Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə20/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   16   17   18   19   20   21   22   23   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
 
1.10.2. Korroziyaya qarşı elektrokimyəvi mübarizə 
vk.com/club152685050 | vk.com/id446425943


50 
1.10.2.1. Korroziyaya qarşı elektrokimyəvi mühafizə 
quruluşları [58, 31] -in tələblərinə uyğun quraşdırılmalıdır. 
1.10.2.2. Elektrokimyəvi mühafizə quruluşları [15] tələb-
lərinə uyğun yerləbirləşdirilməlidir. 
1.10.2.3. Gərginlik altında olan cərəyan daşıyıcı 
hissələrdə hər hansı işlərin aparılması qadağandır. 
Bu tələb protektor mühafizə quruluşlarına aid edilmir. 
vk.com/club152685050 | vk.com/id446425943


51 
1.10.2.4. Katod stansiyasının yaxınlığında kommutasiya 
aparatı (kəsici açar, paket tipli elektrik açarı, avtomat) quraş-
dırılmalıdır. 
1.10.2.5. 
Katod 
stansiyalarının 
sıra 
nömrəsi, 
xəbərdareidici yazıları, plakatları olmalı və onlar qıfılla 
bağlanmalıdır. 
1.10.2.6. Gərginliyi 1000V-a qədər olan şəbəkədən qida-
lanan elektrokimyəvi mühafizə quruluşlarına təkbaşına (fərdi) 
xidmət edən şəxsin elektrik təhlükəsizliyi üzrə qrupu azı III, 
1000V-dan yuxarı şəbəkədən qidalanan quruluşlara xidmət 
edən şəxsin isə qrupu IV olmalıdır. 
1.10.2.7. Izoləedici flansların partlayış təhlükəli 
otaqlarda, eyni zamanda bağlayıcı armaturu olan quyularda 
(kolodes) və kiosklarda quraşdırılması qadağandır. 
1.10.2.8. Dəmir yolu relslərində gərginlik iki nəfər tərə-
findən ölçülməlidir və bu işlər yerinə yetirilərkən onlardan biri 
nəqliyyatın hərəkətinə nəzarət etməlidir. 
1.10.2.9. Ildırım çaxması gözlənildikdə elektrokimyəvi 
mühafizə quruluşlarında iş görmək qadağandır. 
 
 
1.11. Qaz təhlükəli və odlu işlər 
1.11.1. Qaz təhlükəli və odlu işlərə, qazpartlayış 
təhlükəli mühitdə işlərin təhlükəsiz görülməsinin üsul və 
qaydaları xüsusi olaraq öyrədilmiş və təlimatlandırlımış, 
qazdan mühafizə vasitələrindən istifadə etməyi bacaran,
qazın təsirindən zərərçəkmiş adama ilk tibbi yardım 
göstərilməsi qaydalarını bilən və onları tətbiq etməyi bacaran
işçilər buraxılırlar. 
1.11.2. Qaz təhlükəli işlər əleyhqaz (şlanqlı əleyhqaz) və 
respirator (şəraitdən asılı olaraq) tətbiq etməklə yerinə 
yetirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


52 
1.11.3. Hər bir müəssisədə, obyektdə qaz təhlükəli iş 
yerlərinin və işlərin siyahısı işlənib hazırlanmalı və bütün
işçilərə çatdırlımalıdır. Bu işlər xüsusi təlim keçmiş heyət 
tərəfindən yalnız Tapşırıq – icazə əsasında və ya qazdanxilas-
etmə xidmətinin işçiləri tərəfindən yerinə yetirilməlidir.
1.11.4. Qaz təhlükəli işlər, bu işlərin təhlükəsiz yerinə ye-
tirilməsi nəzərə alınmaqla tərtib və təsdiq olunmuş plan və 
həmin işlərin yerinə yetirilməsinə icazə olduqda aparılmalıdır. 
Işlərin aparılması planında iş yerləri, işçilərin yerləşdiril-
məsi, istifadə olunacaq avadanlıq, mexanizm və vasitələr, 
giriş və çıxışlar, ventilyasiya üsulları və həmçinin təhlükəsizliyi 
təmin edən digər lazımi tədbirlər dəqiq müəyyən olunmalıdır. 
1.11.5. Qaz təhlükəli işlərə başlamazdan əvvəl bilavasitə 
yaxınlıqdakı (bitişik) sahədə, qonşu sexlərdə və aqreqatlarlda 
(qurğularda) 
işləyən 
işçilər 
üçün 
təhlükəsiz 
şərait 
yaradılmalıdır. 
1.11.6. Planlı və həmçinin qəza hallarında qaz təhlükəli 
işlər müəssisənin rəisi və ya baş mühəndisi tərəfindən təyin 
olunmuş mühəndis – texniki işçinin rəhbərliyi və qazdan 
xilasetmə xidmətinin nəzarəti altında yerinə yetirilməlidir.
1.11.7. Müəssisədə qazdan xilasetmə xidməti olmadıqda 
qaz təhlükəli işlərə nəzarəti bu işlərə məsul şəxs həyata 
keçirir. 
1.11.8. Qaz təhlükəli işlər aparılarkən müəssisənin (ob-
yektin) dispetçeri ilə etibarlı telefon və ya radio rabitəsi 
(rasiya) təmin olunmalıdır.
1.11.9. Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə 
məsul şəxs, hazırlıq tədbirləri planının yerinə yetirilməsini, 
təmir üçün lazımi avadanlıqların, mexanizmlərin, alətlərin, 
materialların, qazdan mühafizə aparaturasının və digər 
mühafizə vasitələrinin mövcudluğunu və sazlığını, o cümlədən 
bütün açılmaların (otklöçenie) etibarlılığını və nərdivanların, 
vk.com/club152685050 | vk.com/id446425943


53 
meydançaların, çəpərlənmələrin mövcudluğunu və sazlığını 
şəxsən yoxlamalıdır. 
1.11.10. Işə başlamazdan əvvəl bu işlərə məsul şəxs 
işçiləri işlərin yerinə yetirilməsi üsul və qaydalarına, mühafizə 
vasitələrindən istifadə qaydalarına və zərərçəkmişlərə ilk tibbi 
yardım 
göstərilməsinin 
üsul 
və 
qaydalarına 
dair 
təlimatlandırmalıdır. 
1.11.11. Qaz təhlükəli işlərdə zərbədən qığılcım əmələ 
gətirməyən 
metaldan 
hazırlanmış 
alətlərdən 
istifadə 
olunmalıdır.
Iş yerini işıqlandırmaq üçün 12V gərginlikli partlayışdan 
mühafizəli daşınma çıraqlardan (fənərlərdən) istifadə olun-
malıdır. 
1.11.12. Qazlı sahəyə (və ya qaynaq işləri aparılan yerə) 
girməyə yalnız bu işlərə məsul rəhbərin icazəsindən sonra yol 
verilir. 
1.11.13. Otaqlarda, xəndəklərdə, bağlı yerldərdə, quyu-
larda (çalalarda) qaz təhlükəli işlər aparılan zaman təbii və ya 
süni ventilyasiya yolu ilə etibarlı hava mübadiləsi təmin 
olunmalıdır. 
1.11.14. Partlayış təhlükəli otaqlarda və otaqlardan 
xaricdə (açıq yerlərdə) yerləşən partlayış təhlükəli qurğularda 
odlu işlərin (lehimləmə, qaynaq işləri və s.) və həmçinin 
qığılcım əmələ gəlməsi ilə müşayiət olunan (elektrik sınaqları, 
Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə