Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə13/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   9   10   11   12   13   14   15   16   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
1.8.3. Kimyəvi maddələr anbarı 
1.8.3.1. Anbarın xidməti heyəti kimyəvi maddələrin və 
reaktivlərin saxlanılması üzrə təhlükəsizlik tələblərini bilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


34 
1.8.3.2. Anbarlarda kimyəvi maddələrin ən xarakterik xü-
susiyyətləri (oddan təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) gös-
tərilməklə onların yerləşdirilmə planı işlənilməlidir. 
1.8.3.3. Eyni fiziki-kimyəvi və yanğın təhlükəli 
xüsusiyyətli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır. 
Bu məqsədlə anbarlar bir-birindən yanmayan bütöv 
divarlarla (arakəsmələrlə) izolə edilmiş ayrıca otaqlara 
bölünməlidir. 
1.8.3.4. Kimyəvi maddələr anbarlarında kimyəvi maddələrin 
saxlanılması ilə əlaqəsi olmayan işlərin aparılması qadağandır. 
1.8.3.5. 
Güclü 
təsiredici 
zəhərli 
maddələrin 
saxlanılmasına, yalnız onlar üçün mövcud olan xüsusi 
qaydalara ciddi riayət edilməklə yol verilir. 
1.8.3.6. Kimyəvi maddələrlə bağlı işlər səliqəli 
aparılmalıdır ki, qablaşdırma materialı zədələnməsin. 
Içərisində kimyəvi maddə olan hər bir taranın yazısı və 
ya adı göstərilən birkası olmalıdır. 
1.8.3.7. Hava, su, yanar maddələrlə kontaktda olarkən 
öz-özünə alışmaya meylli və ya partlayış təhlükəli qarışıq 
əmələ gətirə bilən kimyəvi reaktivlər, bu tip kontaktda olma 
imkanı, həmçinin həddən artıq yüksək temperatur və mexaniki 
təsir tam istisna olmaqla xüsusi şəraitdə saxlanılmalıdır. 
Güclü təsirə malik oksidləşdiricilər (maqnezium-xlorat, 
kalsium xlorat-xlorid, hidrogen piroksid və s.) digər kimyəvi 
maddə və reaktivlərdən tam izolə edilməklə saxlanılmalıdır. 
1.8.3.8. Kimyəvi maddələrin çəkilib qablaşdırılması xüsusi 
otaqlarda aparılmalıdır. Dağılmış və ətrafa səpələnmiş maddələr 
təcili yığışdırılmalı və zərərsizləşdirilməlidir. Qablaşdırma mate-
rialları (kağız, yonqar, lif, pambıq) xüsusi otaqlarda saxlanıl-
malıdır. 
1.8.3.9. Yanğın zamanı əriyə bilən kimyəvi maddələr sax-
lanılan otaqlarda ərintinin sərbəst axmasının qarşısını alan 
qurğu (bortlar, panduslu kəndarlar) nəzərdə tutulmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


35 
1.8.3.10. Şüşə qablar, çəlləklər, reaktivli barabanlar açıq 
meydançalarda hər birində 100 ədəddən çox olmayan qruplar 
halında yerləşdirilməli və bu qruplar arasındakı məsafə 1m-
dən az olmamalıdır. Hər bir qrupda məhsul yalnız müəyyən 
növ üzrə saxlanılmalı və bu da uyğun işarəli yazılarla qeyd 
olunmalıdır. Meydançalar yaxşı hamarlanmalı və səddlərlə 
çəpərlənməlidir. Açıq meydançalardakı reaktiv dolu şüşə 
qablar günəş şüalarının təsirindən qorunmalıdır. 
1.8.3.11. Azot və kükürd turşusunun saxlanılmasında on-
ların taxta, çubuq və digər üzvü mənşəli maddələrlə təmasda 
olmasının qarşısı alınmalıdır. 
1.8.3.12. Turşular saxlanılan anbarlarda, təsadüfən 
tökülən turşunun dərhal neytrallaşdırılması üçün hökmən hazır 
təbaşir, əhəng və ya soda məhlulu saxlanılmalıdır. Turşuların 
saxlanılma yerləri nişanlanmalıdır. 
1.8.3.13. Yükləmə-boşaltma işlərində istifadə olunan av-
tonəqliyyatın işin sonunda anbarların ərazisində saxlanılması 
qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə