Q a y d a L a r I


 Yanar (tezalışan) yüklərin yüklənməsi



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə28/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   24   25   26   27   28   29   30   31   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

1.14.5. Yanar (tezalışan) yüklərin yüklənməsi,
boşaldılması və nəqli 
 
1.14.5.1. Yanar (tezalışan) yüklər – benzin, kerosin, 
liqroin, metanol, texniki spirt, dixloretan və s. avtosisternlərdə 
və ya metal çəlləklərdə nəql edilir. Başqa qablarda (şüşə 
qablarda, vedrələrdə və s.) yanar yükləri nəql etmək 
qadağandır. 
1.14.5.2. Yanar yüklərin daşınması və saxlanılmasında is-
tifadə olunan tutumlar saz və germetik olmalıdır. 
1.14.5.3. Bu məqsəd üçün istifadə olunan sisternlərin və 
tutumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan 
təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş başqa 
xəbərdaredici işarələr yazılmalıdır. 
1.14.5.4. Yanar yüklərin doldurulması və boşaldılması za-
manı papiros çəkmək və oddan istifadə etmək qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


76 
1.14.5.5. Partlayış təhlükəli, tezalışan və zəhərli yüklərin 
doldurulması və boşaldılması işinə, həmin yüklərin 
xüsusiyyətləri və təhlükəliliyi haqqında xüsusi təlim keçmiş 
fəhlələr buraxılır. 
1.14.5.6. Çəlləkləri diyirlətmək üçün polad lingdən 
istifadə etmək qadağandır. 
1.14.5.7. Yanar məhlulla dolu olan çəlləklər avtomobilin 
banına (kuzova) araqatı olan ramalara və ya ağac çüy bərkit-
məklə tıxacı yuxarı vəziyyətdə yığılmalıdır. Benzin və ya başqa 
neft məhsulları ilə dolu olan çəlləkləri avtomobildən yerə 
atmaq qadağandır. 
1.14.5.8. Çəlləklərin nəqlində, saxlanılmasında və yük-
lənməsində onların düşməməsi üçün xüsusi tədbirlər 
görülməlidir. Dolu çəlləklər saxlanılan və nəql edilən zaman 
onlar günəş şüalarından və yerli qızmadan qorunmalıdır. 
1.14.5.9. Yanar yükləri daşımaq üçün təyin olunmuş av-
tomobildə yanğını söndürmək üçün vasitələr və xəbərdarlıq 
siqnalı (qırmızı bayraq) olmalıdır. 
1.14.5.10. Təhlükəli maddələrin daşınması nəzərdə 
tutulan taralar, ümumi istifadə üçün olan avtomobil 
nəqliyyatlarında təhlükəli yüklərin saxlanması və daşınması 
[217] tələblərinə cavab verməlidir.
1.14.5.11. Təhlükəli maddələr olan bütün yük yerlərində 
yükün təhlükəlilik növünü (dərəcəsini), qablaşdırmanın yuxarı 
hissəsini, qablaşdırmada olan zərif qabların sayını göstərən 
yarlıqlar olmalıdır. 
1.14.5.12. Yükləmə –boşaltma işlərini yerinə yetirərkən 
yükün növündən və iş şəraitindən asılı olaraq müvafiq fərdi 
mühafizə vasitələrindən istifadə edilməlidir. 
1.14.5.13. Yanar yük çəlləklərinin nəqli zamanı avtomo-
bilin banında (kuzovda) işçinin olması qadağandır. 
1.14.5.14. Yanar (tezalışan) yüklərin boşaldılması və doldu-
rulması zamanı avtosistern, yaxınlıqda olan yerləbirləşdirici qur-
vk.com/club152685050 | vk.com/id446425943


77 
ğuya bənd edilməlidir, əgər o yoxdursa, kənarda 0,5 m dərinliyə 
torpağa sancılmış daşınma yerləbirləşdiriciyə bərkidilməlidir. 
1.14.5.15. Avtosisterni yerləbirləşdirici qurğudan ayırma-
ğa, yalnız doldurulma və ya boşaldılma prosesi qurtardıqdan 
sonra icazə verilir. 
1.14.5.16. Statik elektrikləşmədən qorunmaq üçün tətbiq 
olunan xüsusi təyinatlı yerləbirləşdirici qurğunun müqaviməti 
100 Om-dan çox olmamalıdır. 
1.14.5.17. Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az 
olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən 
çox olmamalı, məftilin bir ucu şlanqa digər ucu isə şlanqın 
ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım 
yaratmayan metaldan olmalıdır. 
1.14.5.18. Avtosisternlərə doldurma və boşaltma işləri 
müəyyən maddələr üçün xüsusi təyin olunmuş nasoslardan
qüsursuz şlanqlardan və borulardan istifadə etməklə yerinə 
yetirilməlidir. 
1.14.5.19. Avtosisternlərin doldurulması və boşaldılması 
yükgöndərən və yükalan təşkilatın qüvvə və vəsaiti ilə yerinə 
yetirilir. Yükün avtomatikləşdirilmiş sistem vasitəsi ilə 
boşaldılması istisna olmaqla, yükləmə-boşaltma işlərini 
aparmaq üçün sürücülərdən istifadə etmək qadağandır. 
1.14.5.20. Avtomobildə qurulmuş nasosun köməyi ilə ye-
rinə yetirilən doldurma və boşaltmanı istisna etməklə, 
təhlükəli yüklərin avtomobilə yüklənib və boşaldılması yalnız 
avtomobilin mühərriki sönmüş olduqda yerinə yetirilməlidir. 
Belə halda sürücü nasos idarə olunan yerdə olmalıdır. 
1.14.5.21. Qığılcımsöndürücü quruluşla təchiz olunmuş 
işlənmiş qazlar borusu (boğucu boru) avtosisternin mühərri-
kindən qabağa çıxarılmalıdır. 
1.14.5.22. Yanar maddələr saxlanılan (benzin, kerosin və 
s.) tutumların doldurulma həddi tutumların həcminin 95%-dən 
çox olamamalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


78 
1.14.5.23. Doldurma və ya boşaltma üçün saxlanılmış 
avtosisternin işəsalma açarı söndürülməli və sürətlər qutusu 
neytral vəziyyətdə saxlanılmalı, çarxların altına qabaqdan və 
arxadan dayaq qoyulmalıdır. 
1.14.5.24. Avtosisterndə lyukun açılması və dirsəyin bər-
kidilməsi zamanı işçilər küləkdöyən (əsən) tərəfdə 
dayanmalıdırlar. 
1.14.5.25. Avtosisterni doldurarkən, rezin şlanqın ucu 
sisternin dibinə qədər salınmamalıdır (dibdən 200 mm 
məsafədən artıq olmamaq şərti ilə). 
1.14.5.26. Doldurma və boşaltma estakadası ərazisində 
avtosisternin təmiri qadağandır. 
1.14.5.27. Avtosistern doldurulduqdan sonra rezin 
şlanqın içərisindəki maye tam boşaldılmalı və bu zaman yanar 
maddənin yerə tökülməsinə yol verilməməlidir. 
1.14.5.28. Avtosisternin yaxınlığında yanğın baş verərsə, 
onu təcili təhlükəsiz yerə sürməli, bu mümkün olmadıqda 
sisterni su şırnağı ilə sulamaq lazımdır. 
1.14.5.29. Ərzaq məhsullarının təhlükəli maddələrlə 
birgə daşınması qadağandır. 
1.14.5.30. Yükü nəql edən zaman avtomobildə texniki 
nasazlıq baş verərsə və bu nasazlığı yerində aradan qaldırmaq 
mümkün olmazsa, sürücü daşıdığı yükün xüsusiyyəti barədə 
xəbərdarlıq etməklə texniki kömək çağırmalı, təhlükəli maddə-
lərin axması halları olduqda isə bunu təcili aradan qaldırmaq 
üçün müvafiq tədbirlər görməlidir. 
1.14.5.31. Təhlükəli yüklərin yüklənməsi və boşaldılması 
ərazisində və onların daşınması zamanı papiros çəkmək, 
yaxud oddan istifadə etmək qadağandır. 
Papiros çəkməyə yalnız xüsusi ayrılmış yerlərdə icazə 
verilir. 
 
vk.com/club152685050 | vk.com/id446425943


79 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə