Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə18/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   14   15   16   17   18   19   20   21   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
1.9.5. Metanolla əlaqəli işlər
 
1.9.5.1. Metanolun tətbiq olunduğu hər bir müəssisədə 
xüsusi əmrlə onun saxlanılmasına, buraxılmasına, istifadəsinə, 
aparılan işlərin düzgün təşkil olunmasına, bu işlərə cəlb 
olunan bütün işçilərin təlimatlandırılmasına və onların hər il 
tibbi müayinədən keçmələrinə cavabdeh şəxs təyin 
olunmalıdır. 
1.9.5.2. Metanolun daşınması və saxlanılmasında 
istifadə olunan sistern və tutumların üzərində silinməyən
gözə çarpan açıq boya ilə «Zəhərlidir!», «Oddan təhlükəlidir!» 
xəbərdaredici sözlər yazılmalıdır.
1.9.5.3. Metanolun saxlanılması üçün nəzərdə tutulan 
tutumlar tənəffüs və hidravlik klapanlarla təchiz edilməli və 
plomblanmalıdır. Həmin tutumlar çəpərlənmiş meydançada 
talvar altında və ya anbarlarda yerləşdirilməlidir. 
1.9.5.4. Metanol sisternlərdən yalnız germetik 
bağlanmış tutumlara nasos vasitəsilə və ya öz-özünə 
axıdılmaqla tam boşaldılmalıdır. Metanol axıdılan boru kəməri, 
onun tam boşaldılmasını təmin etmək məqsədi ilə maili 
quraşdırılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


45 
1.9.5.5. Metanolun boşaldılmasından sonra tutumlar
şlanqlar dərhal çoxlu miqdarda su ilə yuyulmalıdır. 
1.9.5.6. Metanolun vurulmasında istifadə olunan boru 
kəmərlərini, nasosları və şlanqları digər mayelərin 
vurulmasında istifadə etmək qadağandır. 
1.9.5.7. Metanolu metanol qurğusuna vurmazdan əvvəl 
onun bütün hissələrinin, flans birləşmələrinin, siyirtmələrin, 
qoruyucu klapanların, monometrlərin və digərilərinin sazlığı 
yoxlanılmalıdır. 
Metanol qurğusunda aşkar olunmuş nasazlıqlar dərhal 
aradan qaldırılmalıdır. 
Metanolun qurğuya vedrələrlə və analoji qablarla dol-
durulması qadağandır. 
1.9.5.8. Metanol qurğusu yalnız onda olan təzyiq 
atmosfer 
təzyiqinə 
çatdırıldıqdan 
sonra, 
metanolla 
doldurulmalıdır. 
1.9.5.9. Xüsusi dayaqlar üzərində quraşdırılmış işçi 
metanol çəninə qalxmaq üçün nərdivandan istifadə 
edilməlidir. 
1.9.5.10. Əgər metanol tutumunda təzyiqin nəzərdə 
tutulan təzyiqdən yuxarı qalxması təhlükəsi mövcuddursa, 
onun üzərində qoruyucu klapan quraşdırılmalıdır. 
1.9.5.11. Metanol çəninin boru kəməri donubsa, onu 
işlək sistemdən ayırdıqdan sonra buxar və ya isti su ilə 
qızdırmaq lazımdır. Açıq oddan istifadə etməklə onu qızdırmaq 
qadağandır. 
1.9.5.12. Metanolla işləyərkən [38, 83, 254]–ün 
tələbləri yerinə yetirilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə