Q a y d a L a r I


 Ərazilərə, obyektlərə, binalara (otaqlara)



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə11/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   7   8   9   10   11   12   13   14   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
1.7. Ərazilərə, obyektlərə, binalara (otaqlara)
və iş yerlərinə olan tələblər 
1.7.1. Müəssisənin ərazisi və orada qurğuların, binaların, 
istehsalat obyektlərinin yerləşdirilməsi [41] –in tələbləri 
nəzərə alınmaqla işlənilmiş layihəyə uyğun olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


29 
Müəssisənin ərazisi, ayrı-ayrı istehsalat obyektləri baş plan 
üzrə planlaşdırılmalı, çəpərlənməli (nişanlanmalı), tikilməlidir. 
1.7.2. Yeraltı kommunikasiyalar (kabel xətti, neft-qaz kə-
mərləri və s.) olan müəssisələrdə bu kommunikasiyaların müəs-
sisə rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki yerləşmə sxemi ol-
malıdır. Kommunikasiyaların faktiki yerləşməsinin layihədən kə-
nara çıxma halları olarsa, belə faktlar bu layihəni işləyən təşki-
latla razılaşdırılmalıdır. Yerlərdə yeraltı kommunikasiyalar xətt 
boyunca və döngələrdə göstəricilərlə (reperlərlə) işarələnməlidir. 
1.7.3. Boru kəmərlərinin avtomobil yolları və keçidlərlə 
kəsişdiyi yerlərdə təhlükə haqqında xəbərdaredici nişanlar qo-
yulmalıdır. Belə yerlərdə boru kəmərləri müvafiq örtüklə 
(kojux) örtülməlidir. 
1.7.4. Bina və otaqların yanğın-partlayış və yanğın təhlü-
kəliliyi üzrə kateqoriyası bu Qaydaların 5.8.7 bəndinin 
tələblərinə 
uyğun 
olaraq 
tikililərin 
layihələndirilməsi 
mərhələsində layihə təşkilatı tərəfindən müəyyən edilməlidir. 
1.7.5. 
Obyektlərdə 
istehsalat 
zərərliyi 
inşaat 
normalarında müəyyən olunmuş həddən yüksəkdirsə, bu 
zaman bu zərərliyin işçilərə təsirinin azaldılması üçün təşkilatı-
texniki tədbirlər həyata keçirilməlidir. 
1.7.6. Istehsalat otaqları müvafiq SNiP, SN və yanğın 
təhlükəsizliyi qaydalarına cavab verməlidir. 
1.7.7. Cihazlar, aparatlar, avadanlıqlar, kommunikasiya-
lar, boru kəmərləri və s. elə yerləşdirilməlidir ki, onlara baxış 
keçirmək, xidmət etmək və onları təmir etmək mümkün olsun. 
1.7.8. Istehsalat obyektləri (sexlər, sahələr, qurğular və s.) 
qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada istisma-
ra verilməlidir. Istehsalat otaqlarının ölçüləri [75]-ə uyğun olma-
lıdır. 
1.7.9. Iş yerlərində, habelə zərərli (və ya təhlükəli) isteh-
salat amillərinin insana təsiri mümkün olan yerlərdə 
xəbərdaredici nişanlar və yazılar olmalıdır. Iş yerlərində 
vk.com/club152685050 | vk.com/id446425943


30 
təhlükəsizlik texnikası təlimatları, yanğın təhlükəsizliyi 
təlimatları, həmçinin avadanlıqların, aqreqatların və s. istismar 
təlimatları olmalıdır. 
1.7.10. Iş yerində iş prosesinə və texnologiyasına 
aidiyyatı olmayan maşın və avadanlıqların olmasına icazə 
verilmir. 
Iş yerləri, yollar və keçidlər mütəmadi olaraq 
təmizlənməli və kənar əşyalarla qalaqlanmamalıdır. 
1.7.11. Bina və obyektlərin ehtiyat çıxışı olmalıdır. Bütün 
giriş və çıxışlar, dəhlizlər işçilərin təcili təxliyə olunması üçün 
təmiz və boş olmalıdır. Çıxış qapıları xaricə açılmalıdır və qapı-
ların astanası olmamalıdır. 
1.7.12. Bina və obyektlərin ətraf ərazisi abad olmalı və mü-
vafiq sanitar və yanğın təhlükəsizliyi normalarına cavab verməli-
dir. 
1.7.13. Obeyktlərdə olan su qüllələrinin, onlara gələn və 
çıxan su kəmərlərinin və digər yerüstü su kəmərlərinin qışda 
donmaması üçün istilik izolyasiyası olmalıdır. 
1.7.14. Binalarda, qurğularda hər hansı bir əşyanın 
düşmə ehtimalı varsa, həmin yerlərdə təhlükəsizlik sərhəddi 
müəyyən edilməlidir. Elektrik cərəyanı ilə vurma (xəsarətalma) 
təhlükəsi olan yerlərdə də təhlükəsizlik sərhəddi müəyyən 
edilməlidir. 
1.7.15. Daim təhlükəli olan istehsalat ərazilərinə kənar 
şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin yerlər çə-
pərlənməlidir. 
1.7.16. Maşın və mexanizmlərin hərəkət edən hissələri 
üçün təhlükəsizlik zonasının sərhəddi, əgər istehsalçı zavod 
tərəfindən həmin avadanlıqların pasportunda və ya 
təlimatında daha sərt tələblər irəli sürülməyibsə 5,0 metr 
müəyyən edilir.
vk.com/club152685050 | vk.com/id446425943


31 
1.7.17. Istehsal təyinatlı iş yerlərində havanın 
temperaturu, nisbi rütubəti və onun hərəkət sürətinin optimal 
normaları [99]-a uyğun olmalıdır.
1.7.18. Buxarların, qazların və tozların ayrılması mümkün 
olan bağlı otaqlarda və həmçinin texnoloji proseslərin dəyişil-
məsi hallarında hava mühitinə daima nəzarət aparılmalıdır. 
Hava mühitinin vəziyyəti haqqında məlumatlar iş yerlərində 
qeyd edilməli və obyektin işinin əsas texnoloji göstəriciləri ilə 
birgə dispetçer məntəqəsinə çatdırılmalıdır. 
1.7.19. Binalarda və binalardan kənarda yerləşən iş yerləri, 
texnoloji avadanlıqlar, yollar, keçidlər, dəhlizlər, pilləkənlər və s. 
sutkanın qaranlıq vaxtı [47, 211]–ə uyğun olaraq işıqlandırılma-
lıdır. 
1.7.20. Işçi işıqlandırılması ilə yanaşı obyektlərdə qəza 
və təxliyə işıqlandırılması da olmalıdır. Qəza və təxliyə 
işıqlandırma çıraqları müstəqil mənbədən qidalandırılmalıdır.
Stasionar qəza və təxliyə işıqlandırma çıraqlarının 
əvəzinə partayış mühafizəli akkumulyatorlu daşınma (əl) 
çıraqlardan istifadə etməyə icazə verilir. 
1.7.21. Ayrı-ayrı mexanizmlər arasındakı məsafə 1 m-
dən, işçi keçidlərin (proxod) eni isə 0,75 m-dən az 
olmamalıdır. Səyyar və modul-bloklu qurğular və aqreqatlar 
üçün işçi keçidin eni 0,5 m-dən az olmamalıdır. 
1.7.22. Yanğın-partlayış təhlükəli istehsalat sahələrində 
(neftin hazırlanması qurğuları, rezervuar parkları və s.) taxta 
döşəmələrin tətbiqi qadağandır. 
1.7.23. Aparatların, boru kəmərlərinin və s. isti səthləri 
ilə insanların toxunma (yanıqalma) ehtimalı olan yerlərdə, 
onların səthi izolyasiya edilməli və ya çəpərlənməlidir. 
1.7.24. Boru kəmərlərinin və kommunikasiyaların avto-
mobil və keçid yolları ilə kəsişdiyi yerlərdə, onlar dayaqlar 
üzərində 4,5 m yüksəklikdə quraşdırılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


32 
Bu sahələrdə boru kəmərlərində və kommunikasiyalarda 
olan izolyasiya materiallarının zədələnərək düşməsinin 
qarşısını alan talvarlar və ya hər hansı başqa bir qurğu 
quraşdırılmalıdır. 
1.7.25. Sanitar və yanğın təhlükəsizliyi qaydalarına 
uyğun olaraq istehsalat obyektləri məişət və istehsalat zərurəti 
üçün su ilə təmin olunmalıdır. 
1.7.26. Binalarda və istehsalat obyektlərinin ərazilərində 
siqaret çəkmək üçün xüsusi yerlər müəyyən edilməlidir. 
1.7.27. Növbə ərzində istehsalat müəssisəsində işləyən 
qadınların sayı 15 nəfərdən az olmadıqda onlar xüsusi 
gigiyena otağı ilə təmin olunmalıdırlar. 
1.7.28. Müəssisənin balansında olan bütün maşınların, me-
xanizmlərin, avadanlıqların və qurğuların inventar nömrəsi və pas-
portu olmalı və onlar xüsusi jurnallarda qeydiyyata alınmalıdır. 
1.7.29. Yeni tikilən (quraşdırılan), yenidən qurulan, istis-
mara verilən və əsaslı təmir olunmuş obyektlərin istismara ve-
rilməsi Dövlət nəzarət orqanlarının iştirakı ilə keçməli və bu 
haqqda onlara əvvəlcədən rəsmi məlumat verilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə