Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə15/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   11   12   13   14   15   16   17   18   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.9. Təhlükəli və zərərli maddələrlə əlaqəli işlər 
 
1.9.1. Ümumi tələblər 
1. 9.1. 1. Idarə və müəssisələrin fəaliyyətində zərərli mad-
dələrdən istifadə olunursa, onların tətbiqinin və saxlanılmasının 
təhlükəsizliyinə dair təlimatlar olmalı, təşkilatı-texniki, sanitar-gi-
giyenik və tibbi-bioloji kompleks tədbirlər həyata keçirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


39 
1.9.1.2. Işçi zonada zərərli qazlara nəzarət, onların təhlü-
kəlilik dərəcəsindən asılı olaraq qüvvədə olan normativ 
sənədlərin [99] tələblərinə müvafiq təşkil olunmalıdır. 
1.9.1.3. Yol verilən qatılığı (YVQ) məlum olmayan zərərli 
maddələrin (kimyəvi reagentlərin) tətbiqi qadağandır. 
1.9.1.4. Müvafiq fərdi mühafizə vasitələri olmayan 
şəxslərin zərərli maddələrlə işləməsi qadağandır. 
1.9.1.5. Hər bir idarə və müəssisədə əmrlə kimyəvi 
reagentlərin saxlanılması, işlənilməsi və lazımi qaydada sənəd-
ləşdirilməsi üçün cavabdeh şəxs təyin olunmalıdır. 
1.9.1.6. Zərərli maddələr və kimyəvi reagentlər qüvvədə 
olan müvafiq normativ sənədlərin tələblərinə cavab verən an-
barlarda saxlanılmalıdır. 
1.9.1.7. Zərərli maddələri daşıyan nəqliyyat vasitələri 
xüsusi xəbərdaredici yazılarla təchiz olunmalıdır.
1.9.1.8. Zərərli maddələr saxlanılan anbarlar siqnal və 
avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunmalı, ilkin 
yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. 
 
1.9.2. Qələvi və turşularla əlaqəli işlər 
1.9.2.1. Qələvi və turşularla işləyərkən avadanlıqların, 
boru kəmərlərinin və armaturların flans birləşmələri örtüklə 
bağlanmalıdır. 
1.9.2.2. Qələvi və turşuların səviyyəsini ölçən qurğular 
elə quraşdırılmalıdır ki, işçilərin tutumun üstünə qalxması 
istisna olunmuş olsun. 
1.9.2.3. Qələvi və turşular saxlanılan tutumlara dövri ola-
raq baxış keçirilməlidir. Bütün aşkar olunmuş qüsurlar dərhal 
aradan qaldırılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


40 
1.9.2.4. Kaustik sodanı əl ilə bölmək (xırdalamaq) qada-
ğandır. Onu xüsusi tutumda buxara verməklə yumşaltmaq la-
zımdır. 
1.9.2.5. Kaustik sodanı buxara verərkən, işçilərin 
qələvinin sıçrantılarından (damcılarından) və ya buxardan 
yanıq almaması üçün, barabanın altına verilən buxarı ehtiyatla 
buraxmaq lazımdır. 
1.9.2.6. Qələvinin buxara verilməsini müşahidə etmək 
üçün, buxarın verilməsini dayandırmadan barabanı əymək 
qadağandır. 
1.9.2.7. Barabanların buxara verilməsi üçün onların 
tutuma qaldırılması mexanikləşdirilməlidir. 
1.9.2.8. Müxtəlif qatılıqlı turşuların, onların saxlanıldığı 
tutumlarda qarışdırılması qadağandır. 
1.9.2.9. Ammonyak, qələvi və turşu məhlullarının hazır-
lanmasından əvvəl tutumların, boru kəmərlərinin, ventillərin, 
siyirtmələrin sazlığı yoxlanılmalıdır. 
1.9.2.10. Sulfat turşusunu su ilə qarışdırmaq üçün 
turşunu suyun üzərinə yavaş-yavaş tökmək lazımdır. 
1.9.2.11. Qələvi, ammonyak və ya turşu dərinin üzərinə 
düşərsə, dərhal həmin yer yetərincə su ilə yuyulmalı, 
neytrallaşdırıcı vasitələrlə işlənməli və tibb məntəqəsinə 
müraciət olunmalıdır. 
1.9.2.12. Ammonyakın 25% sulu məhlulu ilə işlər görü-
lərkən qələvilərə tətbiq olunan eyni təhlükəsizlik tələblərinə 
riayət olunmalıdır. 
1.9.2.13. Qələvi, turşu və göz üçün təhlükəli digər mad-
dələrlə işləyərkən mühafizə eynəyindən istifadə olunmalıdır. 
Eynəksiz işləmək qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə