Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə24/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   20   21   22   23   24   25   26   27   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.14. Yükləmə-boşaltma işləri və yüklərin nəqli 
1.14.1. Ümumi tələblər 
 
1.14.1.1. Yükləmə-boşaltma işləri və yüklərin nəqli [215] 
uyğun yerinə yetirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


65 
1.14.1.2. Yükləmə-boşaltma işləri müəssisənin rəhbərliyi 
tərəfindən əmrlə təyin edilmiş, bu işlərin təhlükəsizliyinə 
cavabdeh şəxsin rəhbərliyi altında yerinə yetirilməlidir. 
1.14.1.3. Yükün ağırlığı 50 kq-dan çox olan hallarda yük-
ləmə-boşaltma işləri bir qayda olaraq kranların, yükləyici və 
kiçik mexanizasiya vasitələrinin köməyi ilə yerinə yetirilməlidir. 
1.14.1.4. 
Yüklərin 
yüklənib-boşaldılması 
zamanı 
avtomobil sürücülərini yükləyici kimi işlətmək qadağandır. 
1.14.1.5. Qaldırıcı kranın tətbiqi ilə yükləmə-boşaltma iş-
lərinə rəhbərlik edən şəxs elə yerdə olmalıdır ki, krançının onu 
yaxşı görməsi təmin olunsun. 
1.14.1.6. Iki və daha çox ilməkçi tərəfindən aparılan yük-
ləmə-boşaltma işlərində krançı yalnız təyin olunmuş (baş) il-
məkçinin işarəsindən sonra yükü qaldırıb-endirə və ya yerini 
dəyişdirə bilər. 
1.14.1.7. Mexanizm və ya qurğu ilə qaldırılmış yük 
altında və onun hərəkəti istiqamətində adamların olması 
qadağandır. 
1.14.1.8. Mexanikləşdirilmiş qurğular işlədilən yerlərdə 
kənar şəxslərin olması qadağandır. 
1.14.1.9. Nasaz mexanizm və qurğulardan istifadə etmək 
qadağandır. 
1.14.1.10. Yükün yuxarıdan yalnız sıra ilə və yaxud topa 
ilə yığılmasına icazə verilir. 
1.14.1.11. Yükləmə-boşaltma, ağır yüklərin daşınması və 
onların nəql edilməsi işlərini yerinə yetirən fəhlə bədbəxt hadi-
sələr zamanı ilk tibbi yardım göstərilməsi qaydalarını və üsul-
larını mükəmməl bilməli və onları tətbiq etməyi bacarmalıdır. 
1.14.1.12. Yük daşıyan bütün nəqliyyat vasitələrinin 
tüstü boruları qığılcım söndürənlə təchiz olunmalıdır. 
1.14.1.13. Yükləmə-boşaltma işləri adətən gündüz vaxtı 
aparılmalıdır. Sutkanın qaranlıq vaxtı (gecə) yükləmə-
boşaltma işləri yerinə yetirilərsə, iş yeri lazımınca 
vk.com/club152685050 | vk.com/id446425943


66 
işıqlandırılmalı və bu işlər cavabdeh şəxsin rəhbərliyi altında 
aparılmalıdır. 
1.14.1.14. Yükləmə-boşaltma meydançaları hamar olmalı 
və onların mailliyi 5
0
–dən çox olmamalıdır. 
1.14.1.15. Yükləmə-boşaltma işləri ilə məşğul olan 
işçilərin təhlükəsiz hərəkət etmələri və həmçinin, nəqliyyat və 
xüsusi texnikinin sərbəst manevr etməsi və yerləşməsi üçün 
meydança müvafiq ölçülərə malik olmalı, döşəməsi isə yerinə 
yetirilən işlərin tələblərinə uyğun olmalıdır. 
1.14.1.16. Meydança qış vaxtı buzdan, qardan təmizlən-
məli, lazım gələrsə, qum,kül, şlak tökülməlidir. 
1.14.1.17. Yükləmə-boşaltma meydançalarının göstərici 
işarələrlə təchiz olunmuş giriş, çıxış və dönmək üçün yolları ol-
malıdır. 
1.14.1.18. Eyni vaxtda bir neçə nəqliyyat vasitəsi 
yüklənib-boşaldılarsa, onların arasındakı məsafə 1 m-dən az 
olmamalıdır. 
1.14.1.19. Yüklərin nizamsız vəziyyətdə və divara (tikiliyə 
və ya hər hansı bir qurğuya və s.) söykənmiş halda 
saxlanması (yığılması) qadağandır. 
1.14.1.20. Banın (kuzovun) bortlarının hündürlüyündən 
artıq çıxan ədədlə daşınan yüklər saz kəndirlə etibarlı bərkidil-
məlidir. Bu məqsəd üçün metal kanat və məftildən istifadə 
etmək qadağandır. 
1.14.1.21. Anbarlarda saxlanılan yükləri nəqliyyat vasitə-
sinə rahat və təhlükəsiz yükləmək və ya boşaltmaq üçün, 
anbarların qarşısındakı platformalar (estakadalar) nəqliyyat 
vasitəsinin banının (kuzov) döşəməsi səviyyəsində olmalıdır. 
1.14.1.22. Yüklər avtomobilin kuzovuna aşağıdakı tələb-
lərə riayət edilməklə yığılmalıdır: 
-qarışıq yüklər avtomobilin bortları hündürlüyünü aşma-
maqla kuzovun bütün sahəsi üzrə bərabər paylanmaqla 
yerləşdirilməlidir; 
vk.com/club152685050 | vk.com/id446425943


67 
-bortun hündürlüyünü aşan tək-tək yüklər etibarlı bərki-
dilməlidir; 
-yığılmış (yüklənmiş) yüklərin hündürlüyü yol boyu 
qarşıya çıxan körpülərin, tunellərin və darvazaların keçid 
hissələrinin qabarit ölçülərini aşmamalıdır. 
1.14.1.23. Qabarit ölçülü olmayan yüklərlə, borularla, tir-
lərlə (şablon), torşəkilli, zəhərli və yanar materiallarla 
yüklənmiş avtomobilin kuzovunda və qoşqu meydançalarında, 
həmçinin yük daşıyan ikitəkərli arabada adamların olması 
qadağandır. 
1.14.1.24. Zirzəmi və yarımzirzəmi olan yerlərdə hündür-
lüyü 1,5 m-dən çox olan pilləkəndən yükləri boşaltmaq 
(yükləmək) üçün trap, lyuk, yükü qaldırıb-endirmək üçün isə 
qaldırıcı mexanizm olmalıdır. 
1.14.1.25. EVX altında yükləmə-boşaltma işlərini görmək 
və ya hər hansı bir yükü orada anbarlaşdırmaq (hətta 
müvəqqəti olsa belə) qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə