Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə19/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   15   16   17   18   19   20   21   22   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
vk.com/club152685050 | vk.com/id446425943


46 
1.10. Korroziyaya qarşı mübarizə işləri 
1.10.1. Ingibitorlarla korroziyaya qarşı mübarizə 
 
1.10.1.1. Ingibitorlar yüksək toksikoloji xassələrə malik 
birləşmələrdən ibarət olmamalıdır. 
1.10.1.2. Ingibitorlar yanğın-partlayış təhlükəsizliyi 
nöqteyi – nəzərindən aşağıdakı tələblərə cavab verməlidir: 
-alovlanma temperaturu 55
0
C yuxarı olmalı; 
-alışma temperaturu 65
0
C yuxarı olmalı; 
-öz-özünə alışma temperaturu 200
0
C yuxarı olmalıdır. 
1.10.1.3. 
Ingibitorlar 
sabit 
(dəyişməyən) 
komponentlərdən ibarət olmalı və minimum 1 il ərzində öz 
qoruyucu 
xassələrini 
və 
fiziki-kimyəvi 
göstəricilərini 
saxlamalıdır. 
1.10.1.4. Ingibitorlar, korroziyadan qorunan sistemlərdə 
və basqı (vurucu) quyularının quyudibi zonasında sulfat 
bərpaedici bakteriyaların inkişafına şərait yaratmamalıdır. 
1.10.1.5. Onlar neft veriminin artırılmasında istifadə olu-
nan səthi aktiv maddələrlə kimyəvi reaksiyaya girməməlidir. 
1.10.1.6. Ingibitorlar 100-120
0
C qədər temperaturda qo-
ruyucu xassələrini saxlamalı, boru kəmərlərinin və aparatların 
divarlarında qətran çökmələri və yanıq əmələ gətirməməlidir. 
1.10.1.7. Ingibitorlar avtosisternlərdə və ağzı klapanlarla 
təchiz olunmuş tutumlarda nəql edilməlidir. Tutumlar saz və 
germetik olmalıdır. 
Bu məqsədlər üçün istifadə olunan avtosisternlərin və tu-
tumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan 
təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş digər 
xəbərdaredici yazılar və işarələr olmalıdır. Avtosisternlər 
mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. 
1.10.1.8. Ingibitorlar doldurulan və boşaldılan ərazidə si-
qaret çəkmək və oddan istifadə etmək qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


47 
1.10.1.9. Ingibitorların doldurulması və boşaldılması 
işinə, onların təhlükəli xüsusiyyətləri haqqında xüsusi təlim 
keçmiş fəhlələr buraxılır. 
1.10.1.10. Işlənmiş qazların səsboğucu borusu qığılcım-
söndürənlə təchiz olunmalı və avtosisternin mühərrikindən 
qabağa çıxarılmalıdır. 
1.10.1.11. Avtosisternlərin ingibitorlarla doldurulması, 
boşaldılması prosesini azı iki nəfər yerinə yetirməlidir. 
1.10.1.12. Avtosisterni ingibitorla doldurarkən partlayış 
təhlükəli qatılığın əmələ gəlməsinin qarşısını almaq üçün təh-
lükəsizlik tədbirləri görülməlidir. Tutum qabaqcadan su buxarı 
və ya təsirsiz qazla üfürülməli və ya müvafiq texniki yuyucu 
vasitələrlə yuyulmalıdır. 
1.10.1.13. Avtosisterndə lyukun açılması və dirsəyin bər-
kidilməsi zamanı işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar. 
1.10.1.14. Bu proseslər zamanı doldurma estakadasının 
100m radiusunda bütün təmir işləri dayandırılmalıdır. 
1.10.1.15. Ingibitorlar avtosisternə doldurularkən və qu-
yuya vurularkən odlu işlərin aparılması, siqaret çəkilməsi qada-
ğandır. 
1.10.1.16. Avtosisterni doldurduqdan sonra şlanq tam 
boşaldılmalı, ingibitorun yerə tökülməsinə yol verilməməlidir. 
1.10.1.17. Ingibitorlar üzvi həlledici əsaslı olduqda, 
onların nəql edilməsində istifadə olunan boru kəmərləri və 
doldurma 
estakadalarının 
dayaqları 
yerləbirləşdiriciyə 
bərkidilməlidir. 
1.10.1.18. Avtosisterni ingibitorla dolduranda və ya bo-
şaldanda onun gövdəsi yerləbirləşdirici qurğuya, əgər o 
yoxdursa, 0,5 m-dən az olmayan dərinliyə sancılmış daşınma 
yerləbirləşdirici milə etibarlı bərkidilməlidir. 
Avtosisterni, yalnız doldurma, boşaldılma prosesi qurtar-
dıqdan sonra yerləbirləşdirici qurğudan ayırmağa icazə verilir. 
vk.com/club152685050 | vk.com/id446425943


48 
1.10.1.19. Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az 
olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən 
çox olmamalı, məftilin bir ucu boşaldılan boruya, digər ucu isə 
şlanqın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən 
qığılcım yaratmayan metaldan olmalıdır. 
1.10.1.20. Üzvi həlledici əsaslı ingibitorların boru kəmər-
lərinə və tutumlara verilmə sürəti aşağıdakı göstəricilərdən 
artıq olmamalıdır: 
a) xüsusi həcmi elektrik müqaviməti 10
5
Om.m –dən çox 
olmayan mayelər üçün – 10 m/san; 
b) xüsusi həcmi elektrik müqaviməti 10
5
Om.m-dən çox, 
10
9
Om.m-dən az olan mayelər üçün – 5m/san; 
c) xüsusi həcmi elektrik müqaviməti 10
9
Om.m-dən çox 
olan mayelər üçün – 1,2 m/san (boru kəmərinin diametri
200 mm-ə qədər olanda). 
1.10.1.21. Statik elektriklənmənin qarşısını almaq üçün 
avtosisternə yerin səthinə toxunan zəncir bərkidilməlidir. 
1.10.1.22. Ingibitorun tənəffüs klapanı ilə təchiz 
edilməmiş tutumda saxlanılması qadağandır. 
1.10.1.23. Ingibitorla doldurulmuş tutumların və 
quyuların yanında yerləşdirilmiş qurğuların üzərində müvafiq 
xəbərdaredici işarələr olmalıdır. 
1.10.1.24. Ingibitor saxlanılan yer mütləq hasarlanmalı, 
bənd çəkilməli və yanğın təhlükəsizliyi qayda və normalarına 
uyğun lazımi yanğınsöndürücü vasitələrlə təchiz edilməlidir. 
1.10.1.25. Ingibitorun quyuya vurulmasından əvvəl gö-
rüləcək işlərin planı tərtib olunmalı və cavabdeh rəhbər şəxs 
təyin edilməlidir. Iş planı hər quyu üçün ayrılıqda tərtib 
olunmalı, neft və qazçıxarma idarəsinin baş mühəndisi 
tərəfindən təsdiq edilməli və yanğın təhlükəsizliyi xidməti ilə 
razılaşdırılmalıdır. 
1.10.1.26. Işə başlamazdan əvvəl işçilər mütləq aşağıda-
kılarla tanış olmalıdır:
vk.com/club152685050 | vk.com/id446425943


49 
a) görüləcək işlərin xarakteri, baş verə biləcək təhlükəli 
hallar və təhlükəsizlik tədbirləri; 
b) qurğuların və quyu ağzının birləşmə sxemləri və ingi-
bitorların vurulmasının texnoloji rejimi; 
c) qəza halları baş verərsə, görüləcək tədbirlər. 
1.10.1.27. Işlərin təhlükəsizliyini təmin etmək üçün ingi-
bitoru vurmazdan əvvəl avadanlıqların, mexanizmlərin, siqnal, 
nəzarət-ölçü cihazlarının və başqa qurğuların saz olmasını 
yoxlamaq lazımdır. 
1.10.1.28. Vurucu aqreqatı quyuağzı armatura birləşdir-
dikdən 
sonra 
basqı 
xəttinin 
germetikliyi 
reagent 
vurulmamışdan əvvəl su ilə gözlənilən işçi təzyiqdən 1,5 dəfə 
artıq təzyiqlə sınanmalıdır. 
1.10.1.29. Ingibitor verilən zaman basqı xəttində əks 
klapan, bağlayıcı qurğu, quyuağzı armaturda isə manometr ol-
malıdır. Əks klapan, bağlayıcı qurğu və manometr dozator na-
sosunda da qoyulmalıdır. 
1.10.1.30. Ingibitoru quyuya vurarkən işçilərin quyu ağ-
zında və basqı xəttinin yaxınlığında dayanması qadağandır. 
1.10.1.31. Ildırım çaxan zaman ingibitorun boşaldılması, 
doldurulması və quyuya vurulması dayandırılmalıdır. 
1.10.1.32. Ingibitorları quyuya vurarkən onların buxarla-
rının və qazlarının qurğuların yerləşdiyi sahədə və quyu 
ağzında yol verilən qatılığı (YVQ) sanitariya normalarından çox 
olmamalıdır. Qazların qatılığı səyyar qaz analizatoru ilə 
ölçülməlidir. Qazların qatılığı YVQ-dən çoxdursa, onların 
azaldılması üçün tədbirlər görülməlidir. 
1.10.1.33. Ingibitorla işləyən zaman bu Qaydaların və 
həmçinin [8, 9, 291]-in tələblərinə əməl olunmalıdır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə