Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə23/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   19   20   21   22   23   24   25   26   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.13. Hündürlükdə aparılan işlər 
 
1.13.1. Hündürlükdə işləməyə yaşı 18-dən az olmayan
tibbi müayinədən keçmiş və sağlamlığına görə yararlı olan, 
hündürlükdə təhlükəsiz iş aparmaq üsullarını öyrənmiş, belə 
işlərin aparılması üçün xüsusi vəsiqəsi və həkim komissiyasının 
rəyi olan şəxslər buraxılırlar. 
Hündürlükdə işləyənlərə həkim baxışı vaxtaşırı - ildə 1 
dəfə aparılmalıdır. 
Qeyd: 
hündürlükdə görülən işlər üzərində bilavasitə 
konstruksiyaların quraşdırılması və ya təmir işləri aparılan yer 
səthindən, taxtapuşdan və ya işçi döşəmədən 2m və daha 
hündürdə yerinə yetirilən işlər hesab edilirlər. 
1.13.2. Hündürlükdə işləri yerinə yetirməzdən əvvəl təh-
lükəli zonalar müəyyən edilməli, çəpərlənməli və «Təhlükəli 
zona», «Yuxarıda işləyirlər» xəbərdaredici nişanlar asılmalıdır. 
Hüdudlarında təhlükə baş verməsi ehtimal olunan təhlükəli 
vk.com/club152685050 | vk.com/id446425943


64 
zonalar sərhəddi hündürlükdən əşya düşməsinin mümkün 
olması ilə əlaqədar olaraq 20m-ə qədər hündürlük üçün - 7m, 
70-m-ə qədər hündürlük üçün - 10m müəyyən edilməli və 
ətrafındakı təhlükəli zona rəngli (ağ-qırmızı, sarı-qırmızı) 
lentlərlə işarələnməlidir. 
1.13.3. Hündürlükdə işlərin görülməsi üçün nəzərdə 
tutulmuş işçi meydançalar bu Qaydaların 1.5.48 bəndinə 
uyğun olmalıdır. 
1.13.4. Işçinin hündürlükdən düşmə təhlükəsi ilə 
əlaqədar olan işlər qoruyucu kəmərlərdən istifadə edilməklə 
yerinə yetirilməlidir. 
1.13.5. Qoruyucu kəmərlər və fallar istehsalçı-zavodun 
istismar təlimatına uyğun olaraq statik yük verməklə ildə 2 də-
fədən az olmayaraq sınaqdan keçirilməli və müvafiq akt tərtib 
edilməlidir. Istismar təlimatında belə məlumatlar olmadıqda sı-
naq 3000 N (300 kq) statik yük verməklə 5 dəqiqə 
müddətində keçirilməlidir. 
1.13.6. Yanğın-partlayış təhlükəli istehsalatlarda (neftin 
hazırlanma qurğularında, rezervuarlar parkında və s.) taxta 
döşəmələrin tətbiqi qadağandır. 
Avadanlıqlar, aparatlar və qurğular tamamilə dayandırıl-
dıqdan sonra, təmir zamanı taxtabəndlərdə işləyəndə qalınlığı 
40mm-dən az olmayan taxtalardan ibarət döşəmənin 
müvəqqəti quraşdırılmasına yol verilir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə