Q a y d a L a r I


 Tutumlarda, çənlərdə (rezervuarlarda)



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə22/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   18   19   20   21   22   23   24   25   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

1.12. Tutumlarda, çənlərdə (rezervuarlarda)
və aparatlarda işlər 
1.12.1. Qurğuların və avadanlıqların normal işləməsinin 
təmini məqsədi ilə texnoloji avadanlıqların planlı-xəbərdarlıq 
təmirinin illik qrafiki tərtib edilməli və təsdiq olunmalıdır. 
1.12.2. Təmir işlərinə başlamazdan qabaq, aparatlar, 
çənlər, avadanlıqlar mövcud qaydalara riayət edilməklə hazır-
lanmalı və təmizlənməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


55 
1.12.3. Tutumlarda, çənlərdə və aparatlarda təmir 
işlərinin (təsdiq olunmuş və planda nəzərdə tutulmuş işlər) 
yerinə yetirilməsinə cavabdeh olan şəxs idarənin əmri ilə təyin 
olunur. 
1.12.4. Tutumlarda, çənlərdə və aparatlarda təmir 
işlərinin aparılmasına yalnız bu işlərin hazırlanmasına və 
aparılmasına cavabdeh şəxs göstərilməklə «Tapşırıq-icazə» 
tərtib edildikdən sonra başlamaq olar. 
1.12.5. Qurğuda təmir işlərinin aparılmasına hazırlıq aktı 
olduqdan sonra icazə verilir. 
Neft və qazın hazırlanması qurğularının ayrı-ayrı avadan-
lıqlarının və ya texnoloji bloklarının akt üzrə təmirə verilməsinə 
icazə verilir. 
1.12.6. Təmir işləri aparılan yerlərdə təhlükəsizlik plakat-
ları və xəbərdaredici yazılar asılmalıdır. 
1.12.7. Təmir işləri aparılarkən işçilər qoruyucu 
dəbilqədən istifadə etməlidirlər. 
1.12.8. Hündürlükdə təmir işlərinin aparılması üçün 
ayaqaltılar və taxtabəndlər (lesa) quraşdırmalıdır (bax bölmə 
1.13). 
1.12.9. Təmizlənmiş və təmirə hazırlanmış çən, 
avadanlıq və ya aparatdan götürülmüş hava nümunəsinin 
tərkibində buxar və qaz qarışığının miqdarı buraxıla bilən 
sanitar normalarından yüksək deyilsə, oksigenin həcmi 
miqdarı 19%-dən aşağı deyilsə və çən, avadanlıq, aparata 
kənardan zərərli buxar və qazın daxil olması ehtimalı 
yoxdursa, təmir işlərinin əleyhqazdan istifadə etmədən 
aparılmasına icazə verilir. 
Bu işlərin aparılmasına sahə, qurğu rəisi yazılı icazə ver-
məlidir. 
1.12.10. Qaz təzahürü olarsa, həmçinin qonşu qurğuda 
və ya obyektdə qəza baş verərsə, təmir işləri dərhal 
vk.com/club152685050 | vk.com/id446425943


56 
dayandırılmalı 
və 
işçilər 
təhlükə 
zonasından 
kənarlaşdırılmalıdırlar. 
Işə yenidən, yalnız hava nümunəsinin təkrar analizindən 
sonra, qaz qarışığının buraxıla bilən sanitar normalarından 
yüksək olmadığı hallarda başlamaq olar. 
1.12.11. Avadanlığın sökülməsi və təmiri zamanı 
hissələrin yuyulması üçün yanğın - partlayış təhlükəsi olmayan 
xüsusi yuyucu məhlullardan istifadə edilməlidir. Bu məqsədlə 
benzin və digər asan alışan mayelərdən istifadə etmək 
qadağandır. 
1.12.12. Partlayış təhlükəli otaqlarda təmir işləri daima 
işləyən sorucu ventilyasiya altında aparılmalıdır. 
1.12.13. Təmir işləri sutkanın işıqlı vaxtında aparılmalıdır. 
Sutkanın qaranlıq vaxtı bu işlər yalnız qurğu rəisinin yazılı ica-
zəsi ilə aparıla bilər. Təmir işləri sutkanın qaranlıq vaxtı apa-
rıldıqda işçi zona lazımi səviyyədə işıqlandırılmalıdır. 
1.12.14. Aparatların, tutumların, boru kəmərlərinin qay-
naq tikişlərindəki qüsur və zədələrin döyülüb pərçimləmə ilə 
aradan qaldırılmasına icazə verilmir. 
1.12.15. Kolon tipli aparatların təmirində boşqabların sö-
külməsi yuxarıdan aşağıya doğru aparılmalıdır. Boşqabların 
hissələri kolondan kənarda yığılmalıdır. 
1.12.16. Hər bir elektrik avadanlığının və işıqlandırıcı 
qurğunun açılması və təmiri yalnız elektrotexniki heyət 
tərəfindən yerinə yetirilməlidir. 
1.12.17. Təmirdən sonra bütün aparatlar, tutumlar, boru 
xətləri təzyiqə sınanmalıdır. Təzyiqlə sınanma bütün sızmalar 
aradan qaldırılanadək davam etdirilməlidir. 
1.12.18. Aparılmış təmir işləri barəsində qurğunun 
pasportunda qeydiyyat aparılmalıdır. 
1.12.19. Aparatların, çənlərin və s. bu kimi avadanlıqların 
qapalı fəzasında işləməsi nəzərdə tutulan bütün şəxslər 
mümkün təhlükələr, təhlükəsizlik tədbirləri, ilk tibbi yardım 
vk.com/club152685050 | vk.com/id446425943


57 
göstərilmə və qəza şəraitində hərəkət etmə qaydaları üzrə 
təlimatlandırılmalıdırlar. 
1.12.20. Qapalı fəzanın daxilində işlərin aparılmasına ha-
zırlıq işləri, texnoloji heyət tərəfindən mümkün təhlükələr haq-
qında mükəmməl məlumatı olan mühəndis-texniki işçinin rəh-
bərliyi altında yerinə yetirilməlidir. 
1.12.21. Qapalı fəzada işlər, bir qayda olaraq, sutkanın 
işıqlı vaxtında aparılmalıdır. Qəza zamanı işlər sutkanın qaran-
lıq vaxtı aparıla bilər. Hər bir qurğuda qapalı fəzada işlərin sut-
kanın qaranlıq vaxtı aparılması tələb olunan mümkün qəza 
hallarının təşkilatın rəhbərləri tərəfindən təsdiq edilmiş siyahısı 
olmalıdır. 
1.12.22. Qapalı fəzada işlərin yerinə yetirilməsindən əvvəl, 
bu işlərin aparılmasına Tapşırıq-icazə tərtib olunmalıdır (Əlavə 
12). 
1.12.23. Tapşırıq-icazəni verməyə hüququ olan şəxslər 
təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunurlar. Bu şəxslər 
rəhbər işçilərdən təyin edilir. 
1.12.24. Qapalı fəzaya girişə və bu fəzada iş zamanı təh-
lükəsizliyə görə məsuliyyəti Tapşırıq-icazəni verən şəxs daşıyır. 
Mümkün təhlükələrin qarşısını almaq üzrə tədbirlər onun 
vəzifə borcuna daxildir. 
1.12.25. Statik elektrik yükünün yığılmasına yol 
verməmək üçün avadanlıqlar və tutumlar yerləbirləşdirməlidir. 
1.12.26. Şlam və işlədilmiş yuyucu mayelər onlar üçün 
nəzərdə tutulmuş xüsusi yerə yığılmalıdır. 
1.12.27. Qapısı və ya lyuku olan qapalı fəza (tutum), 
üfürüldükdən sonra açıq saxlanılmalı, fəzanın havası isə böyük 
həcmli təmiz havanın vurulmasına hesablanmış mexaniki 
sistemli məcburi ventilyasiyanın köməyi ilə dəyişdirilməlidir. 
1.12.28. Qapalı fəza təmizləndikdən və havası dəyişdiril-
dikdən sonra belə, yerinə yetiriləcək işin (məsələn: qaynaq və 
kəsmə, rəngləmə, üz çəkmə və s.) nəticəsində zərərli 
vk.com/club152685050 | vk.com/id446425943


58 
qarışıqların təsadüfən bu fəzaya düşməsinin qarşısını almaq 
məqsədi ilə, həmçinin çirkləndirici maddələrin və ya yaranmış 
istinin kənarlaşdırılması üçün mexaniki ventilyasiya sisteminin 
işi davam etdirilməlidir. 
1.12.29. Qapalı fəzaya işçiləri buraxmazdan qabaq, bu 
fəzanın hava mühitinin analizi aparılmalıdır. 
1.12.30. Qapalı fəzadan hava nümunəsinin götürülməsi 
(yanar qazların qatılığını, oksigenin çatışmamazlığını, təhlükəli 
kimyəvi qatışıqların fiziki mövcudluğunu təyin etmək üçün) 
buna icazəsi olan heyət tərəfindən yerinə yetirilməlidir. Bu 
məqsədlə işlədilən cihazlar partlayışdan mühafizə icralı olmalı 
və yoxlanılmalıdırlar. 
1.12.31. Qapalı fəzaya hava nümunəsi götürmək üçün 
daxil olan işçi avtonom tənəffüs aparatlarından və ya şlanqlı 
əleyhqazdan istifadə etməlidir. Tənəffüs aparatlarının növünü 
Tapşırıq-icazə verən şəxs müəyyənləşdirir. Təcridedici 
əleyhqazdan istifadə etmək qadağandır. 
1.12.32. Hava mühitinin nümunəsinin götürülmə qaydası 
və qapalı fəzada hava mühitinin tərkibinin analizinin nəticələri 
Tapşırıq-icazədə qeyd edilməli, analizi aparan şəxsin imzası ilə 
təsdiq edilməlidir. 
1.12.33. Qapalı fəzada işləyən bütün avadanlıqların 
intiqalı (məsələn: qarışdırıcı qurğular) və qidalanma mənbəyi 
dayandırılmalı, paylayıcı şitdə yerləşən müvafiq elektrik 
açarları bloklanmalı və xəbərdaredici nişanlarla təchiz 
edilməlidirlər. 
1.12.34. Işlərin aparılmasına məsul şəxs işçilərin 
bilavasitə qapalı fəzaya daxil olmasından qabaq, sual-cavab 
etməklə, onların əhval-ruhiyyəsini yoxlamalı, briqadanın bütün 
heyətini təhlükəsiz iş üsulları ilə təkrar təlimatlandırmalı, 
alətlərin, FMV-in keyfiyyətinin iş şəraitinə uyğunluğunu 
yoxlamalı, hər bir işçinin öz funksiya və vəzifə borclarını 
bilmələrinə əmin olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


59 
1.12.35. Qapalı fəzada bir işçinin işləməsinə icazə verilir. 
Işin xüsusiyyətlərindən asılı olaraq qapalı fəzada bilavasitə iki 
və ya bir neçə işçinin olması tələb olunarsa, əlavə təhlükəsizlik 
tədbirləri işlənib-hazırlanmalı və onlar Tapşırıq-icazədə göstə-
rilməlidir. 
1.12.36. Işçi qapalı fəzaya daxil olduqdan sonra, o, me-
xanizmlərin təsadüfən işə düşməsinin qarşısını alan tədbirlər 
görməlidir. 
1.12.37. Qapalı fəzada işlər aparılarkən mümkün qəza 
vəziyyətindən sığorta məqsədi ilə girişdə və ya çıxışda iki 
nəfərdən az olmamaqla müşahidəçilər qoyulmalıdır. 
1.12.38. Müşahidəçilər qapalı fəzada işləyən işçilərlə 
daima əlaqə saxlamalı, şlanqlı əleyhqazın şlanqı və qəbuledici 
qolborusunun düzgün vəziyyətdə saxlanılmasını izləməli, 
tənəffüs aparatlarını hazır vəziyyətdə saxlamalıdırlar. 
1.12.39. Qapalı fəzaya daxil olan şəxslər qayışlı qoruyucu 
kəmər taxmalıdırlar. 
1.12.40. Qoruyucu vasitələrdə hər hansı bir nasazlıq 
aşkar olunarsa və ya işçi özünü pis hiss edərsə, qapalı fəzada 
işlər dayandırılmalı, işçi dərhal oradan çıxarılmalıdır. 
1.12.41. Qapalı fəzada tez alışan mayelərin və ya 
qazların 
mövcudluğu 
aşkar 
olunarsa, 
işlər 
dərhal 
dayandırılmalıdır. 
1.12.42. Hər bir qurğu və ya obyekt üzrə aparatların, 
çənlərin və avadanlıqların işə hazırlıq qaydası, məhsullardan, 
zərərli maddələrdən boşaldılması, onların buxara verilməsi, 
yuyulması, havasının dəyişdirilməsi sxemləri və işçilərin 
təhlükəsizliyini 
təmin 
edən 
digər 
tədbirlər 
işlənib 
hazırlanmalıdır. 
1.12.43. Daxili baxış və təmizləmə üçün açılan aparatlar, 
çənlər və avadanlıqların işi dayandırılmalı, onlar məhsuldan 
boşaldılmalı, işləyən aparatlardan ayrılmalı, buxara verilməli 
və havası dəyişdirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


60 
Buxara verilmənin, üfürülmənin davam etdirilmə 
müddəti, su ilə yuyulmanın zəruriliyi, havanın dəyişdirilməsi 
hər bir konkret hal üçün ayrılıqda müəyyən edilir. 
1.12.44. Açılmalı aparatlarla, çənlərlə və avadanlıqlarla 
əlaqəli bütün boru xətləri qapayıcıların və siyirtmələrin köməyi 
ilə bağlanmalıdır. 
1.12.45. Hazırlıq işləri zamanı aparatlardan, çənlərdən və 
avadanlıqlardan neftin və neft məhsullarının istehsalat kanali-
zasiyasına axıdılması qadağandır. Bu məhsullar xüsusi 
tutumlara yığılmalıdır. 
1.12.46. Çənin (rezervuarın) buxara verilməsi yuxarı 
lyuklardan birinin açıq vəziyyətində aparılmalıdır. 
1.12.47. Buxar aşağı lyukdan rezin boru vasitəsilə ucluğu 
çənin mərkəzinə istiqamətləndirilməklə, çənin diametrinin 1/4 
nisbəti məsafəsində yerləşdirilməklə verilməlidir. 
1.12.48. Buxara vermə zamanı çənin (rezervuarın) daxi-
lində temperatur 60
0
C-dən yuxarı olmamalıdır. Üzən metal 
ponton olduqda çənin yuxarı və aşağı hissələri (pontonun üstü 
və altı) ayrı-ayrılıqda buxara verilməlidir. 
Sintetik pontonu olan çənin daxilindən buxarın sıxışdırıl-
ması üçün çən su ilə doldurulmalıdır. Çəndən suyu boşaltdıqdan 
sonra çənin havasının dəyişdirilməsi üçün yan lyuklar açılmalı-
dır. 
1.12.49. Rezin şlanqların metal ucluqları və buxar xətləri 
yerlə birləşdirilməlidir. Şlanqların ucluqları qığılcım verməyən 
metaldan olmalıdır. 
1.12.50. Açıq lyukların qapaqları lyuklara iki boltla bağla-
naraq qaykalarla bərkidilməlidir. 
1.12.51. Hazırlıq tədbirləri qurtardıqdan sonra (buxara 
vermə, yuma və havasının dəyişdirilməsi) çənlərdə və ya 
apparatlarda havanın analizini aparmaqla yanar buxarların, 
qazların və oksigenin miqdarı müəyyənləşdirilir və Tapşırıq-
icazədə qeyd edilir. 
vk.com/club152685050 | vk.com/id446425943


61 
1.12.52. Üzən qapaqlı və ya pontonlu çənlərdən analiz 
üçün hava nümunəsi çənin aşağı hissəsindən qapağın 
(pontonun) altından və yuxarı hissəsindən-qapağın (pontonun) 
üstündən götürülür. 
1.12.53. Çənlərin və aparatların çirklərdən və çöküntülər-
dən təmizlənməsi üzrə aparılan işlər mexanikləşdirilməlidir. Bu 
işləri apararkən işçilər şlanqlı əleyhqazdan istifadə etməlidirlər. 
1.12.54. Çənlərin, aparatların və avadanlıqların daxili ba-
xışı və təmizlənməsi üçün açılmasına ancaq bu işlərin 
hazırlığına və aparılmasına cavabdeh şəxsin iştirakı ilə icazə 
verilir. 
1.12.55. Aparatların, çənlərin, tutumların, boru xətlərinin 
və armaturun lyuklarının flans birləşmələrində yerləşən qayka-
larının açılması və bağlanması pnevmatik və ya hidravlik 
intiqallı qaykabağlayıcı ilə aparılmalıdır. 
1.12.56. Kolon tipli aparatlardan hava axımına yol ver-
məmək üçün, onlarda lyukların açılması bir qayda olaraq 
yuxarıdan aşağı aparılmalıdır. 
1.12.57. Hazırlıq işlərinin aparılması zamanı qızdırılmış 
çənlərin və aparatların daxilinə işçiləri buraxmazdan qabaq 
çənlər və aparatlar 30
0
C–dək soyudulmalıdır. Işlərin daha 
yüksək temperaturda aparılması tələb olunan hallar üçün 
əlavə təhlükəsizlik tədbirləri (təmiz havanın fasiləsiz verilməsi, 
asbest kostyumlardan və istilik izolyasiyalı ayaqqabılardan 
istifadə edilməsi, işdə fasilələrin tez-tez verilməsi və s.) işlənib 
hazırlanmalıdır.
1.12.58. Çənlərin və aparatların təmizləməsi zamanı on-
lardan çıxarılmış çirklərin və bərk çöküntülərin yuxarıdan aşağı 
atılması qadağandır. Bu məqsədlə mexanikləşdirilmiş qurğu-
lardan istifadə edilməlidir. 
1.12.59. Aparatın alt lyukdan təmizlənməsi zamanı 
xüsusi meydançadan istifadə edilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


62 
1.12.60. Hündürlükdə işlərin aparılması zamanı detalların 
və alətlərin aşağıda işləyən işçilərin üstünə düşməsinin 
qarşısını almaq üçün çənlər və aparatlar xüsusi üst örtükləri ilə 
təchiz olmalıdırlar. 
1.12.61. Çənlərin və aparatların təmizlənməsi zamanı 
bilavasitə qığılcım verməyən materialdan hazırlanmış 
alətlərdən (təmizləmə vasitələri) istifadə edilməlidir. 
1.12.62. Aparatların və çənlərin daxilinin işıqlandırılması 
üçün gərginlikliyi 12 V-dan yuxarı olmayan partlayışdan müha-
fizəli daşınma çiraqlardan istifadə edilməlidir. 
1.12.63. Çən, dibində qalmış məhsuldan təmizlənmək 
üçün, su ilə doldurulmalı və üzə çıxan məhsul boşaldılmalıdır. 
1.12.64. 
Bloklu 
üfqi-silindrik 
aparatların 
və 
çökdürücülərin (çökdürücü çən) çöküntülərdən təmizləmə 
işləri, işçilərin təmizləmə işləri zamanı aparatın içərisində 
olmalarının qarşısını almaq məqsədi ilə, kiçik ölçülü 
hidromonitorlardan istifadə edilməklə hidromexaniki üsulla 
aparılmalıdır. Təmizləmə işlərindən sonra aparatlar və çənlər 
su ilə yuyulmalıdırlar. 
1.12.65. Çənin və ya aparatın daxilində işlər tamamlan-
dıqdan sonra, işçi orada kənar əşyaların olmamasını yoxlamalı, 
alətləri, çırağı müşahidəçiyə verməli və bundan sonra 
aparatdan kənara çıxmalıdır. 
1.12.66. Istilik mübadiləedicilərin və ya kondensatorların 
mexaniki üsulla təmizlənməsi zamanı qarşı tərəf çəpərlənməli 
və «Təhlükəli zona» xəbərdaredici yazısı olan nişan asılmalıdır. 
1.12.67. Hidravlik və ya kimyəvi üsulla təmizləmə işlərin-
dən əvvəl işçilər əməyin təhlükəsizliyi üzrə xüsusi təlimat 
keçməli və müvafiq mühafizə vasitələri ilə təmin 
olunmalıdırlar. 
1.12.68. Kimyəvi təmizləmə işləri aparan işçilər xüsusi 
geyimdə, rezin əlcəklər və qoruyucu eynəklər tətbiq etməklə 
işləməlidirlər. 
vk.com/club152685050 | vk.com/id446425943


63 
1.12.69. Dalma kondensator - soyuducunun yeşiyindən 
benzin buxarlarının təmizlənməsi üçün, lyuk açılmalı və yeşiyin 
havası dəyişdirilməlidir. 
Boruların üz səthinin və yeşiyin divarlarının lil və çirkdən tə-
mizlənməsi təzyiq altında olan su şırnağı ilə yerinə yetirilməlidir. 
1.12.70. Kondensator-soyuducunun çirkli yeşiyinə şlanqlı 
əleyhqazsız düşmək qadağandır. 
1.12.71. 
Kondensator-soyuducunun 
yeşiyinin 
təmizlənməsi işləri müşahidəçilərin (iki nəfərdən az 
olmayaraq) iştirakı ilə aparılmalıdır. 
1.12.72. Kondensator-soyuducunun yeşiyinə düşərkən 
yeşiyin daxilində olan nərdivandan istifadə etmək lazımdır. 
Yeşiyin daxilinə ilanvari borular vasitəsi ilə düşmək 
qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə