Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə30/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   26   27   28   29   30   31   32   33   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.14.7. Aqressiv maddələrin (turşu, qələvi, kalsium-
karbid
və s.) yüklənməsi, boşaldılması və nəqli 
 
1.14.7.1. Aqressiv maddələrin – turşu, qələvi, kalsium-
karbid və s. (bundan sonra aqressiv maddələr) boşaldılan 
yerdən anbara və anbardan yüklənmə yerinə nəqli xüsusi 
düzəldilmiş xərəyin, əl arabasının vasitəsilə yerinə 
yetirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


81 
1.14.7.2. Içərisində aqressiv maddələr olan şüşə qablar 
toxunma səbətlərin və taxta yeşiklərin içində olmalıdır. Əks 
təqdirdə onları bir yerdən başqa yerə daşımaq qadağandır. 
1.14.7.3. Böyük şüşə butulkanı boğazından tutub qaldır-
maq və kürəyə alıb bir yerdən başqa yerə aparmaq 
qadağandır. 
1.14.7.4. Butulkanın tıxacının sazlığına, möhkəmliyinə, 
yaxşı bağlanmasına, yeşiyə və ya səbətə düz qoyulmasına 
xüsusi fikir vermək lazımdır. 
1.14.7.5. Içərisində şüşə butulka olan yeşik və ya səbəti 
götürməzdən əvvəl, əl tutan yerlərinin sazlığına əmin olmaq 
lazımdır. 
1.14.7.6. Yeşik və ya səbəti iki nəfər yükləyib-
boşaltmalıdır (aparmalıdır). 
1.14.7.7. Boş butulkaların nəqli, boşaldılması və yüklən-
məsi zamanı onların boğazı yuxarı vəziyyətdə olmalıdır.
1.14.7.8. 
Aqressiv 
maddələrin 
boşaldılması 
və 
yüklənməsi zamanı rezin önlük, əlcək və boğazlı qaloşdan 
istifadə etmək lazımdır. 
1.14.7.9. Əgər işçininin bədəninin hər hansı bir yerinə 
turşu və ya qələvi düşərsə, güclü su axını ilə yuyub sonra isə 
həkim məntəqəsinə müraciət etmək lazımdır. 
1.14.7.10. Aqressiv maddələr avtomobilin banına (kuzo-
vuna) aşağıdakı qayda ilə yığılmalıdır: 
-yük avtomobilin banına (kuzova) etibarlı bərkidilməlidir;
-şüşə qabda olan yüklər bir-birinin üstünə və ya 
yanbayan müvafiq altlıqsız (araqatsız) qoyulmamalıdır; 
-maye ilə dolu şüşə qablar dik, boğazı yuxarı 
qoyulmalıdır (yığılmalıdır). 
1.14.7.11. Aqressiv maddə daşınan avtomobilin 
kuzovunda işçilərin olması qadağandır. 
1.14.7.12. Aqressiv maddələr olan qabların mexaniki qal-
dırıcı ilə yüklənməsi və boşaldılması qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


82 
1.14.7.13. Kalsium-karbid olan barabanın yüklənməsi, 
boşaldılması və nəqli zamanı taranın zədələnməməsinə, bara-
bana suyun düşməməsinə xüsusi fikir vermək lazımdır. 
1.14.7.14. Kalsium-karbid olan barabanın nəm yerdə 
saxlanılması qadağandır. 
1.14.7.15. Kalsium-karbid germetik metal barabanlarda
döşəmədən 0,3 m hündürdə olan rəflərdə saxlanılmalıdır. 
1.14.7.16. Kalsium-karbid saxlanılan taranın üstündə 
«Karbid» sözü yazılmalıdır. 
1.14.7.17. Xlorlu əhəng çəlləklərini yükləyərkən, boşal-
darkən və daşıyarkən kalsium-karbid üçün nəzərdə tutulduğu 
kimi ehtiyat tədbirləri yerinə yetirilməlidir. Yadda saxlamaq 
lazımdır ki, çəlləyin kipliyi pozulduqda xlorlu əhəngin 
parçalanması ilə zəhərli xlor ayrıla bilər. 
 
vk.com/club152685050 | vk.com/id446425943


83 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə