PüSTƏ oruc qizi fərhadġ



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə10/207
tarix07.01.2022
ölçüsü1,95 Mb.
#82651
1   ...   6   7   8   9   10   11   12   13   ...   207
pdfdokumen.com pfrhad-kommersya-falyytnn-saslari

İstehsal  əməliyyatı  -
  yüklərin  bilavasitə  hərəkəti, 
onları  saxlanılması,  boşaldılması,  nəql  olunması,  çəkilib 
qablaşdırılması, yenidən sortlara ayrılması və s. ilə bağlı 
olan proseslərdən ibarətdir. 
Kommersiya  əməliyyatı  –
  dəyər  formasının 
dəyişməsi,yəni  malların  alqı-  satqısı  ilə  bağlı  olan 
proseslərdir. Kommersiya əməliyyatlarına həm də ticarət 
mexanizminin  normal  fəaliyyətinə  imkan  yaradan 
proseslər,  yəni  bazar  tədqiqatlarının  təşkil  olunması, 
infrastrukturun, əsas rəqiblərin qiymətləndirilməsi, təsirli 
reklamın  formalaşdırılması  və  digər  çoxsaylı  prosesləri 
də  aid etmək lazımdır. 


 
21 
Kommersiya  fəaliyyətinin  bu  cür  əsas  prosesləri  ilə 
yanaşı,  əlavə  ticarət  və  istismar  xidmətlərinin  yerinə 
yetirilməsi  kimi  müştərilərin  alqı-satqı  prosesində 
maraqlarının  nəzərə  alınması  üçün  son  vaxtlar  üstünlük 
təşkil edən prosesləri də vacibdir. 
Məhz  satışdan  əvvəl,  satış  və  satışdan  sonrakı 
servisin  əlavə  xidmətləri  kommersiya  uğurlarının  əldə 
olunması üçün müəyyənedici rol oynayır. 
 
Vasitəçi  – 
kommersiya  prosesinin  kontragentləri 
(tərəf-müqabilləri)  arasında  olan  və  mal,  xidmət, 
informasiya mübadiləsi  üçün onları bir-biri ilə çalışdıran 
hüquqi və yaxud fiziki şəxsdir. 
Kontragent  rolunda  bir  qayda  olaraq,  mal 
istehsalçıları, topdansatış və pərakəndə istehlakçılar çıxış 
edirlər. 
Vasitəçilik  fəaliyyəti  heç  də  həmişə  kommersiya 
əsasında  həyata  ke  keçirilmir,  çünki  çox  vaxt 
kommersant  olmur.  Lakin  vasitəçilərin  əsas  sinfi  –  iri 
topdansatış 
sahibkarlardan, 
agentlərdən, 
dillerlərdən,distribütorlardan  və  kommersiya  əsasında 
malların  istehsalından  tutmuş  son  istehlakçılara  qədər 
bütün  mərhələlərdə  maraqların  calaşdırılması  ilə  məşğul 
olan digər vasitəçilərdən ibarətdir. 
Lakin hər bir kommersant heç də  həmişə vasitəçi 
olmur. Çoxsaylı müəssisələr məhsul istehsal edərək  onu 
birbaşa öz anbarlarından  son istehlakçıya satırlar  və mal 
mübadiləsi  aktında  orta  vəziyyəti    tutmurlar.  Buna  görə 
də,  kommersiya  fəaliyyəti  –  daha  geniş  anlayış  olmaqla 
özündə  təkcə  ticarət  prosesi  deyil,  həm  də  kommersiya 
əldə edilmələrini, mal və xidmətlərin kommersiya satışını 
əks etdirir. 


 
22 
Vasitəçilik  iqtisadi,  təsərrüfatçılıqfəaliyyətinin 
növlərindən  biri  olmaqla,  biznesin  son  məhsuluna    - 
istehlakçılara  lazım  olan  mallara  və  xidmətlərə 
çevrilməsi  məqsədilə  müəyyən  resurslardan:  təbii,  əmək 
və istehsal vasitələrindən istifadə olunmasını tələb edir. 
Vasitəçilik  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 
müəyyən  şərait  və    amillər  lazımdır.  Bunlara,    birinci 
növbədə,  əsas  vəsaitlər  aiddir.  Torpaq  sahələri,  binalar, 
otaqlar,  yüklərin  saxlanılması  və  emalı  üçün  avadanlıq, 
malların nəqli üçün lazım olan müxtəlif nəqliyyat növləri 
və  s.  əsas  vasitələrdir.  Ofis  sahələri,  rabitə  vasitələri, 
kompyuter  texnikası  olmadan  vasitəçilik  fəaliyyətinin 
səmərəli qaydada həyata keçirmək mümkün  deyildir. 
Kommersiya 
vasitəçilik 
fəaliyyətinin 
vacib 
amillərindən  biri  başlanğıc 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə