Q a y d a L a r I


 Yüklərin əllə yüklənməsi və boşaldılması



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə25/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   21   22   23   24   25   26   27   28   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
1.14.2. Yüklərin əllə yüklənməsi və boşaldılması,
ağır yüklərin əl arabası ilə daşınması 
 
1.14.2.1. Əllə yüklərin yüklənib-boşaldılmasında və 
daşınmasında (qısa məsafəyə) hər bir fəhləyə düşən yük 
norması aşağıda göstərilən həddən çox olmamalıdır: 
-kişilər üçün – 50 kq; 
-qadınlar üçün – 15 kq; 
-həddi-buluğa çatmayan (yaşı 16-dan 18-ə qədər) 
oğlanlar üçün – 15 kq; 
-həddi-buluğa çatmayan qızlar üçün – 10 kq. 
1.14.2.2. Qadınlar və həddi – buluğa çatmayanlara yalnız 
aşağıdakı yüklərin yüklənib—boşaldılmasına icazə verilir: 
-səpələnən yüklərin; 
vk.com/club152685050 | vk.com/id446425943


68 
-yüngül çəkili yüklərin – (1.14.2.1 uyğun olaraq), boş 
qabların; 
-taxta materiallarının (nazik taxta və tirlər). 
1.14.2.3. Əl ilə yüklərin daşınmasına yalnız məsafəsi 60 
m-dən, yüksəkliyə qaldırmaq üçün isə yük qaldırılan 
meydança pilləkənlə təchiz olunduqda və meydançanın 
hündürlüyü 3 m-dən çox olmadıqda icazə verilir. 
1.14.2.4. Yük daşınan pilləkənlərin və trapların eni 1 m-
dən az olmamalı və onların hər iki tərəfdən məhəccəri 
olmalıdır. 
1.14.2.5. Iş bir neçə fəhlənin köməyi ilə yerinə 
yetirilərsə, işin təhlükəsiz aparılmasının qanun –qaydasını 
bilən təcrübəli şəxsdən briqadir seçilməlidir. 
1.14.2.6. Işə başlamazdan əvvəl briqadir briqada 
üzvlərinə işin təhlükəsiz aparılması barədə təlimat verməlidir. 
1.14.2.7. Briqadir işin düzgün və təhlükəsiz aparılmasına 
cavabdehdir. 
1.14.2.8. Müəyyən bir ağırlıq qaldırılan, aparılan və endi-
rilən zaman, briqadir elə yerdə dayanmalıdır ki, göstəriş 
verəndə bütün briqada üzvlərini, briqada üzvləri isə onu görə 
bilsin. 
1.14.2.9. Göstəriş uca və aydın səslə verilməlidir. Yük 
qaldırılan, aparılan və endirilən zaman diqqətli olmaq lazımdır 
ki, yaxınlıqda kənar şəxslər olmasın. 
1.14.2.10. Yük əl arabasında daşınarkən aşağıdakı 
şərtlərə riayət edilməlidir: 
-əl arabasına yığılan yük taraz yığılmalıdır; 
-əl arabası yükqaldırma qabiliyyətindən artıq yüklənmə-
məlidir. 
1.14.2.11. Əl arabasının döşəməsi saz taxtadan və ya 
dəmir lövhədən olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


69 
1.14.2.12. Əl arabası ilə tək (bir) qırılmayan yükü boşal-
darkən, işi ehtiyatla görmək lazımdır ki, özünə və ya 
yaxınlıqda olan şəxsə xətər gəlməsin. 
1.14.2.13. Əl arabasından boşaldılmış yük qabaqcadan 
ayrılmış yerə səliqə ilə yığılmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə