  tədricən  milli 
dövriyyəyə 
cəlb 
olunmasını, 
eyni 
zamanda, 
istehlakçıların 
tələblərinin 
maksimal 
ödənilməsi 
məqsədilə  qəbul  olunmuş  sifarişlərin  və  müqavilələrin 


 
20 
yerinə  yetirilməsinin  effektivliyinin  və  nəticəliliyinin 
artırılmasını, 
servis 
xidmətləri 
kompleksinin 
genişləndirilməsini cəmləşdirir. 
Kommersiya 
fəaliyyəti 
özündə 
bir 
çox 
istiqamətləri inteqrasiya edir: 
-
 
satışın 
həcmlərinin 
və 
onun 
təşkilinin 
planlaşdırılması,  yəni  onu  müəyyən  etmək 
vacibdir  ki,  nə  alınmalıdır,  kimdən  alınmalıdır, 
hansı  miqdarda  alınmalıdır,  hansı  qiymətə  və 
hansı vaxtda; 
-
 
mənfəətin  əldə  olunması  məqsədilə  alınmış 
malların yenidən satışının təşkili; 
-
 
ticarət  sövdələşmələri  üçün  mal  göndərənlər  və 
alıcılar  arasında  daha  əlverişli  tərəf  – 
müqabillərin axtarılıb tapılması; 
Kommersiya 
fəaliyyətində 
yerinə 
yetirilən 
əməliyyatlar  iki  növə  bölünür:  istehsal  və 
kommersiya əməliyyatları. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə