PüSTƏ oruc qizi fərhadġ



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə12/207
tarix07.01.2022
ölçüsü1,95 Mb.
#82651
1   ...   8   9   10   11   12   13   14   15   ...   207
pdfdokumen.com pfrhad-kommersya-falyytnn-saslari

İnformasiya 
– 
kommersiya 
xidmətlərinin
 
göstərilməsi  prosesində  vasitəçi  firma  əldə  olunmuş 
sifarişlərə  uyğun  olaraq  xidmət  göstərdiyi  müəssisə  və 
təşkilatları  kommersiya  məlumatı  ilə  təmin  edir  və  bu 
məlumatlarda,  ilk  növbədə,  məhsulun  alış  və  satışının 
təşkili üçün lazım olan informasiya, tələb olunan malların 
potensial istehsalçıları, onların istehsalat gücləri, malların 
qiymətləri, yükün çatdırılması üsulları barədə göstəricilər 
öz  əksini tapır. Mövcud   mal növünün konyunkturasının 
təhlilini  və  proqnozlarını,  qiymətləri,  malların  tələb 
olunan 
həcmlərini, 
onların  çeşidlərini,  rəqaqbət 
səviyyəsini  və  bazar  mexanizminin  vəziyyətini  əks 
etdirən    digər  əsas  göstəriciləri  özündə  cəmləşdirən 
marketinq informasiyasına tələbat daha çoxdur. 
Kommersiya fəaliyyətində daha çox xüsusi çəkiyə 
malik 
olan 
fəaliyyət 
komissiya 
razılıqlarının 
rəsmiləşdirilməsi  əsasında  həyata  keçirilən  kommersiya 
xidmətləridir. 
Əmtəə  bazarında  malın  sahibi  (komitent)  ticarət 
vasitəçisinə  (komisyonçuya)  mal  satmağı  və  yaxud  onu 
almaq  tapşırığını  verir.  Kommersiya  müqavilələrində 


 
24 
satış  şərtləri,  malın  qiyməti,  onun  daşınma  üsulları, 
tərəflərin vəzifələri öz əksini tapır. 
Vasitəçilik  fəaliyyətinin  böyük  bir  hissəsi, 
sifarişçilərin  ehtiyac  duyduğu  elmi  məsləhətlərin, 
müxtəlif  növ  metodiki  tövsiyələrin,  iqtisadi  və  texniki 
qərarların  hazırlanması,  yeni  firmaların  yaradılması, 
onların ləğv olunması, biznes planların, kadr hazırlığı və 
yenidən  hazırlığı  kimi  elmi  konsultativ  xidmətlərin 
göstərilməsi üzrə görülən işlərin payına düşür.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə