Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə32/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   28   29   30   31   32   33   34   35   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

Işçilərin təxliyəsi
1.15.14. Bütün istehsalat obyektlərində qəzaların ləğvi və 
işçilərin təxliyə planı olmalı və onunla bütün işçilər tanış 
olmalıdır. 
1.15.15. Qəzaların ləğvinə və işçilərin təxliyəsinə dair ildə bir 
dəfədən az olmayaraq obyektdə (müəssisədə) təlimlər keçirilmə-
lidir. 
1.15.16. Qazma vışkaları qəzalar zamanı yuxarı fəhləni 
dərhal təxliyə etmək üçün təxliyə qurğusu ilə, vışkaaltı portal 
isə qazma briqadası üzvlərini təxliyə etmək məqsədi ilə xüsusi 
novla təchiz olunmalıdır. 
1.16. Xüsusi geyim, xüsusi ayaqqabı və
digər fərdi mühafizə vasitələri 
1.16.1. Işçilər «Neftqazçıxarma sənayesində işçilərə 
xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə 
vasitələrinin pulsuz verilməsi normalar»ında [209] nəzərdə 
tutulduğu kimi xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi 
mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Verilən xüsusi 
geyim və xüsusi ayaqqabı qüvvədə olan standartlara və 
texniki şərtlərə uyğun olmalıdır. 
1.16.2. Bütün müəssisələrdə xüsusi geyim və xüsusi 
ayaqqabıların yuyulması, kimyəvi təmizlənməsi, dezinfeksiyası 
təşkil olunmalıdır. Zərərli maddələrlə işləyən fəhlələrin xüsusi 
geyimlərinin saxlanılması, deqazasiyası, dezaktivasiyası, 
vk.com/club152685050 | vk.com/id446425943


86 
yuyulması və təmiri Dövlət sanitar nəzarətinin göstərişlərinə 
müvafiq yerinə yetirilməlidir. 
1.16.3. Istifadə olunmuş xüsusi geyim və xüsusi 
ayaqqabı və digər fərdi mühafizə vasitələri, işçilərə, ancaq yu-
yulduqdan, təmirdən və dezinfeksiya olunduqdan sonra verilə 
bilər. 
1.16.4. Verilən xüsusi geyim və xüsusi ayaqqabı işçinin 
ölçüsünə və boyuna uyğun olmalıdır. Xüsusi geyim iş vaxtı 
işçinin hərəkətlərini məhdudlaşdırmamalıdır. 
1.16.5. Iş vaxtı işçilər, onlara verilmiş FMV-dən istifadə 
etməlidirlər. Mexanizmlərə xidmət edən işçilərin xüsusi geyimi 
düymələnmiş vəziyyətdə olmalıdır. Qadınlar saçlarını beretin 
və ya ləçəyin altına yığmalıdırlar. 
Iş vaxtı şərf və yaylıqların uclarının sallanmış vəziyyətdə 
olması qadağandır. 
1.16.6. Yad cisimlərin gözə düşmə təhlükəsi olduğu 
halda işçilər qoruyucu eynəkdən istifadə etməlidirlər. 
1.16.7. Qazma, quyuların əsaslı və cari təmiri briqadaları, 
vışkaquraşdırıcılar, yuxarıda sadalanan obyektlərə baş çəkən 
şəxslər (mədən ərazisində bütün işçilər) qoruyucu dəbilqədən 
istifadə etməlidirlər. Havalar soyuq keçdikdə isti altlıqlı 
dəbilqədən istifadə olunmalıdır. 
1.16.8. Aşındırıcı qələvilərlə işləyən işçilər kətan və ya 
başqa qələviyə davamlı parçadan olan əlcək və xüsusi 
geyimlə, qoruyucu eynəklə, rezin ayaqqabı və rezin önlüklə 
təmin olunmalıdır və onlarda işləməlidir.
1.16.9. Turşularla işləyən işçilər qoruyucu eynəklə, 
mahud və digər turşuyadavamlı parçadan olan xüsusi geyim 
və əlcəklə, rezin ayaqqabı və rezin önlüklə təmin olunmalı və 
onlarda işləməlidir.
1.16.10. Radioaktiv maddələrlə işləyənlər ionlaşdırıcı 
şüalardan qorunmaq üçün [209] uyğun olaraq fərdi mühafizə 
vasitələri (qoruyucu kostyumlarla, xüsusi geyimlərlə, xüsusi 
vk.com/club152685050 | vk.com/id446425943


87 
ayaqqabılarla, əlcəklərlə, respiratorlarla və s.) ilə təmin 
olunmalıdır. 
1.16.11. Çirklənmiş (dezaktivasiya olunmamış), nasaz 
(zədələnmiş) və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən 
istifadə etmək qadağandır. 
1.16.12. Radiasiya təsirinə məruz qalmış xüsusi geyim, 
xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri 
dezaktivasiya edilməli və əgər bu mümkün deyilsə, onlar 
məhv edilmək üçün [236]–ya uyğun Bakı Şəhəri Icra 
Hakimiyyəti nəzdində olan «IZOTOP» ixtisaslaşdırılmış 
(xüsusi) kombinatına təhvil verilməlidir. 
1.16.13. Işçi zonada qazın miqdarı buraxıla bilən qatılıq-
dan çoxdursa, fəhlələr əleyhqazdan istifadə etməlidir. 
1.16.14. Tənəffüs orqanlarının filtrli fərdi mühafizə vasi-
tələri iş görülən yerin havasında oskigenin həcmi miqdarı 
18%-dən az olmadıqda və zərərli maddələrin məhdud 
qatılığında (həcmi 0,5% çox olmadıqda) istifadə olunmalıdır. 
1.16.15. Zərərli (təhlükəli) qaz yığılması ehtimal olunan 
quyularda (kolodeü), qaz kəmərlərində, neft çənlərində və 
digər yerlərdə işləyən fəhlələr şlanqlı əleyhqazlardan istifadə 
etməlidirlər. 
1.16.16. Işçinin şlanqlı əleyhqazla fasiləsiz işləmə 
müddəti 30 dəqiqədən artıq olmamalıdır. Sonradan işçi təmiz 
havada 15 dəqiqədən az olmayaraq istirahət etməlidir. Hər bir 
konkret iş yerində, iş vaxtı, işlərin aparılmasına cavabdeh olan 
şəxs tərəfindən müəyyən edilməlidir. 
1.16.17. Fəhlələrə təhkim olunmuş əleyhqazlar sexdə, 
imkan daxilində iş yerinə yaxın yerdə xüsusi dolablarda (şkaf) 
saxlanılmalıdır. 
1.16.18. Izoləedici tənəffüs aparatlarından, işlərin aparıl-
masının texnologiyasında nəzərdə tutulmuş hidrogen-sulfidin 
ehtimal olunan ayrılmaları ilə əlaqədar əməliyyatların yerinə 
vk.com/club152685050 | vk.com/id446425943


88 
yetirilməsi və qəza vəziyyətinin yarandığı halda təxirəsalınmaz 
tədbirlərin görülməsi zamanı istifadə edilməlidir. 
1.16.19. Tənəffüs aparatları ölçülərə uyğun seçilməlidir. 
Hər bir aparatın pasportu olmalı və üzərinə işçinin adı, soyadı 
yazılmış etiket bərkidilməlidir. Pasportda tənəffüs aparatının 
sazlığı və növbəti sınanılma müddəti barədə yazılar olmalıdır. 
1.16.20. Qazdan mühafizə vasitələri, istismar üzrə 
təlimata müvafiq olaraq, qaz xilasetmə xidmətinin 
laboratoriyasında yoxlanılmalıdır. 
1.16.21. Iş yerlərində mühafizə vasitələrinin istismarı, 
yoxlanılması və saxlanılması üzrə təlimat olmalıdır. 
1.16.22. Qaz təhlükəli obyektdə qazdan mühafizə vasitə-
lərinin qəza ehtiyatı olmalıdır. Onların miqdarı və növü 
işləyənlərin sayı, obyektin uzaqlığı, görülən işlərin xüsusiyyəti 
nəzərə alınmaqla təyin olunmalı və qaz təhlükəsizliyi xidməti 
ilə razılaşdırılmalıdır. 
1.16.23. Əleyhqazlar və tənəffüs orqanlarının digər fərdi 
mühafizə vasitələri üç aydan bir yoxlanılmalıdır. Filtrli əleyh-
qazlar onların texniki pasportlarında göstərilmiş qayda və 
müddətlərdə dəyişdirilməlidir. 
1.16.24. Fəhlələr tozlu iş şəraitində toz əleyhinə respira-
tordan, qoruyucu eynəkdən kombinezondan istifadə etməklə 
işləməlidirlər. 
1.16.25. Yer səthindən (döşəmədən) 2 m-dən daha artıq 
yüksəklikdə aparılan tikinti-quraşdırma və texnoloji işlər qoru-
yucu kəmərlərdən istifadə etməklə yerinə yetirilməlidir. 
1.16.26. Hər bir qoruyucu kəmər dəstində, kəmərin işə 
yararlığını və hazırlanma tarixini təsdiq edən, həmin kəməri is-
tehsal edən zavodun texniki nəzarət şöbəsinin möhürü 
olmalıdır.
Qoruyucu kəmərin sazlığı hər dəfə istifadə edilməmişdən 
əvvəl işçi tərəfindən yoxlanılmalıdır (işin rəhbəri tərəfindən isə 
on gündən bir). 
vk.com/club152685050 | vk.com/id446425943


89 
1.16.27. Hər altı aydan bir qoruyucu, xilasedici 
kəmərlərin möhkəmliyi xüsusi stenddə statik yükə 
sınanılmalıdır. Qoruyucu kəmərin elementlərində qalıq 
deformasiyaları və dağılma aşkar olunmadıqda, kəmər 
sınaqdan (300 kq yükü 5 dəqiqə müddətində asmaqla) çıxmış 
hesab olunur. 
1.16.28. Metal hissələrində dərin korroziya izləri olan və 
kəmərin möhkəmliyini zəiflədən digər nasazlıqlarda qoruyucu 
kəmərdən istifadə etmək qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə